Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq + -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir. == Etnologiyanın predmet və obyekti == Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır.
Funksionalizm (etnologiya)
Funksionalizm — etnologiya sahəsində XX əsrin əvvəllərində meydana gəlmiş sosioloji məktəb. == Yaranması == Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20–ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R.Turnvald 1911-ci ildə irəli sürmüşdür. Lakin funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır. O bildirirdi ki, parlament idarəçiliyi mədəniyyətin mühüm elementi hesab edilir və çinlilərdə istifadə edilən çubuqlar isə yalnız qida prosesində kiçik bir elementdir.
AMEA Tarix və Etnologiya İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
Etiologiya
Etiologiya (yun. αἰτία — səbəb və λόγος — fikirləşmək, hesab etmək) — tibbin xəstəliklərin səbəbini öyrənən bölməsi.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Etimologiya
Etimologiya — sözün mənşəyini öyrənən dilçilik sahəsi. Cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı. Etimologiya – [yunan.etymologia – həqiqət] 1)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 2)sözlərin mənşəyini öyrənən tarixi dilçilik sahəsi. Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur, qanunauyğunluq əsasında ayrı-ayrı sözlərin milli mənsubiyyəti, inkişaf yolu, fonetik və məna dəyişmələri müəyyən edilir. Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur. == Mənbə == == Xarici keçidlər == Rus dilində etimologiya elmi haqqında Arxivləşdirilib 2009-10-02 at the Wayback Machine Borçalı - etimologiya Arxivləşdirilib 2010-04-27 at the Wayback Machine == Həmçinin bax == Etimoloji sözlük Mirəli Seyidov. XIII əsr erməni tarixçisinin əsərində türk-monqol sözləri. - "Известия АН Азербайджанской ССР. Серия общественных работ". Баку, 1962, № 1, стр. 91-94.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Fonologiya
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. == Strukturu == O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühim probləmlərdən biridir. == Tarixi == Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.
Metrologiya
Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur. Metrologiyanın əsas predmeti ölçmələr,onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.
Ontologiya
Ontologiya, və yaxud ontoloji prizma — varlıq haqqında təlim, fəlsəfənin bir bölməsi. Obyektivizm cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var. Bu fikri nümunə ilə göstərərək daha da praktik və aydın dillə başa salmaq olar. Məsələn, bir primitiv qəbilədə və bir də inkişaf etmiş sivil cəmiyyətdə yenicə dünyaya gələn uşağı nümunə götürək. Qəbilədə dünyaya gələn uşaq elə mühitdə böyüdülür ki istər-istəməz yaşadığı qəbilənin həyat tərzini götürür və digərləri kimi primitiv həyat sürür. Sivil və inkişaf etmiş mühitdə böyüdülən uşaq isə cəmiyyətin digər nümayəndələri kimi daim inkişaf etməyə can atır, çalışır və həyat tərzini onların həyat tərzinə uyğunlaşdırır.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Ekologiya
Ekológiya (yun. οικος — ev, yaşayış məskəni, yun. Λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Təbiəti insansız insanı təbiətsiz təsəvvür etmək mümkün deyil. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu “Bibliyanı Bibliya vasitəsilə şərh etmək” qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir.Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir.Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir. Martin "Texnologiyanı ehtiva edən sual" (alm. Die Frage nach der Technik‎) adlı məqaləsində "çərçivələmə" adını verdiyi funksiyadan bəhs etmişdir.
Ontologiya (informatika)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir. Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).
Azərbaycanda ekologiya
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. == Ekoloji problem == Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Dominant (ekologiya)
Dominant (lat. Dominans- hakimlik edən)- fitosenozların müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri dominant, ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir dominant varsa, ona monodominant, fitosenozda bir neçə dominant iştirak edərsə, polidominant fitosenoz adlanır. Dominant kütlənin miqdarı, yaxud proyektiv böyüklüyünə gösrə hesablanır. Dominantlar və subdominantlar fitosenozun əsas məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox mühüm əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında dominantlar mühüm əhəmiyyət kəsb edir. == Dominant növ == Dominant növ miqdarına və məhsuldarlığına görə yalnız özü və ya digər növlərlə birlikdə qruplaşmanın əsasını formalaşdıran növdür. Dominantlıq aşağıdakı düsturla hesablanır:D1=n1Nˑ100 Düsturda n1-növün sayı, N biosenozda fərdlərin ümumi sayı. == Dominantın arealı == Dominantın arealı dominantlıq edən növün tutduğu areal deməkdir.
Ekologiya hüququ
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.
Ekologiya mühəndisliyi
Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. == Ekologiya mühəndisliyi == Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bilər. Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdiril- məsi və yaradılmasının məqsədləri dəyişilir. Texniki obyekttlərə olan tələblərdən biri, onların "ekologiyalılığıdır. Bu anlayış texniki obyektlərin ətraf mühitlə (təbii və sosial) qarşılıqlı təsirini — (maddə, enerji, informasiya) səciyyələndirir. Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasitə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayn-ayn komponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymətləndirilməsində vacib əhəmiyyət kəsb edir. İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş əmsalı (FİƏ) ilə ölçülürdü, lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndirilməsinin obyektiv kriterisi kimi yararsızdır. Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri qiymətləndirilmir.
İndikator (ekologiya)
İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.
Ali Texnologiya Kollecləri
Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا‎) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur. == Fəaliyyəti == Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir.Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur. == Kampusları == Ali Texnologiya Kolleclərinin kampusları da kollec adı ilə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır: Əbu-Dabi Kişi Kolleci; Əbu-Dabi Qadın Kolleci; Əl-Ayn Kişi Kolleci; Əl-Ayn Qadın Kolleci; Dubay Kişi Kolleci; Dubay Qadın Kolleci; Fuceyrah Kişi Kolleci; Fuceyrah Qadın Kolleci; Ras əl-Xayma Kişi Kolleci; Ras əl-Xayma Qadın Kolleci; Şarcah Ali Texnologiya Kolleci; Mədinət Zayed və Ruveys Kolleci.
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Azərbaycan Texnologiya İnstitutu
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.