Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petersen adası
Petersen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Nordenşeld arxipelaqının mərkızi hissəsində qərarlaşır. Öz növbəsində Paxtusov adaları qrupunun tərkib hissəsini təşkil edir. Şimalı istisna olaraq hər tərəfdən adalarla əhatələnmidir. Öz qrupunun şərqində qərarlaşır. Qərbdən Şpanberq adası, Dobrınya Nikitiç adası və Skudnıe adalar, cənub-qərbdən Novıy adası, Strijyov adası və Kotovski adası, cənub və cənub-şərqdən Zverolovnı adası, Qraniçı adası, Navarin adası və Yurt adası, şərqdən Oleq adası ilə latələnir. Şimalında yerləşən adalardan Lelin biğazı ilə ayrılır. Litke adasından isə Dobrınya Nikitiç boğazı ilə ayrılır.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Nərgiz Birk-Petersen
Nərgiz Birk-Petersen (dan. Narguiz Birk-Petersen; 1976, Bakı) — azərbaycanlı hüquqşünas və aparıcı. == Həyatı == Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) 1976-cı ildə Bakıda doğulub. 16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. 2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlər sırasında olan Bakının bu təbdirlə bağlı təşkilat komitəsinin üzvüdür. Anası Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədridir.
Nəstərən saebi
Nəstrən saebi (farsca:نسترن صائبی) (d. 19.02.1979) — iranlı yazıçı, tərcüməçi və jurnalist. == Həyatı == Tehranda anadan olmuşdur, fizika üzrə təhsil alıb və İranın əsas və onəmli qəzetlərində fəaliyyət göstərmişdir. == Tərcümələr == Qara Cümə elektron cuqqultu: CNet and The Verge. deşik Tur(Tor) ilə istifadəçilər ovçuluq etmək. Nanotexnologiya, Hindistanda yeni hakimiyyət səltənətində( فناوري نانو؛ عرصه جديد قدرت نمايي هند ) == Xarici keçidlər == Nümunə translation. Arxivləşdirilib 2014-06-26 at the Wayback Machine Nümunə translation(əətmad qəzetesi). Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine == İstinadlar == Etemad Newspaper, No. 1694, dated 3/20/87, page 12 (Technology) News Site,Wednesday, Persian date Khordad 17 1391(khabaronline) Department of Electrical and Computer Ghlm Journal,Persian date Dey 1380.
İman gətirən
İman Lüğət mənası(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənasıTermin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənasıİstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Qətərin dövlət quruluşu
Qətərin dövlət quruluşu - 2003-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Qətər Əmirliyi mütləqiyyət formalı idarəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 3 sentyabrda qeyd olunur. Qətər Əmirliyinin yeni Konstitusiyası 29 aprel 2003-cü il tarixində qəbul edilmişdir. == İnzibati ərazi bölgüsü == Qətər Əmirliyi inzibati cəhətdən 7 bələdiyyəyə (Ad-Doha, Ar-Rayyan, Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və Aş-Şamal) bölünür. == Dövlət başçısı == Hakim ailənin 3 minlik kişi üzvləri arasından seçilən Qətər Əmiri, mövcud Konstitusiyaya görə ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün, habelə vətəndaşların hüquqlarının ali təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə təmsil edən Əmir, icraedici və qanunvericilik hakimiyyətlərinin həyata keçirilməsində də müstəsna səlahiyyətlərə malikdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların təyinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konstitusiya ilə nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə Məhkəmənin istənilən qərarını ləğv edə bilər. == Qanunverici hakimiyyət == Dövlət başçısı tərəfindən təyin olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) Əmirin rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir == Fəaliyyəti == Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.
Ən çox gəlir gətirən filmlərin siyahısı
Ən çox gəlir gətirən filmlər — Dünya üzrə gəlir gətirməsi miqyasına görə filmlərin siyahısı. Filmlər film icarəsi, rəqəmsal satış və icarə, ticarət və televiziya yayımı və yayım hüquqları da daxil olmaqla bir çox mənbədən gəlir əldə edir. Buna baxmayaraq, filmin kommersiya uğurunun əsas göstəricisi, əsasən digər göstəricilərlə müqayisədə məlumatların mövcudluğu və tarixi təcrübə səbəbindən teatr kassası hesab olunur. Məqalədə kino tarixində ən çox gəlir gətirən filmlərin siyahısı (həm nominal dəyəri, həm də inflyasiya nəzərə alınmaqla), ilin kassa liderləri və ən çox gəlir gətirən filmlərin xronologiyası, ən çox gəlir gətirən film seriyalarının və film franşizalarının siyahısı təqdim olunur. Bütün cədvəllər, başqa bir mənbə göstərilmədiyi təqdirdə, Box Office Mojo veb saytına görə beynəlxalq icarə əsasında tərtib edilir. Ənənəvi olaraq, musiqili filmlər, Müharibə filmləri və tarixi dramlar ən populyar janrlar idi, lakin XXI əsrdə kassada film franşizaları üstünlük təşkil etməyə başladı. Hal-hazırda onların arasında lider mövqeləri super qəhrəman filmləri tutur. Marvel Cinematic Universe filmlərinin ümumi haqları 27 milyard dollardan çoxdur və "Avengers: Endgame" filmi, "Avengers" dastanının dördüncü hissəsi və seriyanın 22-ci filmi siyahıda ikinci yerdədir. Həm də görkəmli bir yer tutur " J. J.-nin sehrli dünyası. K. Roulinq", "Orta yer", "Tez və qəzəbli"və" Karib Dənizinin Quldurları".
Pərpərən
Pərpərən (lat. Portulaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinə aid bitki cinsi. Bitki qədimdən bu cür adlandırılmışdır, onun yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Bu cinsə təxminən 100-ə yaxın növ daxildir. Onlardan biri, bostan pərpərəni (P.oleracea) qidada istifadə olunan bostan bitkisidir. Dekorativ gülçülükdə isə iriçiçəkli pərpərən (P.grandiflora) istifadə olunur. Bu sərilən gövdəli və xırda yarpaqları olan bitkidir. Vətəni Braziliya və Argentinadır. 1827-ci ildən yaşıllaşdırmada istifadə olunur. Diametri 5 sm olan gülləri sadə,çoxləçəkli ya da azləçəklidir.Güllərin rəngi müxtəlifdir: qırmızı, çəhrayı, narıncı, sarı, ağ.
Pətənək
Pətənək — quşların mədə hissəsi. == Mətbəxdə == Pətənək Azərbaycan milli mətbəxində geniş istifadə olunur. Toyuq pətənəyindən qovurma da hazirlanir.Hazırlanma qaydasi:Toyuq pətənəyi isti suda dəfələrlə yuyulduqdan sonra,3-4 saat bişirilir.3-4 saat bişirildikdə yumşaqlaşmış pətənək kərə yağında qovrulur.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Həştərək (Salmas)
Həştərək (fars. هشتراك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 579 nəfər. yaşayır (115 ailə).
Veteran (1991)
== Məzmun == Film Azərbaycan futbolunun veteranı, Bakının "Neftçi" və Moskvanın "Dinamo" futbol komandalarının ən məhsuldar oyunçusu və SSRİ yığma komandasının üzvü olmuş, "Neftçi" futbol komandasının keçmiş baş məşqçisi Ələkbər Məmmədov haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
İlie Ketereu
İlie Ketereu (rum. Ilie V. Cătărău, doğulduğunda soyadı Katarov, 1888, Orhey[d], Bessarabiya quberniyası[d] – 1952, Transilvaniya) Bessarabiyada doğulan siyasi macəraçı, əsgər və casus idi. Həyatının bir hisssini Rumıniyada keçirmişdir. O, Rumıniya ilə Avstriya-Macarıstan arasındakı gərginliyin artmasına yönəlmiş iki terror hücumunun əsas günahkarlarından hesab edilir. Ketereu Katarov Rusiya imperiyasının və Rumıniyanın xüsusi xidmətləri üçün işləyən ikili agent idi. == Bioqrafiya == Ketereu Katarovun mənşəyi və erkən həyatı hələ müəyyən deyil. O, Rusiya İmperiyasının Bessarabiya əyalətində yerləşən Orxey — yaxud yaxınlıqdakı Markauti kəndindən idi. Qeydlər göstərir ki, onun doğulduğu il 1888, valideynləri isə Vasily Konstantinoviç və Aleksandr idi. Rumıniya qaynaqları isə Ketereunun Rumıniya cəmiyyətinin üzvü deyil, daha çox Bessarabiya Bolqarı olduğunu iddia edir. Ketereu və bir çox bacısı erkən yaşda yetim qaldı.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.
Veteran (film, 1991)
== Məzmun == Film Azərbaycan futbolunun veteranı, Bakının "Neftçi" və Moskvanın "Dinamo" futbol komandalarının ən məhsuldar oyunçusu və SSRİ yığma komandasının üzvü olmuş, "Neftçi" futbol komandasının keçmiş baş məşqçisi Ələkbər Məmmədov haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Veteran Neftçi (1971)
== Məzmun == Film respublikanın ən qocaman neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.
Ömər Əliyev (veteran)
Ömər Osman oğlu Əliyev (10 may 1900, Koraoba, Lənkəran qəzası – 8 iyun 2004, Tüləgüvan, Astara rayonu, Azərbaycan) — uzunömürlü, Böyük Vətən müharibəsi iştirakçısı, xeyriyyəçi.Doğum tarixinə dair 5 fərqli mənbə var. Mənbələrdəki ən gec tarix 1900-cü ilə təsadüf edir. Özünün dediklərinə görə Astara rayonunda 1918-ci il mart soyqırımlarının canlı şahidi olub. Böyük Vətən Müharibəsində iştirak edib. Müharibə zamanı əsir düşüb və əsirlikdən qaçıb. Döyüşlərdə göstərdiyi şücaətlərə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunub. Dunay çayı ətrafında gedən döyüşlərdəki qələbənin qazanılmasında xüsusi xidmətləri olub. Astara rayonunun ilk təsərrüfatçılarından olub və ilk sitrus meyvələrinin əkini zamanı ən yaxşı sort naringi gətirmək üçün mütəxəssis kimi Gürcüstana göndərilib. 1963-cü ildə yaşadığı kənddə ilk məktəb binasını inşa edib. Əmək Veteranı olub.
Veteran neftçi (film, 1971)
== Məzmun == Film respublikanın ən qocaman neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.
İriçiçək pərpərən
İriçiçək pərpərən (lat. Portulaca grandiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Heterogen
Heterogen — biosenozda irsi müxtəliflik. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Alazan-Həftəran vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi.Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu.
Hetera
Hetera (yun. ἑταίρα — rəfiqə) — Qədim Yunanıstanda sərbəst həyat tərzi sürən, və ya fahişə. İlk əvvəllər kənizlər arasından, sonra isə həm də azad qadınlardan olurdu Məşhur heteralar həm də yaxşı təhsilli idilər. Əvvəlcə bu termin Qədim Yunanıstana aid edilirdi, daha sonra isə digər mədəniyyətlərə də ümumiləşdirildi. == Qədim Yunanıstan heteraları == E. ə. VII əsrdə Yunanıstanda Yaponiyadakı geyşalara bənzər qadınlar mövcud idi, onlar təkcə seksual xidmət göstərməklə kifayətlənmirdilər, həm də onlarla intellektual söhbət aparmaq olurdu. Heteralar yaxşı təhsilli və ağıllı qadınlar idi, onlar öz dövrünün tanınmış xadimləri ilə yaxınlıq edirdilər. Heteralar fahişələrlə “pornayi” səhv salınmamalıdır. Onların sosial statusu yüksək idi. Heteralar kişiləri əyləndirir, həmdərd olur və onların biliklərini zənginləşdiridi.
