1. is. Sevinc, şadlıq, könül açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq.
– İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir.
Etibar yeridikcə; Fərəhindən az qala; Uçacaqdı bu saat.
2. Fərəhlə şəklində zərf – sevinərək, şadlanaraq, fərəhlənərək; sevincək, şad, sevinə-sevinə. Fərəhlə demək. Fərəhlə oğluna baxmaq.
– Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri.
O qəlbən keçmişdir burdan yüz kərə; Baxmış iftixarla, baxmış fərəhlə.