Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbədi ezamiyyət (film, 2016)
Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.
Nizamiyyə mədrəsəsi
Nizamiyyə mədrəsəsi — Bağdad şəhərində 1067-ci ildə açılmış mədrəsə. Mədrəsə sözü ərəbcə "dərəsə-oxumaq, anlamaq, bir mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq" kökündən olub "dərs deyilən yer" deməkdir. Bu sözdən "tədris", "müdərris"("dərs deyən"), midrəs ("Quran oxunan yer") və s. kimi terminlər yaranmışdır. İslamın yayıldığı ilk dövrlərdə ayrı-ayrı ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcə də böyük məscidlərdə daimi məktəb və ya mühazirə kursları mövcud idi. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər h. IV/IX əsrlərdə Xilafət Şərqində (Mərkəzi Asiya və Xorasanda) yaranmış, daha sonra isə oradan qərb vilayətlərinə keçmişdi. Mədrəsə təsisatı Səlcuqların hakimiyyəti illərində özünün çiçəklənmə dövrünü keçirirdi. Bəzi tədqiqatçıların (C. Maqdisi və K. Klauzner) fikrincə, səlcuqilər bu mədrəsələri yalnız inzibati idarəetmə kadrlarının hazırlanması məqsədilə yaratmışdılar. Lakin, tədris prosesində gələcək inzibatçılar özlərinin fəaliyyəti üçün vacib olan elmləri və təcrübəni almırdılar.
Lamiyyə Ələkbərova
Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən "Mədəniyyət" televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı, 2023-cü ilin dekabr ayından etibarən MTV Azerbaijan kanalında Musiqi departamentinin direktoru. == Həyatı == === Təhsili === Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub. 1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir. === Karyerası === Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır. ==== AzTV ==== 1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.
Zaviyyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Aş-Şamiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Nizamiyyə mədrəsəsi (Gəncə)
Nizamiyyə mədrəsəsi (Gəncə) — XII əsrə aid Böyük Səlcuq İmperiyasının vəziri Nizamülmülkün şərəfinə yaradılan «Nizamiyyə» mədrəsələrindən biri. X əsrin 70-ci illərindən Arranda hökmranlıq edən Şəddadilər sülaləsinin paytaxtı Gəncə çox keçmədən Bərdəni geridə qoyaraq Arranın ən iri şəhərinə çevrilir. Böyük Səlcuqilərin üç ən böyük şəhəri (Mərv, Nişapur və İsfahan) ilə yanaşı Gəncə də böyük şəhərlər sırasına daxil olur. Lakin, XII əsrin I yarısında Gəncədə basqın və qarətlər şəhəri tamamilə dağıtmışdı. Buna baxmayaraq, şəhərin strateji mövqeyi, xüsusilə sənətkarlığın yüksək inkişafı eləcə də sultanın canişini Qara Sunqurun öz qoşunları ilə gəncəlilərə qoşulması şəhərin “əvvəlki gözəlliyinin” bərpa olunmasına imkan vermişdi. Əl-Bundariyə görə, zəlzələdən sonra şəhər “əvvəlkindən də yaxşı” tikilmişdi. Coğrafiyaşünas səyyah-tarixçi Yaqut əl-Həməvinin məlumatına görə, Azərbaycan şəhərlərində olan ərəb və fars dillərində zəngin kitab fondlarından biri də Gəncədə yerləşmişdi. Belə kitab fondları olan kitabxanalar bütün arzu edənlər üçün açıq olurdu. Bura gələnlər qiraət və kitabların üzünü köçürməklə məşğul olurdular. Kənardan gələnlərə mürəkkəb və qələm verirdilər, elmin müxtəlif sahələrində işləyən alimlər isə maaşla təmin olunurdu.
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.
Nəzmiyyə Abbaszadə
Nəzmiyyə Müzəffər qızı Abbaszadə (d. 19 iyul 1945, Naxçıvan) — musiqişünas, ilk azərbaycanlı violençel çalan qadın, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). 1968 ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası; BMA), Həmin ildən konservatoriyanın simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 1973 ildə isə P. İ. Çaykovski ad. Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir. 1968 ildən BMA-nın simli alətlər kafedrasında müəllim, dosent, 1990–99 illərdə isə kafedra müdiri işləmişdir. 1999-cu ildən akademiyanın ifaçılıq fakültəsinin dekanıdır. Qadınlardan ibarət simli kvartetin tərkibində 30 il bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
Аş-Şаmiyyə
Nəzmiyye-yi Təbriz
"Nəzmiyyeyi Təbriz" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri olan "Nəzmiyyeyi Təbriz" şəhərin polis idarəsi tərəfindən təsis olunmuş və bu idarənin orqanı sayılırdı. Bu nəşrin ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi. İngilis Edvard Braun "İran mətbuatı və ədəbiyyatı tarixi" kitabında bu qəzet haqqındakı təəssüratlarını belə bölüşür: "Bu təsvirli qəzet həftəlik olaraq 1326 h.q. və ya 1908-1909 tarixində Mahmud İskəndaninin rəhbərliyi ilə Təbrizdə nəşr olunurdu.
Əzmiyə Hami Güvən
Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır.