Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara dayanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi şura
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. == Elmi ədəbiyyatın faydaları == Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. == İlk elmi əsərlərin janrları == İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. == Elmi ədəbiyyatın formaları == Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. == Elmi ədəbiyyatın attestasiya mexanizmi == Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir.Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi jurnalistika — elm və texnologiyada baş verən yenilikləri, sosial həyatla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır.ABŞ və Avropada elmi jurnalistikaya "elmi əlaqələndirmə" də deyirlər. Elmi jurnalistlər isə "elmi yazarlar” adlandırılır. Məşhur "National Geographic”, "NewScientist”, "Discovery”, "Nauka i Jizn” və bu tip digər jurnallar, televiziya kanallarının yayımladığı məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans - böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi poeziya
Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim Yunanıstanda və Çində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır. == Yaranması == Termin kimi fransız şairi Rene Gil (1862–1925) tərəfindən irəli sürülmüşdür. Sonrakı dövrdə Vergili ("Georgikalar"), Lomonosov ("İlahi əzəmət barədə səhər düşüncəsi", "İlahi əzəmət barədə axşam düşüncəsi", "Şüşənin faydası haqqında namə"), Valeri Bryusovun ("N ölçülər dünyası", "Elektron dünyası") yaradıcılığında da rast gəlinir. Bu cərəyan Avropa rasionalizminin inkişafı ilə bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincə, şair üçün ideya və obrazların, eləcə də söz ehtiyatının mənbəyi "köhnəlmiş mifologiya" yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin "Söz haqqında traktat"ı (1885) elmi poeziyanın nəzəri əsaslarını əhatə edir. Jül Romen (1885–1972) və Corc Dyuamel (1884–1966) Gilin nəzəriyyəsindən poetik unanimizmin inkişafında istifadə etmişlər.
Elmi tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi təşkilat
Elmi təşkilat – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və elmi-texniki fəaliyyət elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin ictimai birliyi. Elmi rəhbər – elmlər namizədi elmi dərəcəsi almaq üçün çalışan aspiranta və ya dissertanta elmi məsləhət və istiqamət verməkdən ötrü təyin edilmiş yüksək ixtisaslı mütəxəssis (adətən elmlər doktoru). Elmi rəhbər aspirantla (dissertantla) birgə iş planı tərtib edir, ümumi nəzəri ədəbiyyatı mənimsəməkdə ona köməklik göstərir. Fərdi planda nəzərdə tutulmuş bütün işlər elmi rəhbərin nəzarəti altında yerinə yetirilir. Tamamlanmış dissertasiya elmi rəhbərin müsbət rəyini aldıqda müdafiəyəyə təqdim edilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Vətəndaş elmi
İnformasiya elmi
İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. == Məzmunu və yanaşması == İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir." == Ümumi məlumat == İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir."İnformasiya" termini "informatio" sözündən yaranmışdır.
Azərbaycanda elmi fantastika
Azərbaycanda elmi fantastika – Azərbaycan ədəbiyyatında və kinematoqrafiyasında elmi fantastika janrının işlədilməsi. Elmi fantastika Azərbaycanda çox da müraciət olunmayan bir janrdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatında elmi fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil. Azərbaycan ədəbiyyatında elmi fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd olunmalıdır. Bunlar Namiq Abdullayev, Əhməd Xaspoladov və Emin Mahmudovdur.Azərbaycan ədəbiyyatında elmi fantastika janrının ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı "Gələcək şəhər" hekayəsidir. Sonrakı illərdə Namiq Abdullayev ("Sehrli oğlan", "Balaca kiberin macəraları", "Gecələr uzanaydı", "Piyada vəzirə çevrilir" və s.) və Emin Mahmudov fantastik janrda yazılan əsərlərin müəllifləridir. Sonralar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da "Əlaqə" povesti ilə bu janrda öz töhfəsini vermişdir.Bu janrda yazan yazıçılardan biri də Emin Mahmudovdur. Emin Mahmudovun "RT-1" adlı ilk elmi fantastika hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc edilmişdir. "Günəş şəhəri" adlı ilk elmi fantastika hekayələr toplusu 1953-cü ildə, "Muğanda qütb parıltısı" adlı hekayələr toplusu isə 1954-cü ildə çapdan çıxmışdır. Emin Mahmudov elmi fantastika janrında "Kainat gəmisi", "Veneranın göyləri od içindədir", "Zülmət dənizi", "Atlant qızı", "Qeyb olmuş səslər", "Dəmir necə ayaq açdı", "Ulduzlar yolumuzu gözləyir", "Qüdrətli pillə", "Günün nəfəsi" povest və hekayələrinin müəllifidir.Azərbaycanda elmi fantastika janrında yazan yazıçılardan biri də Reyhan Yusifqızı-Şıxlinskayadır.
Elmi fantastika filmi
Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və “bizi insan edən nədir?” kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur. Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən - Corc Melisin “Aya Səyahət” (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi “2001: Bir kosmik dastan” (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş “Ulduz müharibələri” və “Üçüncü növ yaxın görüşlər” adlı filmlər, “E.T.” (1982) və “Qara Geyinən Adamlar” (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.
Yüksəltmə (elmi fantastika)
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. == Tarixi == Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur.Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir. Bu romanda yadplanetlilər insanların sosial və bioloji təkamülünə müdaxilə edirlər.Kordvayner Smitin "Bəşəriyyərin instumentallığı" əsərində heyvanlar insan səviyyəsinə gətirilərək kölə kimi işlədilir.
Fantastika
Fantastika (yunanca: phantastike — incəsənət təsəvvür etmək) — xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də kino, rəssamlıq və digər incəsənət sahələrinində əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastlar öz əsərlərində daim yeni texnologiya, robortlar "icad" etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər. Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmidir == Fantastik janrın tarixi == Fntastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Migel de Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Xristian Andersen (uşaq fantastikası), İohann Volfqanq Göte, Moris Meterlink, Aleksandr Blok kimi XVII–XIX əsr klassiklərinin əsərlərində bu janır üstünlük təşkil edir. Ancaq fantastika janrı bu günkü şəklini məhz XIX–XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı. Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi. === Antik ədəbiyyatda fantastika === Fantastik səyahətlərin ilk nümunələrindən biri kimi Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar.
Fantastic Girl
Fantastic Girl — koreyalı müğənni Li Çjon Hyonun 6-cı albomu.Albomun 4, 5, 6, 9 və 10-cu trekləri YD Online tərəfindən paylanılan və T3 Entertainment tərəfindən hazırlanan Audition Online video oyununda istifadə olunmuşdur. Onun "I Love You, Chul Soo" mahnısı üçün hazırlanmış musiqi videosundakı saç stili və geyimi oyunda satın alına bilinən avatar aksessuarı kimi təqdim edilmişdir. == Mahnı siyahısı == FunFun (feat. Double K) 나만봐 (Namanbwa) Just Look At Me 틀 (Teul) Formula 철수야 사랑해 (Cheolsuya Saranghae) I Love You, Chul Soo Welcome to my style 달려 (Dallyeo) Run 남자는 여자를 귀찮게 해 (Namjaneun Yeojareul Gwichankehae) Men Annoy Women 어떻게 (Eotteoke) How 또 사랑할 수 있을까 (Tto Saranghalsu Isseulkka) Will I Be Able To Love Again?
Fantastika filmi
Fantastika filmi — film janrlarından biridir. Belə filmlərdə nağılvari qüvvələrə, mifik obrazlara rast gəlmək olur. Fantastik filmlərdə texniki tərəqqinin şişirdilir. Bu əsasən gələcəkdən bəhs edən filmlərdə əks etdirilir.
Hipermühərrik (fantastika)
Hipermühərrik (ing. Hyperdrive) — kosmik gəmiyə superlüminal sürətlə hərəkət etməyə imkan verən mühərrik. Elmi fantastikada bu, tez-tez konseptual olaraq atlama, əyilmə və ya tunel hərəkətinə uyğun gəlir. Həmçinin, nəzəri fizikada hipermühərrik gəminin hiperkosmosda uçmasına və bununla da işıq sürətindən daha sürətli səyahət etməsinə imkan yaradan mühərrik üçün nəzərdə tutulmuş termindir. "Ulduz müharibələri" franşizasında çox istifadə edilən anlayışdır.
Ən yaxşı elmi fantastika filminə görə Saturn mükafatı
Ən Yaxşı Elmi Fantastika Filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Science Fiction Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1973-cü ildə təsis edilmiş, ilin ən yaxşı elmi fantastika janrında olan filminə verilən mükafatdır. == Qaliblər və nominasiyalar == Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Avoriaz Fantastik Film Festivalı
Avoriaz Fantastik Film Festivalı — fantastik filmlərə mükafat vermək üçün keçirilən festivaldır. Festivalda 1973-1993-cü illər arasında çəkilən Fantastik və Qorxu filmi janrında çəkilən filmlərə mükafat verilirdi. Festival Fransada yerləşir. == Seçilmiş filmlər == Texas qətliamı Hellovin Terminator Qarağac küçəsində qarabasma RoboKop == Ədəbiyyat == Капралов Георгий.
Fantastik Dördlük (film, 2015)
Fantastik dördlük (ing. Fantastic Four və ya Fant4stic; rus. Фантастическая четвёрка) — Marvel Comics nəşriyyatının eyniadlı komandasından bəhs edən 2015-ci il istehsalı fantastik film. Bu film 20th Century Fox tərəfindən çəkilmiş 3-cü Fantastik dördlük filmi olsa da, bu filmdə hadisələr yenidən işlənib. Filmin rejissoru Coş Trank, ssenaristləri isə Ceremi Slater, Trank və Simon Kinberqdir. Filmin baş rollarında Maylz Teller, Maykl Cordan, Keyt Mara, Tobi Kebbel, Req Katey və Tim Bleyk Nelson oynamışdır. Filmin ssenarisinə görə Fantastik dördlük komandası düşmənə çevrilmiş dostlarını dayandıraraq Yeri alternativ dünyadan qorumalıdırlar. Film üzərində işlər 2009-cu ildə başlamışdır. Əsas çəkilişlər may-avqust 2014-cü ildə baş tutmuşdur. Çəkilişlər Luizianada, Baton Rujda həyata keçirilmişdir.
Fantastik dördlük (film, 2005)
== Mövzusu == Reed Richards və Benjamin "Ben" Grimm kosmosda araşdırmaları üçün maliyyə dəstəyi üçün Victor Von Doom-a gedirlər. Viktor razılaşır və onlar birlikdə kosmosa gedirlər. Burada günəş alovu gözləniləndən tez baş verir və komanda heyran olur və güc qazanır. Körpüdə baş verən qəzada komanda ilk dəfə ictimaiyyət qarşısına çıxır və insanları qəzadan xilas edir. Mən sənin halından razı deyiləm. Sevdiyi qadın onu tərk etdi. Reed onu bərpa edəcəyinə söz verir, lakin Viktor onu şirnikləndirir və kifayət qədər işləmədiyini deyir. O, Ben Ridlə mübahisə edir və onlar döyüşürlər. Ben Viktorun yanına gedir və Viktor öz gücündən istifadə edərək Beni insana çevirir. Beləliklə, o, qarşısındakı ən böyük maneədən xilas olur.
Fanatik
Fanatik – [lat. fanaticus – azğın] 1) hər hansı bir şeyə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. Məsələn, öz işinin fanatiki; 2) fanatizm mahiyyətində olan, mütəəssib. Məsələn, fanatik adamlar, fanatik görüşlər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fantastik varlıqlar və onların məskəni
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Studio Fantasia
Studio Fantasia (スタジオ・ファンタジア, Sutajio Fantajia) — Yaponiya animasiya studiyası. 12 oktyabr 1983-cü ildə Tomohisa İyzuka tərəfindən qurulmuşdur. Baş qərargahı Tokionun Nerima xüsusi rayonunda yerləşir.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Japonica Polonica Fantastica
Japonica Polonica Fantastica və ya qısaca JPF – Polşa manqa nəşriyyatı. 1996-cı ildə Şin Yasuda tərəfindən qurulmuşdur. Baş qərargahı Şetsin şəhərinin yaxınlığındakı Myerzin qəsəbəsində yerləşir.