Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərəhli
Fərəhli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir. == Toponimikası == Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirler. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.
Fərəh Pəhləvi
Fərəh Təbatəbai Pəhləvi (Fərəh Diba, fars. فرح پهلوی‎‎; 14 oktyabr 1938, Tehran) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, şahbanu. == Həyatı == Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Fərəh Şəkinskaya
Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı – 20 aprel 2016, Bakı) — Azərbaycan SSR və Azərbaycan Respublikasının dövlət, ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. 1989–1991-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini və 1991–1993-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini. == Həyatı == Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. uşaqlığı və erkən gəncliyi Bakı şəhərində keçmişdir. == Təhsili == 1958-ci ildə Azərbaycan Sənaye İnstitunu bitirib. == İctimai-siyasi fəaliyyəti == Fərəh Şəkinskaya 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Fərəh Şəkinskaya 1960–1970-ci illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–178-ci illərdə Azərbaycan Kommunist Partiyasının Nərimanov Rayon Komitəsinin katibi, 1978–1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra etmişdir. 27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir və təqaüd yaşına qədər, 1993-cü ilədək bu dövlət vəzifəsini tutmuşdur.
Fərəh Əliyeva
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017). == Həyatı == Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. 1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir.
Xatirələr (Fərəh Pəhləvi)
Xatirələr: Yıxılan rejimin və bitməyən eşqin hekayəti (ing. An Enduring Love: My Life with the Shah) — İran, Pəhləvilər xanədanlığının ilk və son şahbanusu Fərəh Pəhləvinin yazdığı əsər. == Məzmun == Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır. == Nəşr və tərcümə == Memuar Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə, Əsgər Rəsulov tərəfindən də redaktə edilmiş və Bakıda Adiloğlu nəşriyyatı tərəfindən 2007-ci ildə 420 səhifədə, 1000 tirajla, 2016-cı ildə isə Xanda, 420 səhifədə, 500 nüsxə; Qanunda 300 nüsxə, Bakı Kitab Klubu tərəfindən 432 səhifədə və 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Fərəh Pəhləvi Xatirələr (Memuar)" ( (az.)). kitabklubu.org. 2017-08-02 tarixində arxivləşdirilib.
Lizyölü Tereza
Lizyölü Tereza, anadan olub Marie Françoise-Thérèse Martin (d. 2 yanvar 1873, Alanson, Fransa - 30 sentyabr 1897, Lizyö, Fransa) — Fransız Diskalted Karmelit rahibəsi və mistiki. 1925-ci il mayın 17-də Papa XI. Pius tərəfindən müqəddəsləşdirildi. 1997-ci ildə Papa II İohan Pavel tərəfindən Kilsə Doktoru elan edilmişdir. Fransisk Xavier ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. Xatirə günü 3 oktyabrdadır. == Həyatı == Tereza dini həyata erkən çağırış aldı və müxtəlif maneələri dəf etdikdən sonra, 1888-ci ildə Normandiya bölgəsindəki bir kommuna olan Lizyödə rahibə olmaq üçün 15 yaşında Karmelit ordeninə qoşuldu. Monastırda sadə və adi bir həyat sürdü. İncillə yanaşı, o, Tomas Kempisin Məsihə Oxşamaq kitabını daim oxudu və bu kitab ona kamilliyə gedən yolda kömək etdi.
Mariya Tereza
Mariya Tereza (13 may 1717[…], Hofburq sarayı[d] – 29 noyabr 1780[…], Vyana) — 1740-cı ildən, 1780-ci ilə qədər Habsburqlar sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən şəxsdir. Avstriyalı Mariya Tereza (1816–1867) və İspaniyalı Mariya Tereza (1845–1927) ilə qarışdırılmamalıdır. 1740-cı ildən ölümünnə qədər Macarıstan və Bohemiya kralıçası, Avstriya Hersoqinyası idi. Bundan əlavə həyat yoldaşı I Fransisk Müqəddəs Roma İmperatoru seçiləndən sonra Müqəddəs Roma İmperatriçası oldu. Öz dövrünün ən güclü qadınlarından biri olmuş, Müqəddəs Roma İmperatoru II İosifin və Fransız Burjua İnqilabında edam edilən Fransız kraliçası Mariya Antuanettanın anasıdır. Mariya Tereza maliyyə və təhsil islahatları etmiş, ticarət və kənd təsərrüfatı onun dövründə özünün "qızıl əsrini" yaşamışdır. Prussiya ilə mübarizə davam etdirilir, Yeddiillik müharibə və Bavariya İrsi uğrunda müharibədə ölkəsini idarə etmişdir. Əri I Fransiskin ölümündən sonra oğlu II İosif 1765-ci ildə imperator oldu. Mariya Tereza oğlunun bir çox hərəkətlərini tənqid edirdi, lakin Polşanın birinci bölünməsini təqdir etmişdi (1722). XVIII əsr Avropa güc balansında açar rolunu oynayırdı.
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. == Həyatı == Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Tereza Franssinetti
Tereza Franssinetti (24 dekabr 1985, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Tereza Knorr
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr; 14 mart 1946, Sakramento) — amerika cinayətkarıdır, öz iki uşağına ölümünə qədər əzab vermişdir. 11 oktyabr 1993-cü ildə həbs edilmişdir və ömürlük həbsə məhkum edilmişdir. == Bioqrafiya == === Erkən illər === Tereza Knorr 14 mart 1946-cı ildə Sakramento şəhərində doğulmuşdur, Cimin və Svanni Qay Krosların ailəsində kiçik uşaq idi. Cim pendir istehsalçısı işləyirdi, Svanni — qələm istehsalçısı. 3 fevral 1961-ci ildə, nə vaxt ki, Terezanın 15 yaşı var idi, onun anası ürək tutmasından öldü, nəyə görə Tereza uzun müddətli depressiyaya düşdü. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edən bağlı uşaq idi. 29 sentyabr 1962-ci ildə Kliffard Klayd Sandersa ərə getdi. 16 iyul 1963-cü ildə onların oğlu Hovard Klayd doğuldu.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Tereza Mey
Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019) == Təhsili == Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib. == Siyasi karyerası == 1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış 1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir. 1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu. 2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur.
Tereza Pellati
Tereza Pellati (italyanca:Teresa Pellati) — İtaliya aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == Xarici keçidlər == Tereza Pellati — Internet Movie Database saytında.
Tereza Raken
Tereza Raken — XIX əsr fransız naturalist nəsrinin simalarından biri olan Emil Zolyanın (1840-1902) romanı. Roman müxtəlif dillərə tərcümə edilib. == Məzmun == Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi iki insanın bir-birinə öyrəşməyi öyrəşməyi üzərində qurulub. Xalası oğlu xəstəhal Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər,lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır.
Tereza Rassell
Tereza Rassell (ing. Theresa Russell; doğ. 20 mart 1957) — ABŞ aktrisası və modeli. == Həyatı == Tereza Rassell 20 mart 1957-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində anadan olub.
Tereza Sampsonia
Tereza Sampsoniya (doğum adı Sampsoniya, evləndikdən sonrakı adı isə Ledi Şirli olmuşdur; 1589, Səfəvilər – 1668, Roma) — Səfəvilər İmperiyasından olan zadəgan qadın. O, İngiltərə sərgüzəştçisi Robert Şirlinin həyat yoldaşı idi və onu Avropa ölkələrinə səyahət edir və Səfəvi padşahı I Şah Abbasın elçiliklərinin rəhəbi adı ilə müşayiət edirdi. Tereza, aralarında İngiltərə sahzadəsi Henri Frederik və Danimarkalı Annanın (övladının vəliləri), həmçinin Tomas Herbert və Antonio Van Deyk kimi çağdaş dövrün yazıçı və sənətkarları da olmaqla Avropanın bir çox kral evində qonaq olmuşdur. Herbert, Robert Şirlini "dövrünün ən böyük səyyahı" hesab etsə də, "qorxmaz xanım Tereza"ya daha çox heyran qalmışdı. 1628-ci ildə Terezanın əri dizenteriyadan vəfat edir. Bunun ardınca o, Abbasın xələfi və nəvəsi olan Səfinin hakimiyyəti dövründə məhkəmə böyükləri və səlahiyyətlilərin yaratdığı maneələr səbəbiylə ölkəni tərk edir. Tereza qalan ömrünü Romadakı bir manastırda yaşayaraq xeyriyyəçilik və dinə həsr etmişdir. Mömin bir xristian olduğundan və ərinə olan sevgisi səbəbiylə Tereza, əri Robert Şirlinin qalıqlarını İsfahandan Romaya gətirdərək burada dəfn edir. O, özünün və yoldaşının yanaşı qazılmış qəbrlərinin başdaşı üzərində səyahətlərini qeyd etmiş və öz nəcib Çərkəz mənşəyinə işarə etmişdir. Teresa və Robert Şirlinin səyahətləri bir çox müasir ingilis, italyan, Latın və ispan mənbələrində, o cümlədən şahidlərin ifadələrində qeyd edilmişdir.
