Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kevin De Bröyne
Kevin De Bröyne (nid. Kevin De Bruyne, Niderlandca tələffüz: [ˈkɛvɪn də ˈbrœynə], 28 iyun 1991[…]) — Premyer Liqa klublarından Mançester Siti və Belçika milli futbol komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən belçikalı professional futbolçudur. Qeyri-adi ötürmələri, mükəmməl zərbə qabiliyyəti və driblinqi ilə tanınan Kevin dünyanın ən yaxşı oyunçulardan biri hesab olunur və tez-tez "tam futbolçu" kimi təsvir olunur. Kevin peşəkar karyerasına 2010-2011 mövsümündə Belçika Jupiler Pro Liqasını qazandığı Genk komandasında başladı. 2012-ci ildə Çelsi ilə müqavilə imzalayan De Bröynenin Premyer Liqa macərası başladı, lakin Çelsidə az forma şansı əldə edərək Almaniya çempionatına yollandı, 1 il Verder Bremendə icarə əsasında çıxış etdikdən sonra, 18 milyon ₤-ə Aşağı Saksoniya təmsilçisi Volfsburqa transfer oldu. Məhz burada özünü Bundesliqanın ən yaxşı oyunçusu kimi tanıtdı və 2014-15 mövsümündə Almaniya Kubokunu qazanan komandanın ayrılmaz üzvlərindən birinə çevrildi. 2015-ci ilin yayında De Bröyne 54 milyon ₤-lik bir rekordla Mançester Sitiyə qoşularaq yenidən Premyer Liqaya qayıtdı. O vaxtdan bəri klubla iki Premyer Liqa çempionluğu, dörd Liqa Kuboku, bir FA Kuboku və İngiltərə Milli Futbol Superkuboku qazandı. 2017–18-ci illərdə, o, Mançester Sitinin bir mövsümdə 100 xal qazanan yeganə Premyer Liqa komandası olması rekordunda əhəmiyyətli bir rol oynadı. 2019–20-ci illərdə De Bröyne, bir Premyer Liqa mövsümündə ən çox məhsuldar ötürmə edən futbolçu kimi rekord qırdı və Premyer Liqada mövsümün oyunçusu seçildi.
Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Ronne
Ronne (fr. Ronnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03216. 2008-ci ildə əhalinin sayı 190 nəfər təşkil edirdi. 2007-ci ildə 128 yaş arasında (15–64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 75,2%). 98 fəal işçidən 88 nəfər (47 kişi və 41 qadın), 10 nəfər işsizdir (2 kişi və 8 qadın). 30 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 8 nəfər — təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Groove metal
Qruv-metal (ing. groove metal), heavy metaldan yaranmış bir tərzdir. Groove metal, thrash metalın səs xüsusiyyətlərini də daşıyır, orta temp və sürətli temp ilə ifa olunur. Bu üslubun yaradıcıları Pantera və Exhorder qrupları qeyd edilir. Pantera qrupunun 1990-cı ildə çıxmış "Cowboys from Hell" adlı albomu groove metalın yaranışı deyilir. Həmiçinin həmin ildə Sepulturanın da, "Chaos A. D." adlı albomu bu yaranışa aid edilir. Groove metal üslubun da ifa edən məşhur qruplar Pantera, Lamb of God, Sepultura, Soulfly, Cavalera Conspiracy, Gojira, Throwdown və Machine Head qrupu.
Jizel Froynd
Jizel Froynd — alman əsilli Fransa fotoqrafı. Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şöneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona "Leyka" markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi - fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi. 1933-cü il - artıq Hitler hakimiyyətə gəldi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı. 1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir.
Karl Froynd
Karl Froynd (ing. Karl Freund) — Almaniya və ABŞ rejissorudur. 1906-cı ildən etibarən Berlin şəhərində ilk rejissorluq peşəsində çalışmış, 1929-cu ildə isə ABŞ-yə köçərək kinooperator kimi çalışmışdır. Karl Froynd ömrünün axırına kimi burada yaşamışdır.
P.Browne
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur. Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Frits Broyn
Frits Broyn (alm. Fritz Bräun‎; 4 dekabr 1903, Fürt[d], Bavariya – 10 yanvar 1982, İdar-Oberşteyn[d], Reynland-Pfalts) — alman Yunan-Roma güləşçisi, Avropa çempionu. 1921-ci ildə Almaniya çempionu oldu. 1922-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1924-cü ildə Avropa və Almaniya çempionatlarında birinci yerləri qazandı, 1925-ci ildə bu nəticəni təkrarladı. 1926-cı ildə Avropa çempionatının gümüş mükafatçısı oldu. 1927-ci ildə Avropa çempionatında 4-cü yeri tutdu. 1928-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1931-ci ildə Almaniya çempionu oldu. 1932-ci ildə Almaniya çempionatında 2-ci yeri tutdu.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Rolls-Royce
Rolls-Royce — Henry Royce 1884-cü ildə elektronika və maşın istehsal edən bir fabrika qurdu. 1904-cü ildə ilk avtomobilini düzəltdi. Həmin il Londonda avtomobil satan Stewart Rollsla tanış oldu. İkitərəfli əməkdaşlıq etmək üzrə razılaşdılar. Royce’un hazırladığı avtomobilləri Rolls satmağa başladı. Avtomobillərin adı Rolls Royce oldu. Şirkətin məqsədi qabaqcıl texnologiyalı lüks avtomobil istehsal etməkdir. Wright Qardaşları ilə etdiyi razılaşma nəticəsində, təyyarə mühərrik istehsalında bir nömrəli marka oldu. 1915-ci ildə Müttəfiqlər üçün ilk zirehli vasitələri çıxardı. 1939-cu ildə Krallıq Hava qüvvələri təyyarələrinin bir çoxunun mühərriklərini yenilədi.
Grove.io
Grove.io və ya əvvəlki adı ilə Convore — real vaxt rejimində çat veb proqramı. Erik Florenzano, Liya Kalver və Erik Maquayr tərəfindən yaradılmışdır. "PC World" proqram haqqında qeyd etmişdir ki, "bu, saysız-hesabsız mövzular üçün bir xəbər məcmuəsi, eləcə də sual/cavab forumu kimi işləyir". "MIT Technology Review"a görə, o, "özünün yeni saytlarının əksəriyyətində çatışmayan cila və həssaslığa" sahib idi. 2016-cı ilin oktyabr ayında "Grove.io" bağlandıqlarını açıqlamışdır. Onlar istifadəçilərə "Slack"i əvəzedici kimi istifadə etməyi tövsiyə görmüşdür.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Edward Lee Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Kevin De Bruyne
Kevin De Bröyne (nid. Kevin De Bruyne, Niderlandca tələffüz: [ˈkɛvɪn də ˈbrœynə], 28 iyun 1991[…]) — Premyer Liqa klublarından Mançester Siti və Belçika milli futbol komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən belçikalı professional futbolçudur. Qeyri-adi ötürmələri, mükəmməl zərbə qabiliyyəti və driblinqi ilə tanınan Kevin dünyanın ən yaxşı oyunçulardan biri hesab olunur və tez-tez "tam futbolçu" kimi təsvir olunur. Kevin peşəkar karyerasına 2010-2011 mövsümündə Belçika Jupiler Pro Liqasını qazandığı Genk komandasında başladı. 2012-ci ildə Çelsi ilə müqavilə imzalayan De Bröynenin Premyer Liqa macərası başladı, lakin Çelsidə az forma şansı əldə edərək Almaniya çempionatına yollandı, 1 il Verder Bremendə icarə əsasında çıxış etdikdən sonra, 18 milyon ₤-ə Aşağı Saksoniya təmsilçisi Volfsburqa transfer oldu. Məhz burada özünü Bundesliqanın ən yaxşı oyunçusu kimi tanıtdı və 2014-15 mövsümündə Almaniya Kubokunu qazanan komandanın ayrılmaz üzvlərindən birinə çevrildi. 2015-ci ilin yayında De Bröyne 54 milyon ₤-lik bir rekordla Mançester Sitiyə qoşularaq yenidən Premyer Liqaya qayıtdı. O vaxtdan bəri klubla iki Premyer Liqa çempionluğu, dörd Liqa Kuboku, bir FA Kuboku və İngiltərə Milli Futbol Superkuboku qazandı. 2017–18-ci illərdə, o, Mançester Sitinin bir mövsümdə 100 xal qazanan yeganə Premyer Liqa komandası olması rekordunda əhəmiyyətli bir rol oynadı. 2019–20-ci illərdə De Bröyne, bir Premyer Liqa mövsümündə ən çox məhsuldar ötürmə edən futbolçu kimi rekord qırdı və Premyer Liqada mövsümün oyunçusu seçildi.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Qrole
Qrole (Val-d'Uaz)
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qroznı-Citi
«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi. Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Qroznı Fəhləsi
Qroznı fəhləsi — Çeçenistan Respublikasının tarixi, elmi və təhsilli, mədəni və maarifləndirici rusdilli qəzeti. 1917-ci ilin mart ayından Qroznıda nəşr olunur. Bölgədəki ən qədim çap nəşri sayılır. Qəzetin ilk sayı 1917-ci ilin martında "Yoldaş" adı ilə nəşr olunub. 1918-ci ildə qəzet "Qroznı Dairəsi Fəhlə və Hərbi Deputatlar Şurasının İzvestiyası" adlandırılıb. 1920-ci illərin əvvəllərində qəzetə "Qırmızı üsyançı" adı verilib. 1921-ci ildə Qroznının əsas qəzeti yenidən adını dəyişib, o vaxtdan etibarən "Qırmızı Əmək" adını alıb. Bu zaman nəşr zəhmətkeşlərin gündəlik qəzeti olaraq ad qazanmışdı.. Daha sonra qəzet, Qroznı Şəhər İcraiyyə Komitəsinin və Qafqaztrudarmiya Siyasi İdarəsinin gündəlik orqanı oldu. Sonradan qəzet Qroznı Şəhər İcraiyyə Komitəsinin və Süvari Ordusunun Siyasi İdarəsinin gündəlik orqanı və Qrozni Şəhər İcraiyyə Komitəsi və Süvari İdarəsinin gündəlik qəzeti kimi dərc edildi.
Qroznı döyüşü
Qroznı döyüşü — 1996-cı ilin avqustunda baş vermiş döyüş. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri və şəhərdə yerləşən Çeçen milisləri şəhərin böyük hissəsinə nəzarəti itirir. Bundan sonra Rusiya Federasiyası ilə tanınmayan Çeçen İçkeriya Respublikasının nümayəndələri arasında Xasavyurt müqaviləsi bağlanır. Bu Birinci Çeçenistan müharibəsinə son qoyur. Əməliyyatın əvvəlində ayrı-ayrı qruplarda Qroznıya sızan üsyançıların sayı təxminən 1,5—2 min nəfər olur. Döyüşlər zamanı şəhərə yerli sakinlərin qayıtması və əvvəllər federal qoşunların tərəfində olanların üsyançıların tərəfinə keçməsi ilə onların sayı tədricən artır. Nəticədə Aslan Masxadovun Qroznıda nəzarət etdiyi çeçen birləşmələrinin sayı avqustun ikinci yarısına qədər 6-7 min nəfərə çatır. Ümumi rəhbərliyi həyata keçirən Aslan Masxadov bu əməliyyatın "bütün dünyaya və hər şeydən əvvəl Rusiyaya separatçıların döyüş potensialını göstərmək üçün" edildiyini bildirir. Xəttab dəstəsi ilə birlikdə hücumda iştirak etdi. Rusiya tərəfi say üstünlüyünə (daxili qoşunların 6 min hərbçisi), zirehli texnika və artilleriya üstünlüyünə və mütləq hava üstünlüyünə malik olur.
Qroznı rayonu
Qroznı rayonu (çeç. Соьлжа-ГӀалин кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir. Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir. Çeçen düzünliyində yerləşir.
Qroznı İES
Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib. Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.. İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi. İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi.
İvan Qroznı
İohann IV Vasilyeviç və ya İvan Qroznı (25 avqust 1530 və ya 15 avqust 1530, Kolomenskoye[d], Böyük Moskva Knyazlığı – 18 (28) mart 1584, Moskva, Çar Rusiyası) — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur). Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Ata tərəfindən nənəsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi. Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu. 1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı.
Brittni Qrayner
Brittney Yevette Griner (18 oktyabr 1990, Hyuston, Texas)— Qadınlar Milli Basketbol Assosiasiyasının (WNBA) Phoenix Mercury komandasının peşəkar basketbolçudur . O , ABŞ qadın milli basketbol komandası ilə iki dəfə Olimpiya qızıl mükafatı və altı dəfə WNBA All-Star mükafatını qazanıb. Griner Hyustondakı Nimitz Liseyində oxuyub. Birinci kurs tələbəsi kimi universitet voleybolu oynayırdı. İkinci kursdan başlayaraq, Griner oğlan basketbol komandası ilə məşq etdi və dunk etməyi öyrənmək üçün Nimitz futbol məşqçisi ilə çalışdı. Gənclik mövsümündə onun dunklarını əks etdirən YouTube videosu 6,6 milyondan çox izlənildi və bu hadisə onun Shaquille O'Neal ilə görüşünə səbəb oldu. 11 noyabr 2008-ci ildə Hyuston Alief Hastinqsə qarşı oyunda 25 blok etmişdi, bu, ABŞ-də orta məktəb oyununda ən çox qadın tərəfindən qeydə alınan blok sayı idi 2008–09 mövsümündə o, 318 blok edərək mövsüm rekorduna imza atdı. Griner WBCA All-American seçildi və 2009 WBCA High School All-America Oyununda iştirak edərək 20 xal və 9 ribaund toplayaraq komandaya liderlik etdi. 2010-cu ilin yanvarında o, qadın kollec basketbol oyunu zamanı dunk edən yeddinci oyunçu oldu və kollec karyerasının ikinci və üçüncü smaçını etdi. Texas Dövlət Universitetinə qarşı 99–18 hesabı ilə qələbə qazandılar.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Ağdağ (Göyçə)
Ağdağ — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Oronim qədim Azərbaycan dilində "uca, hündür" mənasını bildirən ağ sözü ilə "düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik" mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Viola nephrophylla Greene f. albinea
Gone Too Soon
Gone Too Soon — Maykl Ceksonun bir mahnısı.