Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Live from Earth (albom)
Live from Earth – Pet Benatarın 1983-cü ildə çıxardığı albomudur. Albomda Love Is a Battlefield və "Lipstick Lies" kimi məşhur mahnılar vardır.
The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Avatar: The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Darth Vader
Ulduz müharibələri obrazı.
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Cut
Cut (lat. Corchorus) - əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Cut:The Plant List saytında takson barədə məlumat.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür.Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın. Bütün torpaqlar sənin qabağında.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
NFT
Dəyişdirilə bilməyən nişanlar (ing. non-fungible token) (NFT) — rəqəmsal mühasibat kitabında (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzedilməz bir vahididir. NFT şəkillər, videolar və audio kimi rəqəmsal fayllarla əlaqələndirilə bilər. NFT, ictimai Orijinallıq sertifikatını təmin etmək və ya mülkiyyət hüququnu təsdiq etmək üçün rəqəmsal Mühasibat kitabından istifadə edir, lakin bu, əsas rəqəmsal faylın birgə istifadəsini və ya kopyalanmasını məhdudlaşdırmır. Əvəzolunmazlığın olmaması (əvəzolunmazlıq) NFT-ni Bitcoin kimi kriptovalyutasından fərqləndirir. NFT, blokçeyn əməliyyatlarının yoxlanılması ilə bağlı elektrik xərcləri və karbon izi, eləcə də onların tez-tez sənət fırıldaqçılığında istifadə edilməsi ilə əlaqədar tənqidlərə səbəb oldu. Daha tənqidi qeydlər tez-tez qeyri-leqal tənzimlənməmiş bazarda mülkiyyət hüquqlarının Təsdiq faydalılığı sorğu-sual. == Texnoloji proqramlar == NFT-nin unikal şəxsiyyəti və sahibliyi blokçeyn kitabçası vasitəsilə yoxlanıla bilər. NFT-yə sahiblik tez-tez əsas rəqəmsal aktivdən istifadə etmək üçün lisenziya ilə əlaqələndirilir, ümumiyyətlə alıcıya müəlliflik hüququ vermir, bəzi müqavilələr yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün lisenziya verir, digər lisenziyalar isə kommersiya məqsədli istifadəyə icazə verir. === Rəqəmsal sənət === Rəqəmsal texnologiyalardan, proqramlardan istifadə edilərək (məs: Pixel art) yaradılan sənət əsərlərinə deyilir.
NUO
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Nct
NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir. Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək. Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1 və Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. == Coğrafiya == 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. == Tarixi == Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. == Əhali == 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Nutt.
Tomas Nattol (ing. Thomas Nuttall, 5 yanvar 1786, Long-Preston — 10 sentyabr 1859, Sent-Helens, Lankaşir, İngiltərə) — İngiltərə botaniki və zooloqu. 1808–1841-ci illərdə ABŞ-də yaşayıb. == Həmçinin bax == == Əsərləri == The genera of North American plants, and a catalogue of the species, to the year 1817. By Thomas Nuttall, Philadelphia: Printed for the author by D. Heartt, 1818 (ing.) Доступно на сайте Botanicus New genera and species of plants, 1840 (ing.) The North American sylva, 1842–1849 (ing.). == Ədəbiyyat == Graustein, Jeannette E. 1967. Thomas Nuttall, Naturalist: Explorations in America, 1808–1841. Harvard Univ. Press, Cambridge, MA (ing.) Richard and Barbara Mearns. Audubon to Xantus — ISBN 0-12-487423-1 (ing.) Francis W. Pennell (1936).
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Qut
Qut - türk, monqol və altay şamanizminde və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyat verici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidler qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Nuxt
Nuxt.js — Vue.js, Node.js, Webpack və Babel.js-a əsaslanan pulsuz və açıq mənbəli veb tətbiqetməsidir. Proqram "universal tətbiqlər üçün meta-çərçivə" kimi reklam olunur. Universal termini burada çərçivənin məqsədi istifadəçilərə tanış Vue.js vahid fayl komponent sistemindən istifadə edərək JavaScript-də veb görünüşləri yaratmağa imkan vermək mənasında istifadə olunur və həm brauzerdə vahid səhifə tətbiqi kimi işləyə bilər. Bundan əlavə, proqram istifadəçilərə məzmunu və ya onun hissələrini, serverdə əvvəlcədən göstərilən və statik sayt generatorları şəklində xidmət göstərməyə imkan verir.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
Darts
Darts - iç-içə olan rəngli dairələrdən və bunları kəsən üçbucaq dilimlərdən ibarət olan hədəfə balaca oxların (dartlar) əllə atılmasıyla oynanılan oyun. İngiltərə bu idman növünün vətənidir. Rəvayətə görə, Britaniya oxatanları pablarda dincələn zaman qısa oxlardan istifadə ediblər. == Qaydalar == Oyunun qaydalarına görə, hər bir oyunçuya 301 xal verilir. Sonra isə onların hər birinə drotiki atmaq üçün üç imkan verilir. Nişanın-“almacığa” düşsə, oyunçudan 50 xal, onu ətrafında yaşıl xəttə düşsə, 25 xal çıxılır. Nişanı yerdən 1,73 metr hündürlükdə, oyunçulardan 2,37 metr uzaqlıqda qururlar.
Death
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər. 1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar.