Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Həmdi Giraybəy
Həmdi Giraybəy (krımtat. Amdi Giraybay, əsl adı: Əbuləfət Lətifov; 14 fevral 1901, Yeni Qala (Krım), Tavriya quberniyası[d] – 13 sentyabr 1930, Moskva) — krım tatar şair və tarixçi. == Həyatı == Həmdi Giraybəy 13 sentyabr 1901-ci ildə Yeni kale kəndində ilahiyyatçı ailəsində anadan olub. Qarasubazar ibtidai məktəbini bitirdikdən sonra Ağməsciddə yerləşən rüşdiyyə məktəbində orta təhsil alıb. 1921-ci ildə Krım Dövlət Universitetindin İşçi fakültəsinə daxil olub, lakin tezliklə maddi çatışmazlıq ucbatından təhsilini dayandırmalı olub. Millətlərin İşləri üzrə Xalq Komissarlığında işləyib. 1918–1923-cü illərdə özünün ən yaxşı əsərlərini yaradıb. Əsərləri "Yannı Çolpan" və "İleri" krımtatar jurnallarında çap edilib. 1923-cü ildə Krım MSSR-nın görkəmli xadimi Vəli İbrahimovun dəstəyi ilə Türkiyəyə təhsil almağa göndərilir. İstanbul universitetində fəlsəfə fakültəsində təhsil alıb.
Həmin Mükriyani
Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhəbad, Qərbi Azərbaycan ostanı – 16 aprel 1986) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi == Həyatı == Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular.
Məhəmməd Həmdi Yazır
Elmalılı Məhəmməd Həmdi Yazır (1878, Elmalı, Antalya ili – 27 may 1942, İstanbul), pedaqoq, xəttat, musiqişünas, quran təfsirçisi == Həyatı == Elmalılı Məhəmməd Həmdi Yazır 1877-ci ildə Antalyanın Elmalılı qəzasında dünyaya gəlmişdir. Atası Numan Əfəndi əslən Burdurun Gölhisar qəzasının Yazır kəndindən idi. Numan Əfəndi kiçik yaşlarında Yazır kəndindən Elmalıya gəlmiş, orda oxumuş və Şəriət məhkəməsində baş katibi vəzifəsində işləmişdir. Həmdinin anası Elmalı alimlərindən Mehmet Əfəndinin qızı Fatma xanım idi. İbtidai məktəbi və bugünkü orta məktəblərə uyğun gələn Rüşdiyə mədrəsəsini Elmalıda bitirən Həmdi Əfəndi 1882-ci ildə dayısı Xoca Mustafa Sarılar ilə birlikdə İstanbula gəlmiş və dövrünün alimlərindən Kayserili Mahmud Həmdi Əfəndidən dərs almışdır. İstanbulun digər tanınmış müəllimlərinin dərslərində də iştirak etdikdən sonra 1906-cı ildə "Bəyazid ustadı (professoru)" diplomuna layiq görülmüşdür. Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilmiş və İkinci Konstitusiyanın I məclisində 1876-cı il "Qanun-i Əsasi" nin dəyişdirilməsində mühüm rol oynamışdır. 1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs demiş və həmin illərdə Qazilər məktəbində Fiqh dərslərini vermişdir. Daha sonra "Dar əl-Hikmə əl-İsləmiyə" yə (Şeyxülislamla bağlı yüksək müşavirə heyəti) üzv, bir müddətdən sonra da həmin quruma sədr seçilmişdir. Birinci dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləmiş və bu ərəfədə Əyanlar Məclisinin üzvü olmuşdur.
Əhməd Həmdi Paşa
Əhməd Həmdi Paşa (d. 1826 — ö. 1885) — II Əbdülhəmidin səltənətində 24 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Əhməd Həmdi Qaraağazadə
Əhməd Həmdi Qaraağazadə (1893, Batum – 1933, d. 1893; Batumi, Tiflis quberniyası, Rus imperiyası - ö. 1933, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü , Müsavat və bitərəflər fraksiyasının üzvü. Bolşevik işğalından sonra Azərbaycan mühacirətinin üzvü olmuşdur. == Həyatı == Əhməd Həmdi bəy Acariyanın Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan türkcəsinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur. Rəsulzadə bu barədə yazırdı: Daha sonra Müsavat partiyasından namizəd göstərilmiş və Transqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır.O, həmçinin Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir.
Əhməd Həmdi Tanpınar
Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi. == Həyatı == Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib. 1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. == Yaradıcılığı == Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır.
Mahmud Əhməd Həmdi Fələki
Mahmud Əhməd Həmdi Fələki (ərəb. محمود حمدي الفلكي‎; 1815 – 1885) — Misir ərəbi əsilli Osmanlı mühəndisi, riyaziyyatçısı və alimi. O, Qərbiyə mühafəzəsinin Hissə kəndində anadan olmuşdur. Fələki 1881-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Coğrafiya Konqresi və Sərgisində Misirin nümayəndəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Crozet, Pascal. 'La trajectoire d’un scientifique égyptien au xixe siècle: Mahmûd al-Falakî (1815-1885)' In: Entre réforme sociale et mouvement national: Identité et modernisation en Égypte (1882-1962) [online]. Le Caire: CEDEJ - Égypte/Soudan, 1995 (generated 29 juin 2020). Available on the Internet. ISBN 9782905838704. DOI: https://doi.org/10.4000/books.cedej.1420.
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası (türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi) — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.. == Tarixi == Muzey, XIX əsrdə inşa edilmiş "Alay Köşkü" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir. Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər. 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur. 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi. == Muzeyin təsviri == Zirzəmidə iki otaq və bir vestibül var. Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir.
Sven Hedin
Sven Hedin (19 fevral 1865[…] – 26 noyabr 1952[…], Kunqsxolm[d][…]) — isveç səyyahı, coğrafiyaçı, jurnalist, yazıçı, qrafik. == Tərcümeyi-hal == Stokholmda bürqer ailəsində anadan olub. Evli olmayıbdı. 1886-1934-cü illərdə Tibet və Mərkəzi Asiyada ekspedisiyada olmuşdur. Bu səyahətləri zamanı çoxlu tarixi abidələr və landşaftlarla rast gəlmiş və xəritədə qeyd etmişdir. Bir dənə tibetdə 170 000 kv.km-dir. Hedin isveç kralının mükafatlandırdığı axrıncı insan olmuşdur. 1920-1930-cu illərdə o artıq bütün dünyada tanınmış alim idi. Onun kitabları bir neçə dildə çap olunmuşdur. Hedin birinci dünya müharibəsində iştirak etmişdir.
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. == Həmçinin bax == Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine == Mənbə == Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Həmid
Həmid – kişi adı. Həmid Araslı – ədəbiyyatşünas.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abhindu (Həmədan)
Abhindu — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 32 km cənubdadır.
Abmeşkin (Həmədan)
Abmeşkin — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 68 km şimal-qərbdədir.
Abənbar (Həmədan)
Abənbar — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsində, Həmədan şəhərindən 67 km cənub-şərqdə, Qaraçayın qərb sahilindədir.
Acin (Həmədan)
Acin - İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər. Acin şəhəri Əsədabad qəsəbəsindən 20 km cənub-qərbdədir. Acin keçmişdə Əsədabad şəhristanının Mərkəzi bəxşinin Pirsalman dehistanında yerləşən bir kənd idi, lakin sonralar yeni Pirsalman bəxşinin (tərkibinə Pirsalman və Külyai dehistanları daxildirlər) yaradılmasından sonra Acin kəndi şəhər statusu qazanıb, sözügedən bəxşin inzibati mərkəzi olaraq təyin olundu, və Əsədabad şəhərindən sonra Əsədabad şəhristanında yerləşən ikinci şəhər oldu. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,343 nəfər və 766 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Axtaçı (Həmədan)
Axtaçı - İranın ŞHəmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Bahar qəsəbəsindən 21 km qərbdədir.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Ağcaxərabə (Həmədan)
Ağcaxərabə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng kəndistanında, Həmədan şəhərindən 15 km şimal-şərqdədir.
Ağdərə (Həmədan)
Ağdərə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 75 km cənubdadır.
Demmin
Demmin (alm. Demmin‎) - Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən şəhər. Əhalisi 11 min nəfərdir. == Coğrafiya == Demmin şəhəri Pin, Tuluz və Trabel çaylarının qovuşduğu yer olan Qərbi Pomeranya ovasında yerləşməkdədir. Kummeroş gölü və Ştetn körfəzindən kiçik gəmilərlə Pin çayından istifadə etməklə Demmin şəhərinə gəlmək mümkündür. Çayboyu ərazilərdə üzü şəhərə tərəf gələn kiçik velosiped çığırlarıda mövcuddur. Tuluz və Trabel çaylarınını qovuşduğu ərazi Axarsu torpaqları olaraq adlanır və turistlər tərəfindən tez-tez ziyarət edilən ərazilərdəndir. Şəhərin şimal hissəsində Drosdou və Volderforst meşələri yerləşir. Volderforst meşəsinin sahəsi 174 hektardır. 103 hektar ərazisi olan Kronvald Dövlət Qoruğuda şəhərin şimal hissəsində yerləşməkdədir.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır.
Çerdın
Çerdın — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir