Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseynəli
Hüseynəli — ad.
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (22 sentyabr 1922, Nəcəfabad, İsfahan ostanı – 20 dekabr 2009, Qum) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.
Hüseynəli xan
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli İsmayılov
Hüseynəli İsmayılov (d.1961) — tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki və akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbəri. == Təhsili == 1961-ci ildə Borçalı mahalının Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kəndində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU) cərrahiyyə fakültəsini bitirib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun "Bərpa travmatologiyası və ortopediyası" elmi mərkəzində başlayıb. == Elmi fəaliyyəti == 1992-ci ildə ABŞ-da və İngiltərəyə dəvət edilmiş, müalicələr üçün istifadə etdiyi üsullar barədə mühazirələr demişdir. onun səfəri barədə mətbuatda belə yazılmışdı: Hüseynəli İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və doktor İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. Cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalaraq, bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb. 1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir. 2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunur. Hüseynəli İsmayılov travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb.
Hüseynəli mirzə
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli bəy Bayat
Hüseynəli bəy Bayat (?-?) — Səfəvilər dövlətinin elçisi. == Həyatı == I Şah Abbasın hakimiyyətə gəlməsindən sonra Səfəvilər dövlətinin güclənməsi Avropa dövlətlərini onunla yaxınlaşmağa sövq edirdi. Papalıq, Venesiya, İspaniya və Almaniya imperiyaları Səfəvilər dövlətinə xüsusi maraq göstərirdilər. Bu xristian qərbinin güclü Osmanlı imperiyasını zəiflətmək istəyi ilə bağlı idi. Lakin qeyd etmək lazımdır ki, qərb ölkələri Səfəvilərin Türkiyə üzərində tam qələbəsində maraqlı deyildilər. Onlar belə hesab edirdilər ki, "nə qədər ki, bu dövlətlər bir-biri ilə vuruşur, xristian dünyası rahatlıq və təhlükəsizlikdə olar". Səfəvilər dövlətinə gəldikdə isə onların Avropa ilə diplomatik fəaliyyəti yalnız bir məqsədə – antitürk ittifaqının bağlanması və Osmanlı dövlətinə qarşı kömək əldə etməyə yönəlmişdi. Şah Abbas müttəfiqlərini sərhədlərdən çox uzaqda axtarırdı. E. Şerliyə hədiyyələr bəxş etməklə Səfəvi nümayəndə heyətini Avropa ölkələrinə, xüsusilə, Almaniya, Roma, İspaniya, Venesiya, Fransa, İngiltərə və Şotlandiyaya səyahətlərdə müşayiət etmək üçün onun razılığını aldı. Şerlinin gedişi və hərbi ittifaqın bağlanması ilə əlaqədar Səfəvilər sarayında həmfikirlilik yox idi.
Hüseynəli mirzə Fərmanfərma
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli xan Qacar
Hüseynəli xan Qacar (? - 9 noyabr 1783-cü il) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.
Hüseynəli xan məscidi
Göy məscid, Göy Cami (erm. Կապույտ Մզկիթ; Kapuyt Mzkit, erm. Գյոյ Մզկիթ, Gyoy Mzkit) və ya Hüseynəli xan məscidi — Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi. Corc Burnutyan məscidin 1762–1783-cü illərdə, Vladimir M. Arutunyan isə 1764–1768-ci illərdə inşa edildiyini bildirir. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdir.
Molla Hüseynəli Qarabaği
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. == Haqqında == 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (? - 9 noyabr 1783-cü il) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.
Elton Hüseynəliyev
Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solisti. == Həyatı == Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub. 1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib. 2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub. 2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var. 2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib.
Hüseynəlibəyli (Xudafərin)
Hüseynəlibəyli (fars. حسينعلي بيگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (30 ailə).
Hüseynəlikəndi-i Əcəm
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hüseynəlikəndi-i Əcəm (Şot)
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hüseynli
Hüseynov — Azərbaycanda daha çox işlədilən soyad. === A === Ağa Hüseynov (d. 1962) — azərbaycanlı rəssam. Akif Hüseynov Akif Hüseynov (ədəbiyyatşünas) (d. 1941) — ədəbiyyatşünas, tənqidçi. Akif Hüseynov (mühəndis) (1950—2013) — azərbaycanlı alim və pedaqoq. Anar Hüseynov Anar Hüseynov (əsgər) (1997—2020) — Vətən müharibəsinin şəhidi. Anar Hüseynov (kiçik çavuş) (1982—2020) — Vətən müharibəsi şəhidi. Arif Hüseynov Arif Hüseynov (dilçi) (d. 1943) — Azərbaycan dilçisi, germanist.
Anar Hüseynli
Anar Saday oğlu Hüseynli (13 avqust 1994, Təzəkənd, Şəmkir rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000–2011-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Hüseynli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Anar Hüseynli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ağa Hüseynli
Ağa Aydın oğlu Hüseynli (7 sentyabr 2001, Moranlı, Sabirabad rayonu – 5 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008–2019-cu ildə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Cüdo ilə məşğul olan Ağa Hüseynli bu sahədə bir çox medallar və sertifikatlar qazanmışdır. Subay idi. == Döyüş yolu == Ağa Hüseynli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 3 ay Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində xidmət etdikdən sonra könüllü rabitəçi olaraq Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Bayram Hüseynli
Hüseynli Bayram Xəlil oğlu (22 mart 1923, Gəncə – iyul 1992) — musiqişünas, professor == Həyatı == Bayram Xəlil oğlu 1923-cü il martın 22-də Gəncə şəhərində anadan olub. Ilk musiqi təhsilini də burada alıb. 1941-ci ildə Gəncə musiqi texnikumuna daxil olub. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsində təhsilini davam etdirib və ali musiqi təhsili alıb, təhsil almaqla yanaşı M. Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında işləyib, ansablın instrumental qrupuna rəhbərlik edib. Musiqi texnikumunda müəllim, Gəncə dövlət filarmoniyasında xormeyster işləyib. 1959–1962-ci illərdə Azərbaycan EA Me’marlıq və Incəsənət Intstitutunun aspiranturasında namizədlik mövzusu üzərində зalışıb, 1966-cı ildə "Azərbaycan xalq rəqs musiqisi" mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər Institutda elmi işзi kimi зalışıb, folklor tədqiqatları aparıb. 1970-ci ildən ömrünün sonuna kimi o, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə isə professoru seзilib. B. X. Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib.
Elxan Hüseynli
Elxan İsrayıl oğlu Hüseynli (4 oktyabr 1999, Yuxarı Kəbirli, Beyləqan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Hüseynli 4 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Əli Əsgərov adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elxan Hüseynli 2017-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Həmlə" Taborunda müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün doğulduğu Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Etiram Hüseynli
Etiram Həsən oğlu Hüseynli (17 aprel 1977; Lənkəran, Azərbaycan SSR — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışırdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Etiram Hüseynli oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Fariz Hüseynli
Fariz Dadaş oğlu Hüseynli (d. 10 noyabr 1994; Əsgərabad, Biləsuvar rayonu — ö. 3 oktyabr 2020 Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır. Ailəli idi, 2 övladı var. == Hərbi xidməti == Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş, 3 oktyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur. == Təltifləri == (2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. (2020) — "Laçının azad olunmasına görə" medalı — Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Qabil Hüseynli
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. === Ailəsi === Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. == Həyatı == Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Qənbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. == Həyatı == Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Rafiq Hüseynli
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, Dağlıq Qarabağ – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Filmoqrafiya == Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rauf Hüseynli
Rauf Hüseynli (25 yanvar 2000, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və 21 yaşadək Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Klub karyerası == Rauf Hüseynli 1 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir.
Rövşən Hüseynli
Rövşən Rizvan oğlu Hüseynli (3 aprel 1991, Bakı) — Araz-Naxçıvan və Azərbaycan milli futzal komandasında qapıçı mövqeyində çıxış edən futzalçı. == Həyatı == Rövşən Hüseynli 1991-ci il 3 aprel tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1997-2008-ci illərdə 167 nömrəli məktəbdə almışdır. Ali təhsili isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almış, futbol fakültəsini bitirmişdir. Atası futbolla həvəskar həm də qapıçı olaraq məşğul olub. Rövşəni də öz oyunlarına baxmağa aparırdı. Futbola olan marağı da məhz buradan yaranıb və futbolun ilk sirlərini də ona atası öyrədib. Balaca Rövşənin futbola böyük marağının olmasına baxmayaraq atası onu ilk dəfə 11 yaşında sərbəst güləşlə məşğul olmağa aparır. Güləşdə yaxşı nəticələrinə baxmayaraq inadkar Rövşən futbola olan həvəsini gizlədə bilmir və üç ay sonra güləşdən ayrılaraq futbola yazılır. Futbolda ilk müəllimi Neftçilərdə "rezinka" adlanan stadionda Adil Mahmudov olub.
Səbuhi Hüseynli
Səbuhi Babək oğlu Hüseynli (2 may 1997; Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan — 15 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil almışdır. 2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Səbuhi Hüseynli 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Ağdam və Tərtər istiqamətində xidmətini davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Talış kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Nümunəvi xidmətinə görə bir çox fəxri fərmanlar ilə təltif edilmişdir. Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Səyavuş Hüseynli
Hüseynli Səyavuş Kərim oğlu (2 sentyabr 1971, Kirovabad) — Azərbaycan aktyoru, teleaparıcısı, rejissoru; "SOY production"nın bədii rəhbəri və həmtəsisçisi. "BİZ+" jurnalının baş redaktoru (2007–2011). == Həyatı == Səyavuş Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib. 1993–1996-cı illərdə hərbi xidmətdə olub. === Ailəsi === Ailəlidir. 2 övladı var. == Yaradıcılığı == İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub. 1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb (1989–1992). Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb.
Məşədi Hüseynli
Məşədihüseynli (Şəmkir)
Nazim Hüseynli
Nazim Ziyad oğlu Hüseynli (30 aprel 1956, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020). Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == 30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş. 1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir. 1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və onun rektoru olmuşdur. 1992–2005-ci illərdə Ali Diplomatiya Kollecinin, 2005–2006-cı illərdə Bakı Diplomatiya Universitetinin və 2006–2015-ci illərdə isə Bakı Avrasiya Universitetinin rektoru olmuşdur. 1989-cu ildən fəlsəfə elmləri namizədi, 2005-ci ildən fəlsəfə elmləri doktorudur.
Tofiq Hüseynli
Tofiq Hüseynli (nazir)
Türkay Hüseynli
Türkay Nizami oğlu Hüseynli (25 noyabr 1990; Bakı, Azərbaycan SSR — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Hüseynalı Nəbiyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hüseynbəyli
Hüseynbəyli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Hüseynbəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Hüseynbəyli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Hüseynbəyli — İrəvan qüberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu ərazisində kənd. Hüseynbəyli (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.
Hüseyni
Hüseyni (üzüm) — Üzüm növü.
Həsənəli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Hüsənli
Hüsənli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Huseynli Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Kəndin əhalisi oykonimi Hüsənnili kimi tələffüz edir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Şahsevən Məşədi Hüsən adlı Şəxs saldığına görə belə adlanmışdır. MəŞədi Hüsənin qəbri hazırda kəndin köhnə qəbiristanındadır. Kəndin yaxınlığındakı köhnə qışlaq yurdu da MəŞədi Hüsənlər qışlağı adlanır.. Kəndin əhalisi oykonimi Hüsənnili kimi tələffüz edir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə şahsevən Məşədi Hüsən adlı şəxs saldığına görə belə adlanmışdır. Məşədi Hüsənin qəbri hazırda kəndin qəbristanlığındadır.