Anna-Tereza Timineçka
Anna-Tereza Timineçka (ing. Anna-Teresa Tymieniecka) — Polşa əsilli amerika filosofu, müasir dövrün ən məşhur və daim fəaliyyətdə olan fenomenoloqlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, Springer nəşriyyatı tərəfindən nəşr edilən Analecta Husserliana adlı (100-dən artıq cildi çapdan çıxmış) kitab silsiləsinin redaktoru . == Həyatı == === Təhsil və müəllimlik fəaliyyəti === Anna-Tereza Timineçka 28 fevral 1923-cü ildə Polşanın Marianovo şəhərində Polyak-Fransız aristokrat ailəsində anadan olmuşdur. Onun fəlsəfə ilə tanışlığı erkən illərdən başlanmışdır. Belə ki, bu dövrdə o, Lvov-Varşava Fəlsəfi məktəbinin yaradıcısı olan Kazimir Tvardovskinin (Kazimierz Twardowski) Zur Lehre vom Inhalt und Gegenstand des Vorstellungen (Təsəvvürlərin məzmunu və predmetinə dair) adlı fundamental əsəri və həmçinin Platonun və Berqsonun bir çox əsərləri ilə tanış olur. Sonuncu müəllifin fəlsəfəsinə maraq onun anası Mariya-Ludvika de Lanval Timineçka (Maria-Ludwika de Lanval Tymieniecka) tərəfindən yaradılmışdı. İkinci dünya müharibəsindən sonra Anna-Tereza Timineçka fəlsəfə ilə Krakovda Jagiellon universitetində (Jagellonian University) sistematik məşğul olmağa başlayır. Burada o, Kazimir Tvardovski və Edmund Hüsserl kimi məşhur müəllimlərin tələbəsi olmuş Roman İngqarden rəhbərliyi altında çalışır. Eyni vaxtda o, Krakov İncəsənət Akademiyasında təhsil alır. İki ilə universitet proqramını tam başa vuran Anna-Tereza Timineçka öz təhsilini davam etdirmək üçün İsveçrəyə gedir.
Avstriyalı Mariya Tereza
Avstriyalı Mariya Tereza (isp. María Teresa de Austria; fr. Marie-Thérèse d'Autriche) (d. 10 sentyabr 1638 – ö. 30 iyul 1683) — Fransa kralı XIV Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı IV Filipin qızı olaraq İspaniya infantası idi. Mariya Tereza Fransa ilə İspaniya arasındakı müharibənin sonlanması üçün 1660-cı ildə bibisi oğlu olan Fransa kralı XIV Lüdoviklə evləndirildi. Qatı dindarlığı ilə fərqlənən Mariya Tereza Fransanın siyasi həyatından uzaq qaldı. == Mənbə == Wolf 1968, p. 328 Chisholm, Hugh, ed.
Avstriyalı Marqarita Tereza
Avstriyalı Marqarita Tereza (isp. Margarita Teresa de Austria) (12 iyul 1651[…], Madrid – 12 mart 1673, Vyana) – Müqəddəs Roma imperatoru I Leopoldun xanımı. Atası İspaniya kralı IV Filipp, anası isə Müqəddəs Roma imperatoru III Ferdinandın qızı Mariya Annadır. Məşhur ispan rəssamı Dieqo Velaskesin Las Meninas portretinin baş fiqurudur. == Mənbə == Ingrao, Charles W., The Habsburg Monarchy, 1618–1815 (New Approaches to European History) [Paperback], # Paperback: 288 pages, Cambridge University Press; 2 edition (October 2, 2000), in English, ISBN 0-521-78505-7 Kann, Robert A., A History of the Habsburg Empire, 1526–1918, Paperback, 661 pages, University of California Press, edition (November 26, 1980), in English ISBN 0-520-04206-9 ISBN 978–0520042063 Magosci, Paul Robert, ´´Historical Atlas of Central Europe (History of East Central Europe, Vol.
