GÖYCƏ
GÖYÇƏGÜL
OBASTAN VİKİ
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Gölkənd (Göyçə)
Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır.
Göyçə gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Göyçə mahalı
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Göyçə nahiyəsi
Göyçə nahiyəsi — 1728 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi == Kəndləri == Ağkilsə (Göyçə) Böyük Ördək (Göycə) Dəliqardaş Altuntaxt kənd Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87]. Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55]. Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir. Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
Göyçə yarımadası
Göyçə yarımadası Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisində) Göyçə gölünün şimal-qərbində yerləşir. Suyun səviyəsinin enməsinə qədər yarımada ada olmuşdur. Yarımada tarixi Yeni Bəyazid qəzasının ərazisində yerləşir. Sonrada ərazidə Göyçə mahalı təşkil edilmişdir (Bu zaman yarımada Göyçə yaronu ərasisinə daxil idi). Hal-hazırda rusların ərazini işğalından sonra inşa etdikləri Sevanavank monastrı fəaliyyət göstərir. Üstəlik ermənistan prezidentinin iqamətgahlarından biri ərazidə yerləşir. Burada helikopterlərin sərbəst enməsi uçun meydançada mövçuddur. Yarımadada sahəsi 1,47 h təşkil edən çimərlik salınır. Yarımadanın sahəsi 0,95 km² təşkil etsə də, suyun səviyəsinin ilbəil qalxması ərazisini kiçildir.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Kolagirən (Göyçə)
Kolagirən — Göyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd. == Tarixi == Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir. === Kolagirən qalası === Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Kəsəmən (Göyçə)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Pəmbək (Göyçə)
Pəmbək — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Göyçə mahalının Basarkeçər rayonunun Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb, ilk baxışdan qəlblərə əbədi bir xatirə bəxş etmişdir. Kəndin 1953-cü ildə 156 yaşında rəhmətə gedən, yaşlı sakinlərindən biri olan Şahzadə nənə söyləyirdi ki, kəndə altı yaşında olarkən əmisi ilə gəlmişdir. Həmin vaxt kəndin təxminən 35–40 evi, 170–200 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakilsə (indiki Kirovakan) şəhərinin yaxınləğında olan Lori pəmbək kəndinə verilmişdir. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir. Kəndin bir adı da Pəmbəkli olmuşdur. Kəndin tarixi qədimdir.
Pənah Göyçə
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaraqoyunlu (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Qayabaşı (Göyçə)
Qayabaşı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd. "Qayanın başı", "Qayanın üstü" mənasındandır. Kənd rayon mərkəzi Basarkeçərdən 1 km məsafədə yerləşir. Qayabaşı adı 19 aprel 1991-ci ildən Geğamabak qoyulmuşdur. Qayabaşı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 6–7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи Кариб) formasında da qeyd edilir . Toponim "qaya" oroterminindən və "dağın yuxarısı, zirvəsi" mənasında işlənən baş sözündən əmələ gəlmişdir.
Qoşabulaq (Göyçə)
Qoşabulaq — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd və dağ adı. Dağda olan qoşa bulağın adından götürülmüşdür. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830–1840) Qazax mahalının Sofular kəndindən rusların basqınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən salınmışdır. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları, yaşamaq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək həmin yeri özləri üçün daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqalları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırmışlar. Kənd rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşir. 19 aprel 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.
Qırmızıkənd (Göyçə)
Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qıpçaq türk tayfasından olan qul etnoniminin Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur. Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir . Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır . 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur.
Qırxbulaq (Göyçə)
Qırxbulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 2 km cənubda, Göyçə gölünün cənub-şərqində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim Azərbaycan dilində «çoxlu» mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd Qırxbulaq adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur. Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ci ildə ermənilərlə yanaşı 23 nəfər azərbaycanlı yaşamışdır.
Qızılkənd (Göyçə)
Babacan — Göyçə mahalında kənd. İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Qızılxaraba (Göyçə)
Qızılxaraba — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Əyricə kəndinin yanında, Arxaşan və Əbdülasar dağları arasında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qırmızı süxurlu ərazini, torpağı bildirən qızıl və xaraba sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 1831-ci ildə kənddə 357 nəfər erməni yerləşdirilmiş və ondan sonra azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılmışdır. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 136 nəfər,1897-ci ildə 125 nəfər, 1908-ci ildə 215 nəfər, 1914-cü ildə 421nəfər, 1916-cı ildə 249 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin mart ayında kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə qovulmuşdur. Kənddə 1930-cu illərə kimi heç kim yaşamamışdır.
Subatan (Göyçə)
Subatan – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.
Göyçə (dəqiqləşdirmə)
Göyçə mahalı — İrəvan xanlığında mahal. Göyçə çayı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda çay. Göyçə gölü — İrəvan xanlığının Göyçə mahalında, İrəvan quberniyasının Yeni Bayazid qəzasında göl. Göyçə Milli Parkı — Göyçə gölünü və ətrafını qorumaq üçün 1978-ci ilin mart ayının 14 Ermənistan Sovet Sosialist Respublikası tərəfindən qurulan bir milli park. Yeni Göyçə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Göyçəkənd — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. == İstifadə tarixi və istifadəsi == == Göyçə SES == Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. == Razdan SES == Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.
