Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etik hakerlik
Qapanat hakimliyi
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. == Səfəvilər dövründə == Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. == Rus imperyası dövrü == 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Sakitlik (roman)
Sakitçilik (tur. Huzur) — Əhməd Hamdi Tanpınar tərəfindən 1949-cu ildə yazılmış sevgi mövzusunda roman. 22 Fevral 1948 — 2 İyun 1948 tarixləri arasında Respublika Qəzeti tərəfindən bölümmüş bu kitab, 1949-cu ildə kitab olaraq tək halında çap edilmişdir. 1949-cu ildən 2004-cü ilə qədər on üç dəfə çap edilən "Sakitçilik" romanı, ən son Dergah Nəşriyyat Evi tərəfindən nəşr olunmuşdur. Türk modernisminin qabaqcıllarındandır. Dr. Tanpınar, Tarık Temele yönəltdiyi 391 səhifəlik romanını, 1939-cu ildə İstanbulda Mümtaz xarakteri çərçivəsində qurur. Romanda sevgilisi Nurana qovuşma — qovuşa bilməmə qorxusu ilə yaşayan, İkinci Dünya Müharibəsinin hər an başlayacaq olması qorxusuyla tətikdə gözləyən, Respublika sonrası mədəniyyəti qəbul ikiləmələri ilə yaşayan, problemli bir qurşağın nümayəndəsi olan Mümtaz; Varlıq problemini həll etmək istəyən bir İstanbul əsilli oğlandır. Bir uşaqlı dul Nuran, Mümtazı sevən amma cəmiyyət təzyiqi və dedi-qodulardan bulanmış, Yeni respublikanın həyatına bir də müsbət qatqısı olmadığı aşikar etmiş, nəticədə cəmiyyətə qarşı uduzan və sevgisini yox edib, Mümtaz ilə evlənməkdən imtina edən — kitabın ana qadın qəhrəmanıdır.
Şəki hakimliyi
Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər, hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı. == Mədəni mühit == XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli Orlat və Seyid Əhməd Orlat). == Hökmdarlar == === Orlat sülaləsindən olanlar === Seyid Əli Orlat, təxminən 1393–1399 Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424 === Sülaləsi dəqiq məlum olmayanlar === Əli inaq, ən geci 1435 — ən azı 1435 Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469 Şahhüseyn , ən geci 1497–1497 === Qara keşiş nəslindən olanlar === Əlican xan/Candar Qara keşiş oğlu, 1444/45–1456/57 Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468 Zəki/Şəki xan(Qutul xanın oğlu), 1468–1488 Həsən sultan, ən geci 1519 — may, 1524 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551 == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджан и Армении в XVI — начале XIX вв., стр. 35; 72, Ленинград, 1949. Şəki xanlığının tarixindən, Bakı, 1993. Togan, Zeki Velidi.
Ərdəbil hakimliyi
Azərbaycan Səfəvilər dövlətinin yetişməsi XIV əsrin əvvəllərinə gedib çıxır. Tarixi mənbələrə görə, səfəvilər Azərbaycanın Ərdəbil şəhərində yaşamış müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl Ərdəbilinin (1252–1334) adı ilə bağlı idi. Bütün Ərdəbil əhli şeyxin müridləri hesab olunur və onun göstərişlərinə əməl edirdilər. XIV əsrii ikinci yarısı- XV əsrdə Ərdəbil təriqətinin təkcə Azərbaycanda deyil, Rumda (Kiçik Asiya), Farsda, İraqda, Gilanda, Talışda çoxlu müridləri və ardıcılları vardı. Sufi-dərviş şeyxlərinin xalqa təsiri sultanları və feodal hakimləri də bu təriqətə meyil etməyə, hətta müridlər sırasına daxil olmağa məcbur edirdi. Beləliklə, XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti xeyli artdı. Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər; onların çoxlu vəqf torpaqları və başqa sərvətləri vardı. XIV–XV əsrlərdə Səfəvilər ağır həyat keçirən xalqın ədalətli hökmdar haqqında baş tutmayan arzusunu təcəssüm etdirən şiəliyi Azərbaycanda, İranda, Kiçik Asiyada və Şərqin başqa yerlərində sürətlə yaydılar və ideoloji təbliğat vasitəsinə çevirdilər. Səfəvi şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan sünni hökmdarların ağalığına son qoymaq lazımdır. Səfəvilər Azərbaycanda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIV–XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilikdə görür və sübut etməyə çalışırdılar ki, sünniliyin hakim mövqe tutduğu dövlətlər guya qeyri-qanuni dövlətlərdir, onlar xalqı ağır həyata sürükləyirlər.
Cavad Həkimli
Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 1918 – 27 fevral 2006, Bakı) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. == Həyatı == Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub. 1941–42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb. Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
Cinsi kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Kimlik (jurnal)
== Haqqında == Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxəRedaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar.Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır. Amma bütün bunlar kifayət etmir.
Milli kimlik
== Milli kimlik (identiklik) nədir == Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir.
Seksual kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. == Karyerası == === Real Madrid === Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. === Borussiya Dortmund === 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. === İnter === 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Hakimin köməkçiləri (futbol)
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rafiq Quliyev (icra hakimi)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Tahir Süleymanov (futbol hakimi)
Tahir Süleymanov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur.
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. == Bioqrafiya == 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
ABŞ-ın baş hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi — İsrail Ali Məhkəməsinin hakimlərindən biridir, orqanın rəhbəri kimi fəaliyyət göstərir və nəticədə İsraildə məhkəmə sisteminə əhəmiyyətli təsir göstərir. Məhkəmənin hazırkı sədri 26 oktyabr 2017-ci ildə and içmiş Ester Hayutdur .
Hacıməlik
Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır.
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Hacıməlik bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tural Haşımlı
Tural Əbdül oğlu Haşımlı (27 dekabr 1988, Dırnıs, Ordubad rayonu – 25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunda anadan olub. Tural Haşımlı şəhid olmadan 7 ay əvvəl ailə həyatı qurdu, bir müddət sonra övladı dünyaya gəlməli idi. == Hərbi xidməti == Baş leytenant Tural Haşımlı 2017-ci ildə, Fevral döyüşləri zaman şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Haşımlı uğrunda şəhid olduğu torpağa tapşırıldı. Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.