Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Tərəcə
Tərəcə — XIX–XX əsrlərdə və indi də Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat qurğusu. Kümxanada, quraşdırılır. Kümxana (dəyə) nin içərisində 3–4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Xəracu
Xodacu və ya Xaracu — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanının Səracu / Saracu bəxşində yerləşən şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,458 nəfər və 361 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Xəramə
Xəramə- İranın Fars ostanının şəhərlərindən və Xəramə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,683 nəfər və 5,189 ailədən ibarət idi.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəricə
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Ağkənd (Səracu)
Ağkənd — İranın Şərqi Azərbcan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 4 km cənub-şərqdədir.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Dərdcə yarımadası
Dərcə yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistanın Balkan vilayəti ərazisində yerləşir. Yarımadanın şimalında Türkmənbaşı körfəzi, cənubunda isə Şimali Çələkən körfəzi vardır. Ən hundür nöqtəsi Cadır dağı 17 m (d.s) və Kocanlıdır ki onunda hündürlüyü. 24 m (d.s) təşkil edir. XX əsrin əvəllərində Önxəzər dəmir yolu inşa edilmişdir. Bir zamanlar ərazidə Uzun-ada stansiyası vardı. Hazırda isə təkcə Molla-Qara stansiyası fəaliyyət göstərir. Ərazi bütünlüklə qumlu səhradan ibarətdir. Bu səbəbdən calılar aləmindən məhrumdur. ada ərazisində yerləşir.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. Nərcənin içində yertutan müqəddəs bir yer.
Xərac
Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan x. pul və ya natura formasında toplanırdı. X.-ın əsasən 2 forması olmuşdur: 1) müqasəma; 2) misah. Müqasəma istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi. XV yüzillikdən başlayaraq "x." termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. X. bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Serbcə
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Versace
Gianni Versace S.p.A. — dəbdəbəli geyim və digər zinət əşyaları istehsal edən italyan şirkəti. Əsası 1978–ci ildə Canni Versaçe tərəfindən qoyulmuşdur. Şirkət ilk illər parça və paltarların satışı ilə məşğul olmuşdur. 1997–ci ildə Canni Versaçenin öldürülməsindən sonra isə onun bacısı Donatello Versaçe vitse-prezident elan olunmuş və dizayn üzrə direktor təyin edilmişdir. Böyük qardaş Santo Versaçe moda evinin direktoru vəzifəsində çalışırdı. Hazırda Donatello şirkətin daha böyük hissəsini və aktiv çalışan sahəsini idarə edir. Onun qızı Alleqra isə Versaçe brendinin yeganə vəliəhdidir, eyni zamanda kompaniyanın aktiv fəaliyyətində daima yaxından iştirak edir. 1978–ci ildə Milan şəhərinin Via della Spiqa adlanan küçəsində açılmışdır və həmin andan etibarən məşhurlaşmağa başlamışdır. Versaçe bu gün dünyanın aparıcı moda evlərindən biridir, hansı ki, bazarın çox hissəsini əhatə edir, eyni zamanda müxtəlif brendlər adı altında yəni Versace Group adlanaraq paltar, aksessuarlar, parfüm, kosmetika və ev mebellərini satışı ilə məşğul olur. Bazarda ən çox qazanan brendlərdəndir və hazırladığı məhsulların hər biri bir nömrə sayılır.
Canni Versaçe
Canni Versaçe (it. Gianni Versace; 2 dekabr 1946[…], Recco Kalabriya, Kalabriya – 15 iyul 1997[…]) — İtaliyalı geyim dizayneri. Ordine al merito della Repubblica Italiana-nın komandoru.
Didier Bezace
Didier Bezace (10 fevral 1946, IX arondisman (Paris), Paris – 11 mart 2020[…], XI arondisman) — fransız aktyor. Bezace 10 fevral 1946-cı ildə Parisdə anadan olub. Molière'dən uyğunlaşdırılmış Georges Feydeau və Emmanuel Bove'nin ssenarisini canlandırdığı teatr arvadı Avignon İncəsənət və Mədəniyyət Festivalında 2001-ci ilin İyul ayında nümayiş olundu. Teatrdan kənarda Bezace, Le Thibault, Sissi və Mon fil d'ailleurs kimi televiziya filmləri ilə Le Pressentimentdə rol aldı. Karyerası boyunca aktyor Jan-Pier Darroussin və ssenarist, müəllif Emmanuel Bovein əsərlərində iştirak etmişdir. Fransız aktrisa Didier Bezace 11 mart 2020-ci ildə Parisdə 74 yaşında vəfat etdi.
Dərəçə (Bostanabad)
Dərəçə (fars. دره چه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.