Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərbəla dilbəri (roman)
Kərbəla dilbəri (ərəb. غادة كربلاء‎) — Ərəb yazıçısı, tarixçisi, maarifçisi və publisisti Circi Zeydanın Kərbəla hadisəsindən bəhs edən romanı. == Məzmun == Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Circi Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər. == Nəşr və tərcümə == Roman Eldar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakı Kitab Klubunda 2008-ci ildə 336 səhifədə, 300 tirajla, 2019-cu ildə isə 100 tirajla çap edilib. Kitab Klubunun 2010-cu il yanvar monitorinqinə görə ən çox oxunan kitablar arasında 25-ci yerdə olub.
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Fransa dilləri
Fransa bir çox dildən istifadə edir. Eyni zamanda, fransız dili ən çox yayılmış və yeganə rəsmi dildir. Fransanın digər dilləri regional dillərə və mühacirlərin dillərinə bölünür. == Status == Fransa Respublikasının rəsmi dili fransız dilidir (Fransa konstitusiyasının 2-ci maddəsinə əsasən) və hökumət qanunla ilk növbədə fransız dilindən istifadə etməyə borcludur. Bundan əlavə, hökumət kommersiya elanları və reklamlarının fransız dilində olmasını tələb edir (baxmayaraq ki, bununla yanaşı digər dillərin istifadəsini qadağan etmir), lakin fransız dilinin qeyri-kommersiya nəşrlərində istifadəsini tələb etmir. 1999-cu ildə Bernard Çerkvilini tərəfindən hökumət üçün yazılmış bir hesabatda regional və ya azlıq dilləri üçün Avropa Xartiyası təsdiqlənərsə rəsmi tanınmasına güvənə bilən 75 dil qeyd edilmişdir. Bunlardan 24-ü Fransanın Avropa hissəsinin yerli əhalisinin dilləri, qalanları isə mühacirlərin dilləridir. Təsdiq Fransız Konstitusiya Məhkəməsi tərəfindən fransız dilinin konstitusiya ilə müəyyən edilmiş statusunun əksinə olaraq bloklandığına baxmayaraq, hökumət regional və azlıqların dillərini məhdud dərəcədə (onlara rəsmi status verilmədən) tanıyır. Bundan əlavə, Fransız Dili Baş Direktorluğu (Délégation générale à la langue française) Fransız Dili və Fransız Dilləri Baş Direktorluğu olaraq dəyişdirildi (Délégation générale à la langue française et aux langues de France) və onun funksiyaları da vəziyyət və monitorinqi əhatə etmişdir Fransa dillərini öyrənmək. Beləliklə, "Fransa dilləri" anlayışı (langues de France) tanınmağa başladı və administrasiyada istifadə olunmağa başlandı, lakin onlardan heç biri hələ rəsmi status almadı.
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
German dilləri
German dilləri – Hind-Avropa dil ailəsinin bir qolu.
Kartvel dilləri
Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir. Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir. Yalnız gürcü dilinin yazısı vardır.
Kelt dilləri
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Keçua dilləri
Keçua dilləri — And dillər qrupunda təsnifatlandırılan dil ailəsidir. Boliviya, Ekvador, Kolumbiya, Çili və Perunun müxtəlif bölgələrində toplamda 10 milyondan çox insanın ana dili bu dil ailəsindən hesab edilir.
Kuşit dilləri
Kuşit dilləri — Şimal-Şərqi və Şərqi afrikada yayılmış sami-hami dilləri qrupu. Kuşit dillərində 15,1 milyon adam danışır (1975). Kuşit dillərinə aqau, bedauye (beca), saxo, afar (danakil), Somali, qalla, sidamo, kimirra, ometo, kaffa, konso, arbore, eləcə də az öyrənilmiş moqoqoda, dume, daxalo (sane) və s. dillər daxildir. == İstinadlar == == Ədəbiyyat == А.П.Долгопольский. Сравнительно-историческая фонетика кушитских языков.
