Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fridrix Ebert
Fridrix Ebert (alm. Friedrich Ebert‎; 4 fevral 1871[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 28 fevral 1925[…], Berlin, Prussiya[d], Veymar Respublikası) — alman sosial-demokratı, SDP-nin əsas xadimlərindən biri və onun "revizionist" qolunun lideri. Almaniyada Noyabr inqilabından sonra ilk reyxskansleri, ilk Almaniya prezidenti (Veymar Respublikası, 1919–1925) və həmçinin Almaniyanın ilk demokratik olaraq seçilmiş dövlət başçısı. == Həyatı == Fridrix Ebert 1871-ci ildə Heydelberq şəhərində dərzi ailəsində doğulub. Həmkarlar ittifaqı hərəkatında iştirak edən Ebert, Sosial Demokrat Partiyasında siyasi yüksəkliklərə nail olmuş, 1905-ci ildə Baş katib, 1913-cü ildə partiya sədri olmuşdur və 1914-cü ilin avqustunda Ebert, Birinci Dünya müharibəsinin başlanğıcının lazımlı "müdafiə" bir tədbiri olduğunu iddia edərək, SDP'nin əlavə hərbi vəsaitlər üçün demək olar ki, yekdil dəstək əldə etmişdir. Ebert və Şeydeman tərəfindən idarə olunan partiya rəhbərliyinin bu mövqeyi partiya içində bölünməyə gətirib çıxardı, nəticədə sol və mərkəz sol qanad 1917-ci ilin əvvəlində Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasını formalaşdıraraq partiyanı tərk etdi. SDP liderlərinin qalan hissələrinə nisbətən, Fridrix Ebert kayzer fikirləri ilə fərqlənirdi. Noyabrın inqilabı ərəfəsində Rexkansleri Baden Şahzadəsi ilə söhbətində, monarxiyanın qorunub saxlanılmasına ümid etdiyini və respublikanı onun yoldaşı Philip Scheidemann "özbaşına" hesab etdiyini elan etdi. Ebertin reyxprezidentliyi zamanı müharibə və siyasi qeyri-sabitliyin itirilməsi Almaniyada ağır iqtisadi böhrana səbəb oldu. 1923-cü ilin noyabrında Ebert Hustav Stresemannın koalisiya hökumətini tərk edən öz partiyasına qarşı çıxdı.
Milan Ekert
Milan Ekert (2 mart 1965, Plzen) — Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Mixaela Ebert
Mixaela Ebert (7 iyun 1997) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Ebert Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Ebert 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Fridrix Ebert Fondu
Fridrix Ebert Fondu — Almaniyanın ən qədim qeyri-hökumət təşkilatlarından biri olmaqla Almaniya Sosial Demokrat Partiyasına (SPD) bağlı fondudur. Alman Vəqfləri Federal Assosiasiyasının məlumatına görə, Fridrix-Ebert Fondu 2019-cu ildə ümumi xərcləri 190,3 milyon avro ilə bütün Alman siyasi fondları arasında ikinci olub. Əksər digər siyasi fondlar kimi, bu fond da sırf hüquqi və iqtisadi baxımdan bir fond deyil, qeydiyyatdan keçmiş bir birlikdir. Onun mərkəzi Bonnda yerləşir, həmçinin Berlin filialı da var. == Yaranma tarixi == Almaniya Sosial Demokrat Partiyasının sədri Fridrix Ebertin adını daşıyan və onun vəsiyyətində özü tərəfindən təklif edilən fond (FES) onun ölümündən bir neçə gün sonra 1925-ci il martın 2-də yaradılmışdır. Əsas vəzifə təhsil sahəsində işçilərə qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparmaq idi. İkinci Dünya Müharibəsindən sonra Sosialist Alman Tələbə İttifaqının təşəbbüsü ilə FES yenidən quruldu. 1948-ci ildən etibarən ilk qrantlar Helmut Şmidt də daxil olmaqla seçilmiş sosial demokratlara ödənilirdi. 1960-cı illərdən etibarən FES inkişafa yardım sahəsində getdikcə daha çox iştirak edir. Bununla o, Afrika Milli Konqresi kimi demokratikləşmə və azadlıq hərəkatlarını dəstəklədi və Yunanıstan, İspaniya və Portuqaliyada diktatura rejimlərinin aradan qaldırılmasında mühüm rol oynadı.
Əxət Mostafin
Əxət Mostafin (21 yanvar 1957, Kolsora, Başqırd MSSR) — kimyaçı, kimya elmlər doktoru, professor (2003), Başqırdıstan Respublikası Elmlər Akademiyası akademiki (2009), Başqırdıstan Dövlət Universitetinin rektoru (2010–2013). Əxət Qəzizyən oğlu Mostafin Başqırdıstan MSSR Baymak rayonu, Kolsora kəndində 21 yanvar 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir. Mustafin Universiteti bitirdikdən sonra 1980–1985-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetinda elmi işçi olaraq işləmişdir. 1985–1985–1999-cu illərdə isə SSRİ-nin (mühəndis, kiçik, böyük, aparıcı elmi işçisi) Başqırdıstan Elmlər Akademiyası Filialında elmi işçisi kimi fəaliyyət göstərmişdir 1999–2000-ci illər — Başqırd Dövlət Aviasiya Universitetinin dosenti, professor. 2000–2002-ci illər — Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini. 2002–2004-ci illər — BR təhsil nazirinin müavini. 2004-cü ildən — Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti. "Başqırdıstan Respublikasının əməkdar elm xadimi" adına layiq görülmüşdür. 2009 — Başqırdıstan Respublikası Elmlər Akademiyasının tam üzvü, 2010 — Başqırdıstan Dövlət Universitetinin rektoru.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən meyvə, şirin şorba, şirin içkilər, dondurma və ya digər qənnadı məmulatlarıdır. Bir qayda olaraq şirin delikateslər verilir. Bəzi mədəniyyətlər desertlər yaratmaq üçün daha çox dadlı olan qidaları şirinləşdirir. Dünyanın bəzi yerlərində yeməyi bitirmək üçün desert kursu ənənəsi yoxdur. Şirniyyat termini peçenye, tortlar, peçenye, kremlər, jelatinlər, dondurmalar, xəmirlər, pirojnalar, pudinglər, makaronlar, şirin şorbalar, tortlar və meyvə salatı kimi bir çox şirniyyata aid edilə bilər (meyvə adətən desert kurslarında rast gəlinir) Tarixən, desert kursu tamamilə "anbardan" ( de l'office ) yeməklərdən ibarət idi, o cümlədən təzə, bişmiş, konservləşdirilmiş və qurudulmuş meyvələr; qoz-fındıq; pendir və digər süd yeməkləri; quru peçenye (peçenye) və vafli və dondurmalar. Mətbəxdən təzə hazırlanmış xəmir xörəkləri, beze, kremlər, pudinqlər və bişmiş meyvələr kimi şirniyyatlar desertdə deyil, entremetlərdə verilirdi. 20-ci əsrə qədər şirin entremetlər desertlər arasında yer almağa başladı. == Etimologiya == "Desert" termini fransızca desservir sözündən yaranıb, "süfrəni təmizləmək" mənasını verir və masa "təmizləndikdən" sonra təqdim olunan yeməyin son yeməyinə aiddir ( deservi ). Termin kulinariya kontekstində ən erkən istifadələrindən biri Menagier de Paris (1393)-dədir ki, bu da mətndəki menyuların üçündə " desert " kursunu ehtiva edir, onlardan birinə şirin xəmir və meyvələr daxildir.
Egbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Eqbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Exeria
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Oxera
Oxera (lat. Oxera) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Oxera:The Plant List saytında takson barədə məlumat.
Xpert
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı popçu. 2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib.
Şexer
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Extra Card
== Haqqında == Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. ==== Extra Card çeşidləri ==== bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. ==== Extra Card xüsusiyyətləri ==== İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Kert
Quzumkənd (əvvəlki adı: Kert, daha əvvəl: Quzumkənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd, Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin orada yerləşdirilməsindən sonra, Kert adlanmışdı. Kert isə hind-Avropa dillərində "şəhər", "qala", "kənd", "tikili", deməkdir. 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kəndin adı Kert kimi qeyd olunur. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır. == Tarixi == 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Sovet vaxtında Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun Kert kənd Sovetinin tərkibində və Kert kənd Sovetinin mərkəzi kimi göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər.
Emeret adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. == Açılış tarixi == Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Emilia exserta
Emilia exserta (lat. Emilia exserta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Medqar Evers
Medqar Evers (ing. Medgar Wiley Evers; 2 iyul 1925, Dekeyter[d], Missisipi ştatı – 12 iyun 1963, Cekson) — Missisipi sakini, qaradərili vətəndaş hüquqları müdafiəçisi. Seqreqasiya siyasətini aparan yerli firmalarını boykot etmək üçün kampaniya keçirtmək, afroamerikalıların Mississippi Universitetinə girməsi üçün mübarizə aparmaq və 14 yaşlı Emmett Tillin qətli ilə əlaqədar ictimai istintaqa qatılmaq qızğın altmışlı illərin əvvəllərində Eversi döyüşün ön sıralarına qoydu. 12 iyun 1963-cü ildə Evers evinin ağzında ağ irqçi Bayron de la Bekvit tərəfindən güllələndi. Xəstəxanaya aparılarkən Evers yolda öldü. Bayron de la Bekvit daha sonra inandırıcı dəlillərə baxmayaraq ağ münsif tərəfindən iki dəfə bəraət qazandı və yalnız 1994-cü ildə qətlə görə cəzalandırıldı. == Xatirəsi == Eversin xatirəsi mahnı və filmlərdə əbədiləşdirilib, Nyu York Universitetinin kolleclərindən biri və Cekson Beynəlxalq Hava Limanının onun adını daşıyır, Cekson şəhərində ona abidə ucaldılıb, Eversin evi isə muzeyə çevrilir.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əxmər
Əxmər (Auırqazı) —
Əxtər
Əxtər -(farsca ulduz deməkdir) M.T.Sidqinin 1892-ci ildə Ordubadda təsis etdiyi,yeni təlim-tədris üsulu ilə fəaliyyət göstərən ibtidai məktəb. Məktəbdə dərslər ana dilində aparılırdı. Lakin o zaman Azərbaycan dilində dərsliklə olmadığından M.T.Sidqi "Əxtər" məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı. "Əxtər əhalidən toplanan maddi vəsait hesabına fəaliyyət göstərirdi. Milli məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrilir. M.T.Sidqi 2 il "Əxtər" məktəbinə rəhbərlik etmişdir. Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini bu məktəbdə almışlar.