Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Çərəkə kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay–Ucar avtomobil yolu kənarında yerləşir.
Çərəcə | |
---|---|
40°34′19″ şm. e. 47°42′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 29 m |
Saat qurşağı | |
Kənd əhalisinin sayı 735 (2009) nəfərdir.
XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır.[2]
Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |