Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
German Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
German Berterame
German Berterame (13 noyabr 1998-ci ildə Villa Mariyada anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan San-Lorenzo klubunda hücumçu kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === San-Lorenzo === Berterame San-Lorenzo akademiyası vasitəsilə inkişaf etmişdir. Berterame öz peşəkar karyerasında debütünü 29 aprel 2017-ci ildə Gimnaziya La Plata klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Qonzalo Berqessionu əvəz etmişdir. Həmin görüşdə San-Lorenzo liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
German Gesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Helkvist
German Avqustoviç Helkvist (23 sentyabr (5 oktyabr) 1894, Balaxanı, Bakı qəzası – 21 oktyabr 1968, Moskva) — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlər akademiyasının Sibir şöbəsinin müxbir üzvü. == Bioqrafiya == Helviks 1894-cü il 5 oktyabrda Balaxanıda anadan olub. 1919-cu ildə Tomskda Geolkomda kollektor kimi işləməyə başladı. 1923-cü ildə Tomsk Politexnik Universitetinin dağ bölməsini bitirib. Azərbaycanda neft çıxarmayla bağlı müəssisələrdə işləyirdi: geoloq, geoloji-kəşfiyyat bürosu direktorunun köməkçisi (Bakı, 1924—1932), Prikurinski (Azneft) rayonunun baş geoloqu (1932—1936), "Mayneft" trestinin baş geoloqu (Nefteqorsk, 1936 — 1939). 1927 — 1930-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deyib. 1930—1931-ci illərdə ABŞ-da ezamiyyətdə olub. 1939-cu ildən mərkəzi orqanlarda baş geoloq işləyirdi (1939—1941), geoloji bölmənin müdiri, xalq komissarının böyük referenti, baş geoloq (1941 — 1949), SSRİ neft sənayesi nazirliyində nazirin baş məsləhətçisi (1949—1950). 1950-ci ildən 1957-ci ilədək Ümumittifaq neft-qaz elmi-tədqiqat institutunda, neft və qaz yataqlarının kəşfiyyatı laboratoriyasının müdiri işləmişdir.
German Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Krupkin
German Krupkin — XX əsrin ən yaxşı violonçel ifaçılarından biri, Azərbaycan Simfonik Orkestrinin əsasını qoyanlardan biri. == Həyatı == Mərhum violonçelist evli idi və iki oğul övladı var idi. Yaxınları onu Qrişa çağırırdı. Həyat yoldaşı Yevgeniya Krupkina mahir piano ifaçısı idi və opera teatrında çalışırdı. == Fəaliyyəti == XX əsrin ən yaxşı violonçel ifaçılarından olan German Krupkin Leopold Rostropoviçin tələbəsi olmuşdur. Musiqiçi Niyazi ilə birlikdə filarmoniyada Azərbaycan Simfonik Orkestrinin əsasını qoymuşlar. Azərbaycan kinosunda musiqi tərtibatçısı kimi 40-a yaxın filmdə çalışmışdır. Həmçinin, Azərbaycan televiziyasında bir neçə televiziya tamaşasına musiqi tərtibatı vermişdir.
German Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
German Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.
German Mqaloblişvili
German Andreyeviç Mqaloblişvili (gürc. გერმანე ანდრიას ძე მგალობლიშვილი; 1884, Quriya – 1937) — sovet və gürcü siyasətçisi, 1931–1937-ci illər ərzində Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri olmuşdur. 1921-ci ildən RK(b)P-nin üzvü olmuşdur, 1920-ci illərin ikinci yarısında Gürcüstan SSR maliyyə xalq komissarı idi. 1930-cu il noyabrın 20-dən 1931-ci il oktyabrın 13-dək Gürcüstan Kommunist Partiyasının (bolşeviklərin) MK siyasi bürosunun üzvlüyünə namizəd idi. 1931-ci ilin sentyabrın 22-dən 1937-ci ilin iyulunadək Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri vəzifəsində çalışmışdır. Daha sonra həbs edilərək 1937-ci ildə ya vəfat etmişdir yada qətlə yetirilmişdir.
German Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
German dilləri
German dilləri – Hind-Avropa dil ailəsinin bir qolu.
Jermen Lens
Jermen Marsiano Lens (d. 24 noyabr 1987, Amsterdam, Niderland) — Surinam əsilli hollandiyalı futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Beşiktaş’da oynayır.
