Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabiriyanın gecələri
"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin. Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir.
Pişəvər gecələri
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. == Məzmun == Xəbərdarlığın sonu == Tərcümə və nəşr == Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Qütb gecələri
Qütb gecələri- qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. == Qütb gecələrinin davamiyyət müddəti == Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. == Qütb gecələri müşahidə edilən şəhərlər == Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnıy, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Türk gecələri
Türk gecələri — 1918-ci ilin sonlarında Bakıda təşkil edilən geniş proqramlı konsertlər. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ruhun və milli ideyalarını güclənlənməsi nəticəsində milli mədəniyyətin təbliğinə və tədqiqinə, tarixi və milli ənənələrə maraq fövqəladə dərəcədə artmışdı. "Türk gecələri"nin təşkili də bununla əlaqədar idi. Maraqlı və orijinal proqramlı "Türk gecələri" konsertlərində türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın müstəqilliyi", "Türk qadının dünyası", "Türk tipləri", "Milli birlik" və s. mövzularda tamaşalar göstərilirdi. Bu tədbirlərdə tatarlar, osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artistlər və rəssamlar iştirak edirdilər. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər nümayiş etdirilirdi. Gecələrin bədii tərtibat hissəsinə Əzim Əzimzadə, ədəbi-vəkal hissəyə "Yaşıl qələm " cəmiyyətinin üzvləri rəhbərlik edirdilər. "Türk gecələri" konsertlərində Məhəmməd Əmin Rəsulzadə məsul müdir kimi çıxış edirdi. "Müsavat" partiyasının və Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də bu konsertlərin keçirilməsində bilavasitə iştirak edirdilər.
Ağ gecələr
'Qalın mətn'Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr

Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. == Növləri == Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması - portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Bakı gecələri 2009
Bakı gecələri 2009 müsabiqəsinə 2009-cu ildə bəstələnmiş 63 mahnı təqdim olunub. Bu mahnılar arasından seçim 12 noyabrda olub. Müsabiqədə 25 mahnı final konsertinə vəsiqə qazıb. Bakı gecələri 2009 müsabiqəsinin final mərhələsi Rəşid Behbudov adına Mahnı Teatrında keçirib. Qala-konsert və qaliblərin mükafatlandırma mərasimi isə dekabrın 24-də Heydər Əliyev Sarayında baş tutub.
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. == Haqqında == Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər.1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər.Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə rəğmən, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi. O, fikirlərini 1958-ci ildə XX əsrin ortalarında şərqşünas alimlərin əsas rəyinə çevrilən "Osmanlı İmperatorluğunun tənəzzülünə dair bəzi fikirlər" məqaləsində vermişdir. Ancaq məqalə indi çox tənqid olunur və müasir tarixçilər tərəfindən dəqiq hesab edilmir.
Pişəvər gecələri (kitab)
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. == Məzmun == Xəbərdarlığın sonu == Tərcümə və nəşr == Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Qovğalı kəndinin gecələri
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == MƏZMUN == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Gecələr keçir (mahnı)
Gecələr keçir — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Vahid Əzizə, musiqisi isə Eldar Mansurova aiddir. == Mahnı haqqında == Mahnını 1995-ci ildə Eldar Mansurov bəstələmişdir. Şair Vahid Əziz müsahibəsində deyir: "Səhər saat 6 idi. Gördüm ki, artıq hava işiqlanır. Pəncərədən baxdım ki, "səhərə nə qalır, ulduzlar sönür". Bu şeir də yazıldı. Bu şeiri də Eldar Mansurov bəstələdi və Aygün Kazımova ifa etdi." "Mahnının ilk ifaçısı jurnalist Sevil Nuriyeva olub. 1998-ci ildə mahnını Flora Kərimova və Aygün Kazımova lentə almışdır. Tədbirlərin birində lentə alınmış videoda Flora xanım Kərimova: "Bu ifadan sonra (red: Aygün Kazımovanın ifasını deyir), mən öz ifamdan keçdim" sözlərini deyib.
Gecələr sənsiz (mahnı)
Gecələr sənsiz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri müğənni Elnarə Xəlilovaya, musiqisi isə İsa Məlikova aiddir. Mahnı R&B janrındadır. Azərbaycan musiqisində R&B janrında ifa olunan ilk mahnılardan biridir. Mahnı təqdim olunduğu zaman dinləyicilərin diqqətini çox da cəlb etməmişdir. Bunu nəzərə alan Aygün Kazımova mahnını Pop janrında 2007-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda verdiyi "Öpsən" adlı konsertində ifa etmişdir.
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. == Məqsəd == Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. == Festival == Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Bakı gecələri (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697-1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri
Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697-1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Kabiriyanın gecələri (film, 1957)
"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin. Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir.
Qovğalı kəndinin gecələri (film, 2008)
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir.
Ağ-qara gecələr (film, 2013)

Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Qələmə qovağı
Qələmə qovağı — (lat.