Göyçə Milli Parkı
Göyçə Milli Parkı (erm. Սևան ազգային պարկ) — Göyçə gölünü və ətrafını qorumaq üçün 1978-ci ilin mart ayının 14 Ermənistan Sovet Sosialist Respublikası tərəfindən qurulan bir milli park. Göyçə Milli Parkı Geğarkunik mərzinin şimal hissəsində yerləşir. Göyçə Milli Parkı Ermənistan Respublikasının 4 milli parkından biridir. Ermənistan Təbiət Qoruma Nazirliyinin səlahiyyəti altındadır və ekosistemi izləyən, müxtəlif mühafizə tədbirləri görən bir araşdırma mərkəzi ehtiva edir. Göl üzərində lisenziyalı balıqçılıq da mövcuddur. == Fauna == === Məməlilər === Göyçə Milli Parkının hövzəsinin məməliləri haqqında elmi məlumat olduqca kasıb və cüzidir. Adətən canavarlar, çaqqallar, tülkülər, dələlər, pişiklər, dovşanlar və kiçik gəmiricilər haqqında bəhs edilir. === Avifauna === Göyçə gölünün və ətrafının avifaunası zəngindir. Göyçə gölünün hövzəsində 267 quş növü qeyd edilmişdir.
Göyçəbəy
Göyçəbəy (türk. Gökçebey) — Zonquldak ilinin ilçəsi. İlçənin ümumi əhalisi 25.588 nəfərdir, onlardan 7,300 nəfəri şəhərlik ərazidə məskunlaşmışdır. 1845-ci ilə qədər Tefen adı ilə Boluya bağlı olan 4 mahaldan ibarət olmuşdur. Cümhuriyyət qurulana qədər bu statusu qorudu. Respublika dövründə bir qəsəbə olaraq inşa edilən Tefen 1963-cü ildə Gökçebey adlandırıldı və 1972-ci ildə burada bələdiyyə quruldu. Devrək ilçəsinin Göyçəbəy mahalı 1990-cı ildə 3644 nömrəli qanunla vahid ilçə statusu əldə etdi. Sahəsi 15.153 hektardır. Rayonun 60%-i meşələrlə əhatə olunmuşdur. Dəniz səviyyəsindən 51 metr yüksəklikdə olan Göyçəbəy ilçəsi 906 ilə 1179 metr arası hündürlükdə olan səkkiz təpə ilə əhatə olunmuşdur.
Göyçədağ
Kökşetau / Göyçədağ (qaz. Kökşetaw) — Qazaxıstanda şəhər. 1999-cu ildən etibarən Aqmola vilayətinin inzibati mərkəzidir. Ölkənin paytaxtı olan Astana şəhərindən təqribən 300 km şimal-qərbdə yerləşir. Şəhər ərazisində iki milli park (Burabay və Kökşetau) yerləşir. Kökşetau şəhəri Kopa gölünün sahilində yerləşir.
Göyçək Fatimə
Göyçək Fatimə (film, 2013)
== Film haqqında == Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar? Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.
Göyçək Fatimə (teleserial, 2013)
== Film haqqında == Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar? Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.
Göyçək Fatma (1973)
Göyçək Fatma (rus. Прекрасная Фатьма) — Azərbayacan televiziya cizgi filmi. == Məzmun == Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. == Festivallar və mükafatlar == 1)1976-cı ildə Tbilisidə VI Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışdır. == Film haqqında == Kukla filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Göyçək Fatma (1988)
Göyçək Fatma — Azərbaycanın ilk beş hissəli cizgi film-operası. == Məzmun == Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. == Film haqqında == Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir. Applikasiya filmidir. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nazim Məmmədov Ssenari müəllifi: Mirvarid Dilbazi Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı : Firəngiz Quliyeva == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Göyçək Fatma (film, 1973)
Göyçək Fatma (rus. Прекрасная Фатьма) — Azərbayacan televiziya cizgi filmi. == Məzmun == Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. == Festivallar və mükafatlar == 1)1976-cı ildə Tbilisidə VI Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışdır. == Film haqqında == Kukla filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Göyçək Fatma (film, 1988)
Göyçək Fatma — Azərbaycanın ilk beş hissəli cizgi film-operası. == Məzmun == Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. == Film haqqında == Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir. Applikasiya filmidir. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nazim Məmmədov Ssenari müəllifi: Mirvarid Dilbazi Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı : Firəngiz Quliyeva == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Göyçəkənd
Göyçəkənd (əvvəlki adı: Oktyabr) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati-ərazi vahidi tərkibindəki Oktyabr kəndi Göyçəkənd kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == Kənd əhali tərəfindən Əvlək adı ilə də tanınır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 685 nəfər əhali yaşayır.
Göyçəkənd bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göyçəli (Qaraqoyunlu)
Göyçəli — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Göyçəli kəndində 432 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Göyçəli (Qoşaçay)
Göyçəli (fars. گوگ جلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 839 nəfər yaşayır (180 ailə).
Göyçəli xalçaları
Göyçəli xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Bu xalçaların adı Qazaxdan 17 km cənub-şərqdə yerləşən Göyçəli kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı və başqa xalçaçılıq məntəqələrində istehsal olunmuşdur. == Bədii analiz == "Göyçəli xalçaları" müxtəlif növdə olur. Burada onların əsas hesab olunan iki üsulu təqdim olunmuşdur. I üsul. Birinci üsulla toxunan xalçalarda mərkəzdə uzunsov formalı iri göl yerləşir. Onun yuxarı və aşağı sonluqları şişbucaq formada yerinə yetirilmişdir. Bu kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterik hesab olunur. Ölçüləri böyük olmadığına görə (100x150sm) onlar daha çox "Namazlıq xalçaları" adı ilə məşhurdur.
Göyçəliaslan (Urmiya)
Göyçəliaslan (fars. گویجه علی اصلان‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (38 ailə).

Значение слова в других словарях