Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Four Seasons Hotel Baku
"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir. 2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır. Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi. Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Senter-Layn
Senter-Layn (ing. Center Line) — ABŞ-nin Miçiqan ştatının Makom dairəsində yerləşən şəhər.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Do It for Your Lover
Do It for Your Lover (azərb. Səni sevən üçün bunu et‎) — İspaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Manel Navarro " Do It for Your Lover" mahnısı ilə İspaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı ifaçı Manel Navarro və Antonio Rayo "Rayito" tərəfindən bəstələnmişdir. Mahnının video klipi Tenerife sahilində müxtəlif yerlərdə qeyd edildi.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Dyula Mour
Dyula Mour (mac. Moór Gyula; 11 avqust 1888, Brаșоv – 3 fevral 1950, Budapeşt) — Macarıstan hüquqşünası, professor, millət vəkili. 1945–1946-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuşudr. == İstinadlar == == Mənbə == Szegedi egyetemi almanach: 1921–1995. Vol. I. (1996). Szeged, (ed. Rezső Mészáros). p. 53.
Midnight Hour
Midnight Hour (azərb. Gecə yarısı‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Nour gölü
Nour gölü (az-əbcəd. نوئور گؤلو‎) — Güney Azərbaycan (İran)da Ərdəbil–Xalxal bölgələri arasında Bağrov dağlarında yerləşən dərinliyi az bir göldür. Bu göl Eosen geoloji dönəmində iki qayanın bir birinə dəyib su axımının qarşısını almağına görə yaranmışdır. == Coğrafyası == Göl Bağrov dağlarının ərgənə zirvəsinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr (8,200 ft) təşkil edir. Ərdəbil Xalxal yolunda 35 kilometr güneyə doğru gedib, Budalalı kəndinə çatanda, doğuya tərəf 18 kilometr də dərə təpəli yolları gedəndə, Nohur gölünə yetişmək olar. Göl Eosen geoloji vaxt miqyaslı zamanı ortaya çıxdı. Nohur geoloji arizəsi və onun batısındakı/qərbindəki başqa arizə, bu gölün yaranmasına bayis olmuşlar. Soyuq dağ iqlimində yerləşən Nohur gölü hövzəsi 400 millimetr (16 inç) illik yağış alır. == Xüsusiyyətlər == Göl 220 hektar (540 acre) su yayılması sahəsi var və Azərbaycan Xəzər arasındakı dağlarının bir "yelaltına doğru cinahında bir tektonik depressiya ərzində formalaşmış su mövsümi 'şarj' orqanı/enerji mənbəsi"dir.
Remus Faur
Remus Faur (6 iyun 1989) — Rumıniyalı biatlonçu. Remus Faur Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Remus Faur birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Faur 26:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 68-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Your Name
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Forur adası
Forur adası (fars. فرور بزرگ‎‎) — Hind okeanının Fars körfəzində İrana məxsus ada. Kiş adasının cənub-şərqində, Bəndər Abbasdan təxminən 230 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Hörmüzgan ostanın Əbumusa şəhristanı Mərkəzi bəxşinə daxildir. Ən hündür nöqtəsi 162 m-dir. Adada mayak var.. 16 km cənub-qərbdə Bəniforur adası yerləşir.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Fur (İzer)
Fur (fr. Four) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38172. Kommunanın 2012-ci il üçün əhalisi 1204 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 34 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Yuverne-Fur
Üverne-Fur (fr. Uvernet-Fours, oks. Uvernet e Forns) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04226. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 637 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 466 nəfər arasında (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 106 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.3%, 1999-cu ildə 76.1%). Fəal olan 360 nəfərdən 348 nəfər (197 kişi və 151 qadın), 12 nəfər işsiz (2 kişi və 10 qadın) idi.
Üverne-Fur
Üverne-Fur (fr. Uvernet-Fours, oks. Uvernet e Forns) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04226. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 637 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 466 nəfər arasında (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 106 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.3%, 1999-cu ildə 76.1%). Fəal olan 360 nəfərdən 348 nəfər (197 kişi və 151 qadın), 12 nəfər işsiz (2 kişi və 10 qadın) idi.
Conatan Safran Foer
Conatan Safran Foer (ing. Jonathan Safran Foer; 21 fevral 1977, Vaşinqton şəhəri) — Yəhudi əsilli ABŞ yazıçısı. == Həyatı == Conatan Safran Foer 1977-ci il, fevralın 21-də Vaşinqtonda dünyaya göz açıb. Şəhərin tanınmış hüquqşünaslarından "American Antitrust İnstitute”-nun prezidenti Albert Foer və polyak əsilli biznes-leydi "Sixth and I Historic Synagogue”-un direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan ailənin ikinci oğludur. Conatanın böyük qardaşı Coşua Foer frilans müxbir, kiçik qardaşı Franklin isə "The New Republic” qəzetinin siyasət və mədəniyyət redaktorudur. Özü belə yazır: "Ailəmiz kənardan həmişə "yazıb-oxuyan” kimi görünsə də, valideynlərimin kitablarla arası yaxşı deyildi. Biz də məktəb illərində kitabı əlindən yerə qoymayan uşaqlar olmamışıq. Sadəcə axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz marağı var idi, Coşua isə səyahəti, yeni yerlər kəşf etməyi, təzə insanlar tanımağı sevirdi. Yazıçılıq isə mənim üçün hədəf olmasa da, hər zaman həyatın dörd təkərindən biri idi.” Rəngarəng və həssas uşaqlıq illərindən sonra Foer "Corctaun məktəbi”nə yazılır.
Dangerous World Tour
Dangerous — Maykl Ceksonun albomu.
Sen-Flur (rayon)
Sen-Flur (fr. Saint-Flour) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Sen-Flur. Rayon əhalisi 2006-cı ildə 39 225 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 16 nəf / km². Rayon sahəsi — 2511 km².
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Show Your Dance
Show Your Dance (Rəqsini Göstər) Rəqs Müsabiqəsi 02 sentyabr 2017-ci ildə yaranmışdır. Müsabiqə SYD-yə(Show Your Dance) üzv olan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçirilir. Layihənin təşkilatçısı və rəhbəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi Murad Süleymanlıdır. Müsabiqə "MS" Group Production tərəfindən ərsəyə gəlmişdir. İlk dəfə müsabiqə 26 dekabr 2017-ci ildə ADBTİA(Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) tələbələri arasında baş tutmuşdur. İkinci dəfə 04 may 2018-ci ildə musabiqə əhatəsini böyüdərək Universitetlər arası rəqs müsabiqəsinə çevrildi. ADBTİA müsabiqə ərzində ən çox qalib olmuş universitetdir. İki dəfə baş tutmuş müsabiqədə ən yüksək nəticə ADBTİA 2017-ci il "KSİNR 17–01" qrupuna məxsusdur. == Tarix == 02 sentyabr 2017-ci ildə Murad Süleymanlının hazırladığı layihə ADBTİA-nın rəhbərliyinə təqdim olunmuşdur. Rəhbərlik tərəfinən maraq yaranan bu layihənin keçirilməsinə icazə verilmişdir.
Səftər Cəfərov
Səftər Məmməd oğlu Cəfərov (1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961). == Həyatı == Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur. 1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.
Səftər Məmmədov
Səftər Quliyev
Quliyev Səftər Mehdi oğlu - texnika elmləri doktoru (1948), professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (1959). == Həyatı == Səftər Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir. 1939-cu ildə "Qazıma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə "Neft quyuları üçün çınqıllı filtrlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. Səftər Quliyev 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1928-ci ildə başlayan Səftər Quliyev 1928-1942-ci illərdə "Azərneft" İB-nin qazma müəssisələrində texnik vəzifəsində çalışmış, baş mühəndisə qədər müxtəlif vəzifələri icra etmişdir. 1932-1960-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor kimi fəaliyyət göstərmiş, habelə ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. 1945-ci ildə Quliyev S.M. Azərbaycan EA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmişdi. 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur. Səftər Quliyev uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının Dağ Ekspert Komissiyasının üz­vü, neft və qaz səna­yesinin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin fəxri üzvü olmuşdur.
Səftər Turabov
Səftər Turabov (15.03.1910 Bakı - 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi. == Həyatı == 16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir. Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səftər Nəhmətli
Səftər Nəhmətli — Azərbaycan kimyaçısı, kimya üzrə fəlsəfə doktoru, təhsil eksperti, 20 Yanvar İstintaq Komissiyasının İşçi Qrupunun rəhbəri. == Həyatı == Səftər Nəhmətli 1956-cı ildə Azərbaycanın Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. O, Göyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Kimya sahəsində elmi araşdırmalar aparan Nəhmətli 1990-cı ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, "Meydan" hərəkatında iştirak etmişdir. Nəhmətli Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin 20 Yanvar hadisələrini araşdıran deputat istintaq komissiyasının işçi qrupunun rəhbəri olmuşdur. O, Kasıblara və Əlillərə Hüquqi Yardım Komitəsinin rəhbəri olmuşdur və Bizim Azərbaycan Blokunun təsisçiləri arasındadır. Nəhmətli 1992–1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində idarə rəisi kimi çalışmış, Nazirliyin Kollegiya üzvü olmuşdur. O, daimi formada Azərbaycan Təhsil Nazirliyini tənqid etmişdir. 1999-cu ildə Müsavat Partiyasına üzv olmuşdur.
National Center for Biotechnology Information
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir. NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Sclater
Philip Lutley Sclater (ing. Philip Lutley Sclater; 4 noyabr 1829, Hempşir — 27 iyun 1913) — Britaniya vəkil və zooloqudur. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni irəli sürmüşdür.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Septem
Septem (fr. Septème) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38480. Kommunanın 2012-ci il üçün əhalisi 1844 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Səftər Quliyev küçəsi
Səftər Quliyev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Əziz Əliyev küçəsindən, Neftçilər prospektinə qədər, qısa bir küçədir. == Tarixi == Azərbaycan SSR-in neftşünaslarından Səftər Quliyev (1908-1973) adına layiq görülmüşdür. 19-cu əsrin ikinci yarısında Hacı Ağa Zeynalın (Bakı milyoner Ramazanovun babası) əmrinə əsasən, ənənəvi sxemə əsasən yaşayış binasında hamam kompleksi qurulmuşdur: vestiyer, hovuz, soyuq və isti su ilə bir hovuz və istilik otağı. == Tikili == Küçədə bir sıra evlər (3, 7, 9, 11) yerli əhəmiyyətli memarlıq abidələri elan edilir (XIX - XX əsrin əvvəlləri). == Görməli yerlər == 5 - Ağa Zeynal hamamı. == Mənbə == Ичери-шехер. Памятники местного значения Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine Ичери-шехер.
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Sviter
Sviter- toxunma vasitəsi ilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Sellər
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Səntur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır. Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır.