Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flot
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Azov flotu
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Flotel
Flotel (üzən otel) — su hövzələrinin mərkəzlərində, gəmidə yerləşən mehmanxana. Flotellər daha çox neft sənayesində, liman bölgələrində və s. kimi yerlərdə çalışan işçilər üçün nəzərdə tutulur. Flotel ideyası ilk dəfə irəli sürüləndə ekipajın qazma işlərini fasiləsiz həyata keçirə bilməsi üçün dəniz qurğusunun yaxınlığında yerləşdirilmiş yarıdalma platforma kimi hazırlanmışdır.
Xəzər Dənizi Flotiliyası
Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. 1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun Dərbənd və Bakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi.
Flotovia
Dasyphyllum (lat. Dasyphyllum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Flotovia Spreng.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Foot job
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Free-float
İctimai şirkətdə free-float və ya public float — sərbəst dövriyyədə səhmlərin payı; şirkətin səhmlərinin bu səhmləri buraxan emitentin özü ilə əlaqəli olmayan və müəssisəyə strateji nəzarətdə iştirak etməyən özəl investorların ixtiyarında olan hissəsi. Free-float aşağıdakıları istisna edən investorların sahib olduğu səhmlərin faizi kimi müəyyən edilir: şirkətin bütün səhmlərinin 5%-dən çoxuna sahib olan investorların mülkiyyətində olan səhmlər (bu təsisçilər, yüksək səviyyəli menecment, insayderlər, strateji səhmdarlar və s. ola bilər) məhdud səhmlər (məsələn, işçilərə verilmiş) insayderlərə məxsus səhmlər (insayderlərin aktivləri uzun müddət saxlaması gözlənilir) Free-float fond bazarında qiymətlərin müəyyən edilməsi üçün ən mühüm meyarlardan biri hesab olunur. Free-float qiymətli kağızlar bazarının başqa bir göstəricisidir (çox vaxt başqa bir göstərici ilə əlaqələndirilir — səhmlərin likvidliyi). İngilis dilindən free float ifadəsi "free-floating" kimi tərcümə edilə bilər. Tipik olaraq, sərbəst dövriyyə dəyəri faizlə və ya pul vahidlərində ifadə edilir. Səhmlərin aşağı sərbəst dövriyyəsi onu göstərir ki, alqı-satqı əməliyyatları bağlamaq üçün fiziki şəxslər üçün az sayda səhm mövcuddur, ona görə də bu halda likvidlik aşağı olacaq. Səhmlərin məşğul ticarətini təşkil edərkən aşağı sərbəst dövriyyə problemə çevrilə bilər - bu, həm özəl investorlar, həm də möhtəkirlər üçün mənfi haldır, çünki spekulyantlar yüksək yayılma səbəbindən bu cür səhmləri alqı-satqıda sərfəli olmayacaq və onlar itkilərə məruz qalacaqlar. Float (ing.) What is «free-float market capitalization»?
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 dekabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Cozef H. Flom
(1923 - 2011) məşhur amerikalı hüquqşünas. Cozef Flom Baltimorda anadan olmuşdur. Harvard Hüquq Məktəbini 1948-ci ildə fərqlənmə ilə bitirmişdir. Flom öz hüquq karyerasını 1948-ci ildə "Skadden"də başlamışdır (təsisçi kimi) və Skadden tam həcmli hüquq servisi göstərən dünyada ən iri hüquq şirkətinə çevrildi. Şirkətin 2000 yaxın hüquqşünası var, filialları və nümayəndəlikləri isə ABŞ-nın 9 şəhərində, Pekində, Brusseldə, Parijdə, Honqkonqda, Londonda, Moskvada, Tokioda və bir çox digər şəhərlərdə mövcuddur. Flom şirkətlərin birləşməsində və ya böyük bir şirkət tərəfindən kiçik şirkətin udmasında (özünə daxil etmə) sahəsində özünə şöhrət qazanmış vəkildir. Həmçinin bütün növ korporativ sazişlər sahəsində göstərilən xidmətlər onun təcrübəsinə daxildir (qiymətli kağızlar, bank işi, korporativ təşkilatçılıq və s.).
Flip-flop (elektronika)
Flip-flop — elektronikada iki dayanıqlı vəziyyətə malik dövrədir. O, müəyyən informasiyanı saxlamaq üçün istifadə edilə bilər. Flip-flop bistable (hər bir vəziyyətdə dayanıqlı olan dövrə) multivibratordur. Flip-flop triqqerdir.
Flor-de-Lis
Flor-de-Lis — Portuqal musiqi qrupu. 2004-cü ildə yaranıb. 2009 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı "Todas as ruas do amor" (Azərbaycanca:"Sevginin bütün küçələri" ) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda ilk onluğa daxil olaraq finala keçmişdir. Finalda isə 57 xalla 15-ci olmuşdur.
Flor-du-Sertao
Flor-du-Sertao (port. Flor do Sertão) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 1625 nəfərdir. Ərazisi 58,708 кm²-dir. Əhalinin sıxlığı 27,7 nəfər/кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Narcissus flos-lactis
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Rojer de Flor
Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığı və Bizans İmperiyası olmaqla, Aralıq dənizi və Anadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur. Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur. 8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur.
Flo Rida diskoqrafiyası
Flo Ridanın 2000-ci ildən bu günə kimi 4 albomu işıq üzü görüb. Siyahıda əksiklik var, tamamlamağa kömək edin. 2007 "Bitch I'm from Dade County" (DJ Khaled feat. Trick Daddy, Trina, Rick Ross, Brisco, Flo Rida, C-Ride & Dre) 2007 "Birthday" (Flo Rida feat. Rick Ross) 2007 "Move, Shake Drop (Remix" (DJ Laz feat. Flo Rida, Casely & Pitbull) 2007 "Bout it Girl" (Flo Rida feat. Trina) 2007 "Street Money" (Rick Ross feat. Flo Rida) 2007 "Helluva Day" (Webbz feat. Flo Rida) 2007 "What you Want" (Brisco feat. Flo Rida) 2008 "Speedin' Remix" (Rick Ross feat.
Laurus nobilis var. flos-pleno
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
LOT Polşa Havayolları - Uçuş 5500 qəzası
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Aloe
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Elxot
Elxot (oset. Елхот) — Rusiya Federasiyası, Şimali Osetiyanın Kirov rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kirov rayonunun və Elxot kənd sovetliyinin mərkəzidir. Elxot kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənd Vladikavkazdan 55 km şimal-qərbdə, Terek çayının sağ sahilində yerləşir. Elxot qapısında, Kabarda-Balkariya Respublikası ilə sərhəddə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şərqdə Komsomolskoye, cənub-şərqdə Karcin, qərbdə Zmeyskaya və şimalda Planovskoye. Kənd yaşayış məntəqəsinin sahəsi - 33.68 km². Bunun 15,02 km² ərazisi yaşayış məntəqəsinin sahəsi, 18,66 km² ərazisi isə kənd təsərrüfatı və digər torpaqlar üçündür. Kənddə orta hündürlük dəniz səviyyəsindən 315 metr yüksəkdir.
Erot
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. Reallıq R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Alov
Alov (film, 1979)
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Elöd
Elöd (IX əsr, bilinmir – X əsr) — 7 macar qəbiləsindən biri olan Nyek qəbiləsinin başçısı. O qəbiləsini indiki Macarıstana doğru yönləndirmişdi və Balaton gölü ətrafında yurd salmışdı.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.