Lujits dilləri
Sorb dilləri (y.sorb Serbsce, a.sorb Serbski) — Hind-Avropa dillərinin Qərbi Slavyan filialı altında təsnif edilirlər. Almaniya şərq ində yerləşən Lusatiya regionunda Slavyan azlıqı olan Sorbların anadilidir. Tarixən kimi tanınan Vend dili (Wendish) və ya Lusatiya dili (Lusatian) kimi də tanınır. polyak, Kaşub, Çex və Slovak dillərinə sıx bağlıdır. İki ədəbi dili var: Yuxarı sorbca (y.sorb hornjoserbsce), ki Saksoniyada 40,000 nəfər tərəfindən danışılır və Aşağı sorbca (a.sorb dolnoserbski) Brandenburqda 10,000 nəfər tərəfindən danışılır. Bu iki dil danışılan ərazi Lusatiya kimi tanınır (Łužica,Yuxarı sorbcada Łužyca Aşağı sorbcada, və ya Lausitz Almancada).
Ləzgi dilləri
Ləzgi dilləri — Nax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, Qusar və Qəbələ rayonlarında yayılmışdır. Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır. Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb. == Qrupun tərkibi == Ləzgi dilləri qrupuna aşağıdakılar aiddir: ləzgi dili, tabasaran dili, aqul dili, rutul dili, saxur dili, arçin dili, udin dili, buduq dili, qrız dili, Ləzgi dillərinin əksəriyyəti dialektlərə malikdirlər və bəzən bu dialektlərin istifadəçiləri bir-birlərini başa düşmür. Ləzgi dillərinin morfologiyası üçün çoxhallılıq səciyyəvidir (halların sayı dildən-dilə 10-dan 30-a qədər artıb-azala bilir). Sintaktik sistemə isə nominativ, erqativ, dativ konstruksiyalar səciyyəvidir. == Mənbə == Алексеев М. Е. Вопросы сравнительно-исторической грамматики лезгинских языков.
Monkhmer dilləri
Avstroasiya dilləri və ya Monkhmer dilləri, həmçinin Mon-Khmer dilləri — Hind-Çin yarımadasında, Cənubi Çində, Şimal-şərqi Hindistan və Nikobar adalarında yayılmış qohum dillər. beş budağa ayrılır: monkxmer, munda, malaqqa, Mərkəz və Cənub-şərq. Mon-kxmer budağına: mon, kxmer və b. dillər aiddir. Munda budağı dilləri Hindistanda yayılmışdır. Malaqqa budağına – semanq və senoy dilləri daxildir. Mərkəz budağı kxzazi və nikobars dillərinə bölünür. Cənub-şərq budağına çan və s. dillər aiddir.
Monqol dilləri
Monqol dilləri - Altay dil qrupunun qolu olub 12 dili əhatə edir. Bu dillərdə Mərkəzi Asiyada 6,5 milyon adam danışır. XIV-XVI əsrlərdə (Çingiz xan imperiyası dağıldıqdan sonra) qədim monqol tayfalarının hamısı üçün vahid sayılan erkən monqol dili dialektləri əsasında yaranmışdır. Monqol dillərində şimali (monqol dili, buryat dili, kalmık dili, oyrat dili); cənub-şərqi (daqur (Şimal-şərqi Çində), dunsyan, monqor, bason (Tsinxay və Qansu əyalətlərində; hamısı yazısızdır)) və aralıq dilləri (qədim monqol yazı dili, moğol dili (Əfqanıstanda)) daxildir. Monqol, buryat və kalmık dilləri daha çox öyrənilmişdir. Leksikasında türk dillər ilə müştərək cəhətlər var. Санжеев Г.Д. Сравнительная грамматика монгольских языков, т. 1-2, М.: 1953-64. Бертагаев Т.А. Лексика современных монгольских литературных языков. М.: 1974.
Mordov dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Mordva dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Oğuz dilləri
Oğuz dil qrupu — türk dillərinin bir qolu. Oğuz dil qrupuna aid türk dillərində 140 milyona yaxın insan danışır. Qrupa aid edilən dillər arasında ən çox danışılanları Türkiyə türkcəsi və Azərbaycan türkcəsi dilidir.
Paleoasiya dilləri
Paleoasiya dilləri — Dünya dil ailəsindən biri. Paleoasiya dil ailəsi beş budağa ayrılır: 1. eskimos və aleut dilləri; 2. çukot, koryak və kamçadal dilləri; 3. ket və ölü arin, asan dilləri; 4. yukagir və çuvan dilləri; 5. nivx dili. Bu dillər arasında dərin qohumluq münasibətləri yoxdur. Onların bəzilərinin arasında genetik əlaqələr hiss olunur. Вернер Г. К. Палеоазиатские языки // Лингвистический энциклопедический словарь.
Paleobalkan dilləri
Paleobalkan dilləri — bir sıra Hind-Avropa dillərinin şərti adlandırılması. Bu dillərdə danışanlar romalıların işğalından əvvəl (ehtimal ki, işğaldan bir müddət sonra da) Balkanlarda yaşamışlar.
Proqramlaşdırma dilləri
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Qafqaz dilləri
Qafqaz dilləri, İber-qafqaz dilləri – Təqribən 40-a qədər Qafqazda yayılmış dilləri özündə birləşdirən şərti ad. Şimali Qafqazda, Quzey Qafqazda və Türkiyədə yayılmışdır. Qafqaz dillərinin daşıyıcılarmm kiçik qruplarma İran, Suriya və digər Yaxın Şərq ölkələrində rast gəlinir. Ümumilikdə 7 milyondan çox daşıyıcısı vardır. Qafqaz dilləri əsasən 3 qrupa bölünür: Abxaz-adıq dilləri, kartvel dilləri və nax-dağıstan dilləri.
Qarluq dilləri
Qarluq və ya Uyğur dil qrupu — türk dillərinin bir qoludur. Bu qrupa aid türk dillərində (ana dili olaraq) təxminən 35 milyon insan danışır.
Qıpçaq dilləri
Qıpçaq qrupu — Türk dillərinin bir qoludur. Təxminən 30 milyon insan bu dillərdə danışır.
Roman dilləri
Fransız dili
Rusiya dilləri
Rusiya Federasiyasının dilləri — Rusiyada danışan dillərdir. 14 dil ailəsinə aiddir: Hind-Avropa, Altay, Ural, Yukagiro-Çuvaş, Kartvel, Abxaz-Adıq, Nax-Dağıstan, Sino-Tibet, Semit, Eskimo-Aleutiya, Çukçi-Kamçatka, Yenisey, Avstro-Asiya, Nivx dil ailələri. Rusiya dillərinin çoxu dörd dil ailəsinə aiddir: Hind-Avropa (89%), Altay (7%), Qafqaz (2%) və Ural (2%).
Samodi dilləri
Samodi dilləri — Ural dillərinə daxil olan dillər qrupu. Digər təsnifata görə samodi dilləri ailə, ural dilləri isə makroailədir. Samodi dilləri aşağıdakı qruplara bölünür: şimal qrupu: nenes dili enes dili nqanasan dili yuras dili † cənub qrupu: selkup dili ölü dillər: motor dili † tayqiy dili † кkaraqas dili † kamasin dili † koybal dili † soyot dili † Kiril qrafikalı əlifbalı dillər siyahısı Сорокина И. П. Самодийские языки. Языки Российской Федерации и соседних государств: Энциклопедия: в 3-х томах. М.Наука.
Dilbazi
Dilbazi — təxəllüs. Aynur Dilbazi Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi. Əminə Dilbazi (1919—2010) — Azərbaycan rəqqasəsi. Minirə Dilbazi (d. 1937) — musiqiçi. Mirvarid Dilbazi (1912—2001) — azərbaycanlı şairə, tərcüməçi. Müseyib Dilbazi (1923—2011) — dövlət xadimi. Rəşid Dilbazi Yaqut Dilbazi (1910—1994) — azərbaycanlı yazıçı.
Dilbəran
Dilbəran- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,104 nəfər və 1,395 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.