Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fəryad
Fəryad (ing. "The Scream",norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) - kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. == Struktur quruluşu == Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Qəssan
Qəssan (ərəb. غسّان‎) — ərəb mənşəli ad. Qəssan, Qəssanilər sülaləsinin qurucusu Qəssan Kənəfani (1936—1972), fələstinli yazıçı və aktivist Qəssan Məsud (d.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. == Təbiət və rəssam == Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. == Rəssam hansı materiallarla işləyir == Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i- Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.Palitra — boyanı qarışdırmaq üçün nəzərdə tutulub.Fırça — Boyalarla işləyərkən fırçadan istifadə edilir.
Vəssaf
Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib. == Həyatı == Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildə Şirazda doğulmuşdudu. Elxanlı hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” və bunun qısaldılmışı olan “Vəssaf” ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonra Elxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyən Qazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özü Suriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Fərhad (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fərhad (dəqiqləşdirmə)
Fərhad və Şirin (xalça) - Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…] və ya 23 dekabr 1985, Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Fərhad Abdullayev
Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri (2003-cü ildən) == Həyatı == Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir. Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.Ailəlidir, iki övladı var. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.
Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. == Döyüşlərdə iştirakı == Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.
Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. == Həyatı == Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır. F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.
Fərhad Babayev
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi,"Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru. == Həyatı == Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Fərhad Cəfərquliyev
Fərhad Cəfərquliyev (tam adı: Fərhad Cəfərqulu oğlu Cəfərquliyev) — Naxçıvan MSSR Səhiyyə naziri. 2 dekabr 1951-ci ildə anadan olan Fərhad Cəfərqulu oğlu Cəfərquliyev orta təhsilini Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə almışdı. 1969-1975-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmişdi. O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin birinci katibi seçilmişdi. 1975-ci ilin avqust ayından 1976-cı ilin iyul ayınadək Bakı şəhər təcili tibbi yardım xəstəxanasında cərrahiyyə üzrə internatura keçən F.Cəfərquliyev sonrakı əmək fəaliyyətini Rusiyada davam etdirmişdi. O, 1976-cı ildən 1979-cu ilədək Voronej vilayətinin Xoxolsk rayon xəstəxanasında cərrah onkoloq işləmişdi. 1977-ci ilin avqust-dekabr aylarında M.Qorki adına Zaporojye Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkoloğiya üzrə kursda olmuşdu. F.Cəfərquliyev 1979-cu ildə Azərbaycan Respublikasına qayıdaraq Bakının “Qaranquş” sanatoriyasında şöbə müdiri, daha sonra Azərbaycan SSR Səhiyyə nazirliyinin Müalicə-profilaktika yardımı baş idarəsində həkim-inspektor vəzifələrində çalışmışdı. 1983-cü il iyulun 14-də Mingəçevir şəhər səhiyyə şöbəsinə müdir təyin edilən Fərhad Cəfərqulu oğlu Cəfərquliyev təşkilatçılıq qabiliyyətinə və bacarığına görə 6 il sonra, yəni 1989-cu il fevralın 9-da Naxçıvan MSSR-nın Səhiyyə naziri vəzifəsinə irəli çəkilmişdi. O, 1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq Muxtar respublikanın səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər görmüşdü.
Fərhad Eminov
Fərhad Ermanov
Fərhad Urazbayeviç Ermanov (özb. Farxod Urazboyevich Ermanov, 30 aprel 1958, Amudərya vilayəti, Qaraqalpaq MSSR, Özbəkistan SSR, SSRİ) — Özbək siyasətçisi, senator, Qaraqalpaqstanın sabiq Kənd və Su Təsərrüfatı Naziri, Xalq Deputatları Beruni Rayon Kenqaşının deputatı, 21 aprel 2018-ci ildən Xarəzm vilayətinin hakimi. == Həyatı == Fərhad Ermanov 30 aprel 1958-ci ildə Özbəkistan SSR-in Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikasına tabe olan Amudərya bölgəsində anadan olub. Ali təhsillidir. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirmə Mühəndisləri İnstitutunu maşınqayırma ixtisası üzrə bitirmişdir. 1996-cı ildə Daşkənd Dövlət İqtisad Universitetindən iqtisadçı ixtisası üzrə məzun olmuşdur. Ermanov bundan sonra karyerasına başlamışdır. 1975–1976-cı ildə Amu Dərya bölgəsi, Mangita şəhərinin profilaktik və dezinfeksiya şöbəsinin işçisi olmuşdur. 1981–1995-ci ildə avtomobil ustası, baş mühəndis, Amudarya vilayətinin "Mangit" iqtisadiyyat direktoru olmuşdur. 1995–1998-ci ildə Amudərya vilayətinin hakimi vəzifəsini icra etmişdir.
Fərhad Fərhadlı
Fərhad Vüqar oğlu Fərhadlı (azərb. Fərhadlı Fərhad Vüqar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakultəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015- ci ildə Universiteti bitirib, 2016-ci ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir. == Hərbi xidməti == Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.
Rəşad Mehdiyev (rəssam)
Rəşad Rafiq oğlu Mehdiyev (1 noyabr 1968, Bakı) – Azərbaycan Respublikasının əməkdar rəssamı (2015), Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012), sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). == Həyatı == Rəşad Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Təhsilini tamamladıqdan sonra bir müddət Moskvada yaşamış, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunundan məzun olmuşdur. 1991-ci ildə Memar Sinan İncəsənət Universitetində təhsilini davam etdirmişdir.2008-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. === Ailəsi === Xalq rəssamı Rafiq Mehdiyevin oğludur. == Sərgiləri == 1987 – Azərbaycanın gənc rəssamlarının sərgisi,"BAC", Bakı 1990 – "BAC"ın fərdi təqdimatı, Bakı 1991 – "Trio", Gənc rəssamlar, İstanbul 1993 – "İdeal", şəkil, təqdimat, manej, Sankt-Peterburq 1995 – "Vanguard moda" festivalı, Tbilisi 1996 – Personal təqdimat "BAC", Bakı 1997 – "Avanqard hərəkatı", Bakı 1999 – Fərdi təqdimat "Maxim qalereyası", Bakı 2002 – Fərdi təqdimat "Lang Gallery", Vyana 2002 – Beynəlxalq Simpozium laureatı "Turksoy", İstanbul 2002 – "Venedik Desing" Art qalereyasının şəxsi sərgisi, Venesiya 2005 – Azərbaycan rəssamlarının sərgisi, Rusiyada Azərbaycan mədəniyyəti günləri, Moskva 2005 — Azərbaycan rəssamlarının sərgisi, Şaul 2006 – Vyana-Porchia sarayında fərdi təqdimat 2006 – U. N. O-da fərdi sərgi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir. 2008 – Rəsmin annotasiyası. Xalça Muzeyi, Bakı 2012 – Fərdi sərgi.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Dessau
Dessau Almaniyanın Saksoniya-Anhalt regionunda yerləşən bələdiyyədir. Sahəsi 182,81 km² olan Dessau bələdiyyəsində 30 iyun 2006-cı ilə görə 77.973 nəfər əhali yaşayır. Km² başına 427 nəfər düşür.
Həşdad
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid.Elşad MəmmədovElşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı.Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad QuliyevElşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006-2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.