Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoşgül (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Gömrük
Gömrük — sərhəd ticarətinə nəzarət edən orqan. == Azərbaycan tarixi == Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi aparır, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur "Böyük ipək yolu" vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdır. Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır. Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı.
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Göygöl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Gərgul
Yuxarı Gərgul (Piranşəhr)
Qonrul
Qorqud
Qorqud — Azərbaycan kişi adı və təxəllüs. Qorqud Özal — Türk siyasətçi və mühəndis. Bu təxəllüsü olan tanınmışlar Hacı Loğman Qorqud — Azərbaycan şairi. Digər Qorqud Partiyası — Azərbaycanda siyasi partiya.
Qoytul
Qoytul — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var. 1727-ci ilə aid mənbədə Qutyol kimidir Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir.
Gomur
Gomur — İndiki Ermənistanda çay. Gomur (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Gomur — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Gomurlu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Qomel
Qomel (belar. Гомель, Ğomyel) — Belarusda şəhər. Qomel vilayətinin inzibati mərkəzi. Ölkənin cənub-şərqində Soj çayının sahilində, paytaxt Minsk şəhərindən 302 km cənub-şərqdə, Brestdən 534 km şərqdə, Mogilyov şəhərindən 171 km cənubda, Moskva şəhərindən 567 km cənub-qərbdə yerləşir. 1 yanvar 2017-ci il hesablamalarına görə, şəhər əhalisinin sayı 535,229 nəfərdir.
Qoqol
Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь doğulanda Yanovski, 1821-ci ildən - Qoqol-Yanovski; 1822-ci ildən - Qoqol; 20 mart [1 aprel] 1809, Soroçintsı, Mirqorod rayonu, Poltava quberniyası - 21 fevral [4 mart] 1852, Moskva) - rus nasir, dramaturq, tənqidçi, publisist, rus ədəbiyyatının klassiklərindən biri kimi tanınır. Qoqol-Yanovskilərin köhnə "malorus" zadəgan ailəsindən idi. V.Belinskinin və N.Çernışevskinin fikrincə, Qoqol ədəbi hərəkatın - 1840-cı illərin “təbii məktəb”inin əsas mərhələsinin banisi oldu; müasir tədqiqatçılar onun rus və dünya ədəbiyyatına böyük təsiri olduğuna inanırlar. Mixail Bulqakov, Fyodor Dostoyevski, Rünoske Akutaqava, Flanneri Okonnor, Franz Kafka və bir çox başqaları Qoqolun yaradıcılığının təsirini etiraf etdilər. Nikolay Vasilyeviç Yanovski 1809-cu il martın 20-də (1 aprel) Poltava və Mirqorod rayonlarının (Poltava quberniyası) sərhədində, Psel çayı yaxınlığındakı Soroçintsı şəhərində anadan olmuşdur. Nikolay adı Müqəddəs Nikolayın şərəfinə verilmişdi. Ailə üzvlərinin dediyinə görə, o, köhnə kazak ailəsindən olub və guya Zaporojye Polşa-Litva Birliyinin Sağ Sahil ordusunun hetmanı Ostap Qoqolun nəslindən olub. Onun əcdadlarından bəziləri də zadəganları incidirdi və Qoqolun babası Afanasi Demyanoviç Qoqol-Yanovski (1738-1805) rəsmi qəzetində yazırdı ki, “onun Qoqol soyadlı əcdadları polyak millətindəndir”, baxmayaraq ki, əksər bioqraflar onun "malorus"olduğuna inanırdılar. Fikirlərini V.V.Veresaev tərəfindən tərtib edilmiş bir sıra tədqiqatçılar hesab edirlər ki, Ostap Qoqolun nəsli Afanasi Demyanoviç tərəfindən zadəganlıq əldə etmək üçün saxtalaşdırıla bilərdi, çünki keşiş nəsli zadəganlığa daxil olmaq üçün keçilməz bir maneə idi.
Qoğal
Qoğal — Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı.
Qoğuç
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir. "Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir. Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir.
Dərələyəz (Göygöl)
Dərələyəz — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dərələyəz oyk. Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. Bu adda Xocalı rayonunda da kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 24 nəfər əhali yaşayır.
Firuzabad (Göygöl)
Firuzabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Quşqara inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi qoyunçuluğun inkişafı ilə əlaqədar 1949-cu ildə yaranmışdır. Qəsəbəyə akademik Firuz Məlikovun (1902-65) adı verilmişdir. Memorial toponimdir.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Göygöl (dəqiqləşdirmə)
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. == Tarixi == 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. == Ümumi məlumat == Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.
Göygöl (şəhər)
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Gəncə (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.