Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gərənə Bərdə r-nunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Gərənə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəndənə
Dəndənə – araba təkərinin əsas hissəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа arаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı (daşqa-daşka). Arabanın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Bütün hissələr vacib olsa da demək olar ki, təkərsiz arabanı təsəvvür etmək olmaz. Təkər də top və dəndənələrdən ibarətdir - dəndənə təkər çevrəsi ilə topu birləşdirən millərdir.
Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Gordərə
Gordərə — Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.
Gərdərəş
Gərdərəş (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Gərdərəş (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Gərmdərə
Gərmdərə— İranın Əlburz ostanının Kərəc şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,738 nəfər və 3,329 ailədən ibarət idi.
Vərzənə
Vərzənə — İranın İsfahan ostanının İsfahan şəhristanının Bonrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,506 nəfər və 2,981 ailədən ibarət idi.
Ərdənəy
Ərdənəy Xan - türk və altay mifologiyasında xəbər tanrısı. Tanrıların xəbərlərini insanlara çatdırır. Qasidləri qoruyar. Uçan ağ bir atı vardır. Həvarilərin başlarına zərər gəlməsinə mane olar. Ötürülən xəbərlərin olduğu kimi, dəyişdirilmədən yerinə çatdırılmasında əhəmiyyəti vardır. Türk nağıllarında Çapan/Çapar (atlı xəbərçi, atlı qasid)lar vardır və atları üç gün-üç gecə dayanmadan yol gedir. Ya da hər şəhərdə bir at dəyişdirərək və atın üstündə yataraq yol alarlar. Ərdənəy tərəfindən qorunarlar. == Etimologiya == (Ər/Er) kökündən törəmişdir.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Girdəcə dağı
Girdəcə - Qəbələ rayonu ərazisində dağ. == Toponimi == Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Qum və Tikanlı çaylarının suayrıcındadır. Hündürlüyü 1584 m. Oronim girdə (yumru, dəyirmi) sözündən və -cə şək.-sindən düzəlib, "yumru relyef formalı yüksəklik" deməkdir.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Girdəni bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərdasə (Piranşəhr)
Gərdasə (fars. گرداسه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (45 ailə).
Gərdərəş (Qoşaçay)
Gərdərəş (fars. گرده رش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,344 nəfər yaşayır (323 ailə).
Gərdərəş (Soyuqbulaq)
Gərdərəş (fars. گرده رش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (64 ailə).
Gərgərə (Çaldıran)
Gərgərə (fars. گرگره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (11 ailə).
Gərmdərə (Xoy)
Dibək (fars. گرم دره‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Rəzi Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
Xosrov Gərədə
Xosrov Gərədə (19 may 1884, Ədirnə – 20 mart 1962, İstanbul) — Türk İstiqlal Müharibəsində və Cümhuriyyət tarixində önəmli adlardan biri olan Türk əsgəri, siyasətçi və diplomatdır. Qurtuluş Müharibəsi dövründə daxili qiyamların yatırılmasında rol oynadı. Müharibədən sonra səfir və müavin vəzifələrində çalışıb. Rıdvanbəyoğlu ailəsindən Ferik (general-leytenant) Mehmet Ali Paşanın və Mah-ı Nur Hanımın oğludur. 1908-ci ildə Hərbi Akademiyanı qərargah kapitanı rütbəsi ilə bitirmişdir. 7. Diviziya qərargah zabiti və Afina hərbi attaşesi vəzifələrində çalışmışdır. Birinci Dünya Müharibəsi dövründə qərargahda 2-ci Komandir idi. Kəşfiyyat şöbəsi zabiti, 1. Qafqaz Korpusu Baş qərargah rəisi, 25.
Ərgənə iyesi
Ərgənə iyəsi
Erdenet
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir. == Tarixi == Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Qərbənd
Qərbənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində “Yıxılmış“ və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində “Şahbad“ adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda “Qərvənd“ formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Qərsələ
Qərsələ — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir ki onunda 18 nəfəri kişi, 20 nəfəri qadındır.
Qərvənd
Qərvənd — Azərbaycanın Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Ayaq Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Baş Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Orta Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. İmarət Qərvənd — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Xanqərvənd — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Verden
Verden — fransız dilində Verdun, latın dilində Verodunum güclü volfram deməkdir. Şəhər Qrand-Este Maas çayının sol sahilində yerləşir. Sahəsi 31 kv.km, əhalisi 23 min nəfərdir. Digər şəhərlərlə avtomobil və dəmir yolları ilə əlaqə saxlanılır. I dünya müharibəsində şəhərin tarixi məhv edilir. == Tarixi == Romalıların bura gəlişinə kimi burda hollandlar məskunlaşmışıar. 843-cü ildə Verden müqaviləsinə əsasən frank imperatoru Böyük Karl onu Fransa, Almaniya və İtaliya arasında bölür. Orta əsrlərdə Verden katolik kilsəsinə aid olur. 1552-ci ildə İtaliya və Fransa arasında müharibədə Verden Fransaya verilir. 1870-73-cü illərdə prusiyanın tərkibinə daxil olur.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Baş Qərvənd
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır.1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 20 noyabr tarixində işğaldan azad olunmuşdur.
Bulbophyllum geraense
Bulbophyllum geraense (lat. Bulbophyllum geraense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.