Mariya-Tereza (rif)
Mariya-Tereza rifi (ing. Maria Theresa Reef, fr. l'île Tabor) — Yeni Zelandiyanın şərqindən Tuamoru arxipelaqının cənubuna doğru hissədə yerləşən "kabus-ada", rif. İlk dəfə Asaf P.Taber tərəfindən qeydə alındığına görə onun doğulduğu Mariya Terezanın şəhərinin şərəfinə belə adlandırılmışdır. Bir fərziyəyə görə isə gəminin adı ilə adlandırılmışdır. Coğrafi koordinatları 37°00′ c. e. 151°13′ q. u. kimi təyin olunmuşdur.
Mariya Tereza Rafaella
Mariya Tereza Rafaella (isp. María Teresa Antonia Rafaela de Borbón y Farnesio) (11 iyun 1726, Madrid – 22 iyul 1746, Fontenblo) – İspaniya kralı V Filippin qızı. 1744-cü ildə Fransa kralı XV Lüdovikin oğlu və Fransa dofeni Lüdoviklə evləndi. Ancaq 2 il sonra doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağı isə 2 yaşında vəfat etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, London, 1892 Broglie. Emmanuel de: Le fils de Louis XV, Louis, dauphin de France, 1729-1765, E. Plon, 1877 Mitford.
Siciliyalı Mariya Tereza
Siciliyalı Mariya Tereza (isp. María Teresa de las Dos Sicilias) (6 iyun 1772, Neapol – 13 aprel 1807, Vyana) — sonuncu Müqəddəs Roma imperatoru və ilk Avstriya imperatoru II Fransiskin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 15 sentyabr 1790-cı ildə həm bibisi oğlu, həm də dayısı oğlu olan Avstriyalı Fransisklə evləndi. Evlilikdən 2 gün sonra əri Müqəddəs Roma imperatoru elan edildi. == Mənbə == Friedrich Weissensteiner: Frauen auf Habsburgs Thron – die österreichischen Kaiserinnen, Ueberreuter Wien, 1998, ISBN 3-8000-3709-2 Charlottas, Hedvig Elisabeth (1927) [1797-1799]. af Klercker, Cecilia (ed.). Hedvig Elisabeth Charlottas dagbok [The diary of Hedvig Elizabeth Charlotte] (in Swedish). VI 1797-1799.
Tereza Feoderovna Riyes
Tereza Fyodorovna Ris (rus. Тереза Фёдоровна Рис, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı. == Bioqrafiyası == Tereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində (rus. Московское училище живописи, ваяния и зодчества) təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü.
Tereza Fyodorovna Ris
Tereza Fyodorovna Ris (rus. Тереза Фёдоровна Рис, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı. == Bioqrafiyası == Tereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində (rus. Московское училище живописи, ваяния и зодчества) təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü.
Tereza Klavenes körfəzi
Tereza Klavenes körfəzi — Laptevlər dənizində, Taymır yarımadasının şərq sahillərində yerləşən körfəz. Xatanqa körfəzindəndən 75 km şimalda yerləşir. Buxtanın uzunluğu 40 km, eni isə 13 km -dir. Ən dərin yeri 40 metrdir. Qərbdə Lasinus yarımadası ilə Sims körfəzi ayrılır. Şərqində Vilkiski arxipelaqı və Komsomol həqiqəti adaları yerləşir. İlin böyük qismi buzla örtülüdür. Ətrafında tundra bitkiləri yayılmışdır. Buxtanın sahil bölgəsi Böyük Arktik qoruğu ərazisinə daxildir. Buxtaya çoxlu sayda çaylar axır.
Santa Tereza Qallura
Santa Tereza Qallura (it. Santa Teresa Gallura) — İtaliyanın Sardiniya bölgəsində yerləşir, Sassari rayonu daxilində şəhərdir. Əhalisi 5357 nəfər (30–6-2019), əhalinin sıxlığı 52,37 nəfər/km²-dir. Ərazisi −102,29 km² . Poçt kodu — 7028. Telefon kodu — 0789.