Enn Heteuey
Enn Hetevey (ing. Anne Hathaway; 12 noyabr 1982[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa. == Həyatı == Enn Hetevey 12 noyabr 1982-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub. == Karyerası == En teleekranlarda ilk dəfə 1999-cu ildə Reallığı Gör adlı serialda görünmüşdü. Disneyin istehsalı olan Şəhzadənin gündəliyi filmində və onun növbəti seriasında oynadığı Mia Sermopolis rolu ona böyük şöhrət qazandırdı. O vaxtdan sonra Havoc və Qozbel Dağ kimi dram filmlərdə oynamağa başladı. Eyni zamanda o, Şeytan Prada Geyinir və Eşq Kitabı filmlərində baş rolu oynadı. 2004-cü ildə ekranlara çıxan Tilsimlənmiş Ella filmidə ona uğur gətirənlərdən oldu. 2011-ci ildə Rio adlı cizgi filmində obrazı səsləndirən En, daha sonra Bir Gün filmində baş rolu ifa etdi. 2008-ci ildə Reyçl ərə gedir filmindəki performansına görə bir neçə mükafat alan En, Ən yaxşı aktrisa mükafatınada namızəd görüldü.
Henri Heteuey
Henri Heteuey (ing. Henry Hathaway; 13 mart 1898[…], Sakramento – 11 fevral 1985[…], Hollivud, Kaliforniya) — Amerika rejissoru və prodüseri. == Bioqrafiya == 1925-ci ildə məşhur səssiz filmlərin rejissorlarına (Viktor Fleminq, Josef von Sternberq, Fred Niblo) köməkçisi kimi işin başladı.
Heterogen sistem
Heterogen — yunan sözü olan "heteros"dan götürülüb, "müxtəlif" mənasını verir. Sistem müxtəlif fiziki və ya kimyəvi xassələrə malik olan və bir-birindən səth bölgüsü ilə ayrılan hissəciklərdən təşkil olunduqda "heterogen" sistem adlanır. == Nümunələr == Heterogen sistemə misal su və buz qarışığı, duzun qarışığı və onunla təmasda olan doymuş məhlul, maye və onun üzərindəki buxar və s. == Sistemin növləri == Komponentlərin sayına görə sistemlər: Birkomponentli İkikomponentli Üçkomponentliolurlar. == Fiziki-kimyəvi analiz == Sistem əsasən fiziki-kimyəvi analiz metodları ilə tədqiq olunur. Bu metodlar termik, mikroquruluş, rentgenoqrafik və s.-dir. Fiziki-kimyəvi analiz kimyanın bir sıra sahəsi olmaqla, müvazinətdə olan sistemdə gedən çevrilmələri fiziki və həndəsi metodların birgə tətbiqi vasitəsi ilə öyrənir. Başqa sözlə, fiziki-kimyəvi analiz sistemdə təzyiq, temperatur, həcm və komponentlərin miqdarının dəyişməsi ilə əlaqədar olaraq, fiziki-kimyəvi xassələrinin dəyişmə xarakterini həndəsəni tətbiq etməklə müəyyənləşdirir. Buradan alınan rəqəmlərə əsasən verilmiş müəyyən sistem üçün hal dioqramı qurulur ki, bu vaxt absis oxu üzərində tərkib, ordinat oxu üzərində isə onların xassələrini xarakterizə edən rəqəmlər verilir. "Tərkib-xassə" diaqramı sistemin komponentlərinin qarşılıqlı kimyəvi təsirinin xarakterini və bunun komponentlərin miqdarı nisbətlərindən asılılığını, ayrı-ayrı ərintilərin tərkibini və s.
Həkərə fiziki- coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir.Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Həkərə fiziki-coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir.Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Qanıx-Həftəran vadisi - vaxtilə başdan-başa meşə ilə örtülü olmuşdur. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, canavar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan - yenot Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qanıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal anları, bir çox gecə və gündüz kəpənək növləri geniş yayılmışdır.