ƏMRAH

sevincək, şad, fərəhli; q.t. "Amrak" adının ərəbləşmiş forması, kimi də izah edilir.
ƏMRAĞA
ƏMRALI
OBASTAN VİKİ
Teymur Əmrah
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
Əmrah Abışov
Əmrah Aslanov
Əmrah Aslanov (1 iyun 1920 — 19 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub. Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi. 1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. 20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir.
Əmrah Bayramov
Əmrah Cəfərli
Əmrah Dadaşov
Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru. 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir 1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il. Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. «К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана», - Bakı Universitetinin Xəbərləri, 2003, №2 «Обзор скотоводческой экономики периода палеометалла», - Bakı Universitetinin Xəbərləri, 2003, №3. «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана».- Bakı Universitetinin Xəbərləri, 2003, №4. «Древнейшие земледельческие орудия в историографии Азербайджана» - Tarix və onun problemləri», 2003, №2 «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана» . – Bakı Universitetinin Xəbərləri, 2004, №1 «О проблемах возникновения ранних форм производства» - Bakı Universitetinin Xəbərləri, 2006, №4 Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991.
Əmrah Hüseynli
Əmrah Həmidov
Əmrah Mamedov
Əmrah Rüstəmli
Əmrah Rəcəbov
Əmrah Rəcəbov (11 dekabr 2000, Gəncə – 8 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir. Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır. Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir. Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur.
Əmrah Səfərli
Əmrah Çingiz oğlu Səfərli (2 aprel 1998, Göbəktala, İmişli rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Səfərli 2 aprel 1998-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İmişli rayon Yalavac kənd tam orta məktəbdə təhsil almışdır. Əmrah Səfərli bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmrah Xəlilzadə
Əmrah Yüzbəyov
Əmrah Çəlikəl
Əmrah Çəlikəl (türk: Emrah Işık Çelikel) — "Qarabağ" futbol klubunun direktoru. Əmrah Çəlikəl 1976-cı ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur.
Əmrah (müğənni)
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Əmrah İpək

Əmrah İsmayılov
Əmrah Əkbərov
Əmrah Əliyev
Əmrah Əmrahov
Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru. 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru.
Ərzurumlu Əmrah
Ərzurumlu Əmrah (1775 – 1854, Toqat ili) — Doğu Anadolu və Azərbaycanda məşhur olan bir şair, el ədəbiyyatımızın görkəmli nümayəndələrindən. Əmrah Ərzurumlu Tənbura kəndində dünyaya gəlmişdir. Doğum ili müəyyənləşdirilməyib. Müxtəlif nəşrlərdə doğum ili 1777, 1781, 1815 və 1820-ci illər kimi göstərilir. Ölüm tarixi daha dəqiqdir. Əmrah 1860-cı ildə Niksarda vəfat etmişdir. Heca vəznində, xalq şeiri biçimlərimizdə inciləryaratmış Əmrahm Əruz vəznində yazdığı əsərləri — qəzəlləri, müxəmməs və mürebbeləri də var. Bəzən Əızurumlu Əmrahla XVII əsrdə Van gölü ətrafinda Ercizdə yaşamış Əmrah adlı el şairinin şerlərini dəyişik salırlar.
Aşıq Əmrah Gülməmmədov
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Elmira Əmrahqızı
Elmira Əmrahqızı — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. == Həyatı == Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub.Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib. "Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib. 1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb. 1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub. 1990-cı ildə "Azadlıq" radiosu ilə əməkdaşlığa başlayır.
Emin Əmrahov
Emin Əmrahov- "İkinci Qarabağ müharibəsi iştirakçısı"
Mais Əmrahov
Mais İsrail oğlu Əmrahov — Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == Həyatı və təhsili == 1948-ci il mayın 2-də Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-cü ildə namizədlik («Böyük Vətən müharibəsi illərində Azərbaycanda xalq maarifi. 1941— 1945-ci illər»), 2006-cı ildə doktorluq («Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində») dissertasiyası müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1970—1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi 1973—1979-cu illərdə Göybulaq kənd məktəbində direktor 1979—1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri 1989—1991-ci illərdə Şəkidəki 43 saylı texniki peşə məktəbində direktor 1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim 1992—1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor 1994—1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri 1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist 2001—2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri 2007—2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasında professor 2019-cu ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == İctimai əsaslarla apardığı vəzifələr == Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 4 dissertasiyanın rəsmi opponenti 2010—2012-ci illərdə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvü 2012—2017-ci illərdə AAK-nın «Tarix və siyasi elmlər» Ekspert Şurasının üzvü 2107-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində 5502.01-«Ümumi tarix», 5503.02-«Vətən tarixi», 5507.01- «Beynəlxalq münasibətlər tarixi» və 55-9.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsuları» ixctisasların üzrə elmlə doktoru və tarix üzrə fəlsəfə dokoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.161 Dissertasiya Şurasının üzvü 2020 AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki ED1.30 Dissertasiya Şurasının üzvü Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsinin redaksiya heyətinin üzvü == Mükafatlar == 1979-cü ildə «Qabaqcıl maarif xadimi» döş nişanı [mənbə göstərin] 2012-ci ildə «Qabaqcıl təhsil işçisi» döş nişanlı == Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı == 1.2004-cü il.Ненасилия как образ жизни. ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия. Санкт - Петербург 15 апреля 2004 г. 2.2010-cü il.Современные проблемы гуманитарных и естественных наук. Четвертой международной научно-практической конференции. Москва, 18-20 октября 2010 г. 3.2011-cü iil.Наука и современность.
Rasim Əmrahov
Saməddin Əmrahov
Teymur Əmrahov
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
Ziyad Əmrahov
Şəfəq Əmrahova