Azərbaycanda elmi fantastika

Azərbaycanda elmi fantastikaAzərbaycan ədəbiyyatındakinematoqrafiyasında elmi fantastika janrının işlədilməsi. Elmi fantastika Azərbaycanda çox da müraciət olunmayan bir janrdır.[1]

Azərbaycan ədəbiyyatında elmi fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil.[2] Azərbaycan ədəbiyyatında elmi fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd olunmalıdır.[2] Bunlar Namiq Abdullayev, Əhməd XaspoladovEmin Mahmudovdur.[2]

Azərbaycan ədəbiyyatında elmi fantastika janrının ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı "Gələcək şəhər" hekayəsidir.[2] Sonrakı illərdə Namiq Abdullayev ("Sehrli oğlan", "Balaca kiberin macəraları", "Gecələr uzanaydı", "Piyada vəzirə çevrilir" və s.) və Emin Mahmudov fantastik janrda yazılan əsərlərin müəllifləridir.[2] Sonralar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da "Əlaqə" povesti ilə bu janrda öz töhfəsini vermişdir.[2]

Bu janrda yazan yazıçılardan biri də Emin Mahmudovdur.[2] Emin Mahmudovun "RT-1" adlı ilk elmi fantastika hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc edilmişdir.[2] "Günəş şəhəri" adlı ilk elmi fantastika hekayələr toplusu 1953-cü ildə, "Muğanda qütb parıltısı" adlı hekayələr toplusu isə 1954-cü ildə çapdan çıxmışdır.[2] Emin Mahmudov elmi fantastika janrında "Kainat gəmisi", "Veneranın göyləri od içindədir", "Zülmət dənizi", "Atlant qızı", "Qeyb olmuş səslər", "Dəmir necə ayaq açdı", "Ulduzlar yolumuzu gözləyir", "Qüdrətli pillə", "Günün nəfəsi" povest və hekayələrinin müəllifidir.[2]

Azərbaycanda elmi fantastika janrında yazan yazıçılardan biri də Reyhan Yusifqızı-Şıxlinskayadır.[2] Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur və onun ilk iri həcmli əsəri "Yaşıl gözlü qız" elmi fantastika povesti 2009-cu ildə Türkiyədə keçirilmiş uşaq kitabları yarışmasında laureat olub və Ankarada türk dilində çap edilib.[2]

Bu janrda yazan daha bir Azərbaycan yazıçısı sistemli şəkildə bu işlə məşğul olan Vüsal Nurudur.[2] Yazıçı bu janrda beş roman, müxtəlif hekayələr çap etdirmişdir: "Eybəcərlər adası", "Prezidentin qızı", "999", "Dorantağ" və s.[2] Bu əsərlər əsasən qotik üslubda yazılmışdır.[2]

Bu janrda Azərbaycan ədəbiyyatında yazan qadın yazıçılardan biri yəhudi-azərbaycanlı Lalə Həsənovadır (Elizabet Tüdor).[3] 1998-ci ildən özünü bədii yaradıcılığa həsr edən yazıçı bütün əsərlərini rus dilində yazır.[3] Onun ilk kitabı – "Zamanların savaşı" 2001-ci ildə Azərnəşrdə işıq üzü görüb. Fantasik janrda yazılan kitabın uğuru fonunda fantast-yazıçını 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul ediblər.[3] Elə həmin il Lalə Həsənovanın macəra və fantastika janrında yazdığı kiçik hekayələr toplusu olan "Qatil Çuopakabra" kitabı işıq üzü görüb.[3] Ardınca gənc müəllif elmi-fantastika janrında yazılan "Səmaların seçilmişləri" romanını nəşr etdirib.[3] Demək olar ki, hər il Elizabet Tüdor imzası ilə bir kitab nəşr etdirən Lalə Həsənova yalnız Azərbaycandakı deyil, bütövlükdə MDB məkanındakı rusdilli auditoriyanın marağını qazanıb.[3] 2007-ci ildə yazdığı "Kolliziya" romanını isə o zamanlar Kaliforniyanın qubernatoru səlahiyyətlərini icra edən məşhur kinoakytor Arnold Şvartseneggerə həsr edib.[3] 2008-ci ildən isə Lalə Həsənova 12 xilaskar qəhrəmandan bəhs edən 12 cildlik silsilə romanlar yazmağa başlayıb.[3] Onun Abbas Ələkbərov personajının macəralarından bəhs edən elmi fantastik romanı 2014-cü ildə işıq üzü görüb.[3]

2017-ci ildə Fərid Hüseynlinin hadisələri 2107-ci ildə keçən "Zamanin göz yaşları" adlı elmi fantastika romanı nəşr olunub.[4]

Elmi fantastik janrda yazanlar sırasına professor Elmira ZamanovaÇingiz Abdullayev də aid edilirlər.[1]

İddia olunur ki, elmi fantastika-superqəhrəmanlıq janrında olan Azərbaycan komiksi 2015-ci ildə bir qrup şəxs tərəfindən hazırlanmış "Külək adam" komiksi olub. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.[5] 2016-cı ildə Gülşən Hacızadə və Aynurə Mikayılova müəllifliyi altında "İndiqo" komiksi çap olunub.[6] Bundan əlavə, yenə eyni janrda Dalga Comics tərəfindən 2017-ci ilin sentyabrında "Superion" adlı one-shot komiks buraxılıb.[7]

Kinematoqrafiya

[redaktə | mənbəni redaktə et]

Elmi fantastika janrında olan ilk və yeganə Azərbaycan filmi 1964-cü ildə Əlisəttar Atakişiyevin rejissorluğu ilə çəkilmiş "Sehrli xalat" filmidir.[8][9] Filmin baş qəhrəmanları XXI əsrəAya səyahət edirlər. Halbuki ilkin ssenariyə görə əsas personajın gələcəyə getməsi nəzərdə tutulmamışdı.[9] Ayın səthindəki epizodlar Belarusun Minsk şəhərində çəkilmişdir.[9]

1989-cu ildə Anarın "Əlaqə" povesti əsasında eyniadlı Azərbaycan filmi çəkilmişdir. Filmin rejissoru Cahangir Zeynallıdır.[10]

  1. 1 2 "Müasir ədəbiyyatımızda elmi-fantastik janr böhranı…". Azinforum (az.). 26 dekabr 2017. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi" (PDF). Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası (az.). 2016. 2018-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 fevral 2018.
  3. 1 2 3 4 5 6 7 8 9 "Rusiya ədəbiyyatını fəth edən azərbaycanlı qadın". Modern (az.). 28 yanvar 2015. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  4. "Fərid Hüseynli Zamanin göz yaşları". Qanun (az.). 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  5. "Azərbaycanın "ilk komiksi" yeni sahənin yaradılmasına yol açacaqmı?". BBC Azərbaycanca (az.). 23 noyabr 2017. 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2017.
  6. "İndiqo, volume 01". Goodreads. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  7. "Dalga Comics Superion Komiksinin Teqdimati". Facebook (az.). 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  8. "50 ilin "Sehrli xalat"ı". Mədəniyyət.az (az.). 14 noyabr 2014. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  9. 1 2 3 ""Sehrli xalat"ın sehrinə düşənlərdən birinin xatirələri - FOTO". Milli.az (az.). 30 oktyabr 2012. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
  10. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342–343.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]