Jermen Teylor
Sofiya Cermen
Sofiya Cermen (fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris, Fransa krallığı – 27 iyun 1831[…], Paris, İyul monarxiyası) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-cı ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Çermen (kənd)
Çermen (Oset. Черменыхъæу) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Çermenski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Vladiqafqazdan 12 km şimalda, Kambileyevka çayının sağ sahilində yerləşir. Kəndin şimal kənarında "Qafqaz" federal magistral yolu keçir və "Çermen" federal postu yerləşir. 1844-cü ildə İnquş zadəganı M. B. Bazorkin tərəfindən təsis edilmişdir. Qismən müasir kəndin yerində Qraf Uvarovun əmlakı var idi. 1944-cü ilə qədər Çermen kəndi Bazorkino adlanırdı və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi və İnquşetiyanın ən vacib siyasi və iqtisadi mərkəzi idi. Xüsusilə, 1917-ci ildə Sovet hakimiyyəti İnquşetiyada ilk dəfə burada elan edildi. Kəndlilər yüksək təhsilli idilər.
Eski-Kermen
Eski-Kermen (Krım tatar dilində "Köhnə qala") — Krımda orta əsr mağara şəhərinin xarabalığı. Bağçasaraydan 14 km cənub qərbdə, Manqupdan 5 km şimal qərbdədir. Şəhərin sahəsi 8,5 ha, uzunluğu 1040 m, eni 170 m idi. Hündürlüyü 30 m-ə çatan sıldırımlarla məhdudlaşan Stolovaya dağının yaylasında salınmışdır. Şəhərin salınması 5-ci əsrin sonu – 6-cı əsrin əvvəllərinə aiddir.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.
German Ştaudinger
German Ştaudinger — German Ştaudinger (alm. Hermann Staudinger‎; 23 mart 1881[…], Vorms, Hessen knyazlığı – 8 sentyabr 1965, Frayburq-im-Braysqau) -polimerlər kimi təsvir etdiyi makromolekulların varlığını nümayiş etdirən alman üzvi kimyaçısıdır. O, kimyanın bu sahəsindəki fəaliyyətinə görə 1953-cü ildə Nobel mükafatına layiq görülüb. Bundan əlavə, alimin görkəmli xidmətləri ketenlərin kəşfi və Ştaudinger reaksiyasıdır. == Bioqrafiyası == Ştaudinger 23 mart 1881-ci ildə Reyn çayının Vorms şəhərində anadan olub. Bitkilərə və çiçəklərə olan marağından Halle Universitetində Georg Klebsin yanında botanikanı öyrənməyə başladı. 1899-cu ildə orta məktəbi bitirdikdən sonra atası ona botanikanı daha dərindən başa düşmək üçün kimya kursu almağı təklif etdi. Atasının məsləhətinə qulaq asan German Halle, Darmstadt və Münhen universitetlərində kimya üzrə təhsil alır. Tədricən kimya onun əsas marağına çevrildi və artıq 1903-cü ildə, cəmi 22 yaşında Daniel Vorlenderin rəhbərliyi ilə Halledə elmlər doktoru dərəcəsi aldı. Ştaudinger üzvi kimya üzrə tədqiqatlarını Strasburq Universitetində D. Tielenin laboratoriyasında davam etdirib.
German Burqos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Loren German
Lauren Christine German (29 noyabr 1978, Hantinqton-Biç[d], Kaliforniya) amerikalı aktrisa'dır. O, ilk böyük rolunu 2002-ci ildə yeniyetmə romantik dram filmi A Walk to Remember filmində, ardınca The Texas Chainsaw Massacre (2003) və Hostel: Part II (2007) qorxu filmlərində oynamışdır. 2011-ci ildən 2012-ci ilə qədər German, CBS polis draması Havay Beş-0-nın ikinci mövsümündə DHS agenti Lori Veston kimi əsas rol oynamışdır və 2012-2014-cü illərdə o, NBC-nin Chicago Fire dramında Lesli Şey rolunu oynamışdır. 2016-2021-ci illərdə o, Amerika fantaziya komediya-dramasında Lucifer-də detektiv Chloe Decker kimi rol almışdır. == Həyatı == German Kaliforniya'nın Huntinqton-Biç şəhərinin Orange County ətrafında anadan olmuşdur. Onun atası Riçard German damar cərrahıdır. Onun ata tərəfdən babası Ceyms German hollandiyalı olmuşdur o, 1909-cu ildə Amsterdam'da anadan olmuşdur. O, uşaq ikən ailəsi ilə birlikdə Hollandiya'dan ABŞ-a köçmüşdür. Laurenin ailəsinin qalan hissəsi isə ingilis'lərdir. O, Los Alamitos Liseyində və Orange County İncəsənət Liseyində oxumuşdur və sonra antropologiya təhsili aldığı Cənubi Kaliforniya Universitetinə daxil olmuşdur.
Rober Geren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
German-Skandinav mifologiyası
German-skandinav mifologiyası (Qədim german mifologiyası, Skandinav mifologiyası) — qədim german tayfalarından olan anqlların, saksonların, normanların, danların və digərlərinin e.ə. V əsrdən başlayaraq xristianlığı qəbul etdikləri dövrə kimi formalaşdırdıqları mifologiya. Bu mifologiyanın əsas mənbəyi əslən islandiyalı nasir Snorri Sturlusona məxsus olan "Böyük Edda" və "Edda" adlı bədii və mənsur əsərlərindəki mətnlərdən qaynaqlanır. Danimarkalı salnaməçi Sakson Qrammatikin yazdığı "Danimarkalıların əməlləri" adlı əsərində də bir sıra müxtəlif mifoloji süjetlər öz əksini tapmışdır. Bu sahəyə dair qiymətli məlumatlara məşhur Roma tarixçisi Tasitin qədim german əsatirləri əsasında yazdığı "Germaniya" əsərində də rast gəlinir. == Dünyanın yaranması == Dünya yaranmamışdan əvvəl o, Ginnunqaqap adlı dərin və qara uçurumdan ibarət idi. Bu uçurumun bir tərəfində Niflheym adlı buz səltənəti (qadın başlanğıcı hesab edilir), digər tərəfində isə Muspellheym adlı od səltənəti vardı (kişi başlanğıcı hesab edilir). Niflheym səltənətində Hvergelmir adlı bulaq vardı və bu bulaqdan 12 ədəd güclü su axını (Elivaqar) öz mənbəyini götürərdi. Uçurumun hər iki tərəfi birləşərək ən əvvəl dünyada ilk canlı sayılan İmiri və sonradan Audumla adlı bir düyəni əmələ gətirir. İmirin tərindən bir cüt canlı, kişi və qadın yaranır.
German Henrix Qossen
German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[…], Düren, Köln[d] – 13 fevral 1858[…], Köln, Reyn əyaləti[d]) —Almaniya iqtisadçısı. == Həyatı == Hermann Heinrich Gossen Düren, Roer (departament) (Roerdépartement və ya Departement de la Roer), Birinci Fransa İmperiyasında anadan olub. Bu gün həmin ərazi Şimali Reyn-Vestfaliya, Almaniya kimi tanınır. Hermann Köln (Köln), Şimali Reyn-Vestfaliya, Prussiyada vəfat etdi. Valideynləri Georg Joseph Gossen (15 dekabr 1780 - 7 oktyabr 1847) (aka Georg Josef Gossen) və Maria Anna Mechtilde (Mechthildis) Scholl (22 fevral 1768 - 29 iyun 1833) idi. Georg və Mariya 25 oktyabr 1804-cü ildə Axendə evləndilər. Hermanın ata tərəfdən babası Arnold Winand Gossen, 3 sentyabr 1774-cü ildə Selgersdorf, Jülich, Prussiyada Anna Cordula Schmitz ilə evləndi. Arnold Winand Gossen - Kurfürstlicher steuereintreiber (Seçki vergi yığan) və Wahlrentenmanager (Seçki pensiya meneceri) - Düren şəhərində, Jülich hersoqluğunda və Prussiyanın Aşağı Reyn bölgəsinin digər hissələrində fəaliyyət göstərən ən hörmətli məmurlardan biri idi. Bununla belə, 1790-cı illərin ortalarından başlayaraq Arnold, Arnoldun davamlı biznes əməliyyatları apardığı Prussiya ərazilərinin Fransa tərəfindən alınması səbəbindən tədricən öz mövqeyini və gəlirini itirdi.
Gərmə
Gərmə — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Qeren (kommuna)
Qeren (fr. Guéreins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01183. 2010-ci ildə əhalinin sayı 1308 nəfər təşkil edirdi. 2010-cu ildə 838 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 665 nəfər iqtisadi cəhətdən fəal, 173 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.4%, 1999-cu ildə 73.0%). Fəaliyyət göstərən 665 sakindən 618 nəfər (337 kişi və 281 qadın), 47 nəfəri işsizdir (22 kişi və 25 qadın). 173 hərəkətsiz olan 59 nəfər arasında şagird və ya tələbə, 74 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Kerman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.