Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
Amarant
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Tamarau
Tamarau (lat. Bubalus mindorensis) — Boşbuynuzlular fəsiləsinin Asiya camışları cinsinə aid növ.
Hamaria
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Camaat
Camaat Dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; Kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar; İbadət etmək üçün bir araya gələn müsəlman birlikləri.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Lantana camara f. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lantana camara var. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
Paraphytoseius camarae
Paraphytoseius camarae (lat. Paraphytoseius camarae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Faten Hamama
Faten Hamama (ərəb. فاتن حمامة‎), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة‎), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru == Həyatı == Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur. Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib. 1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb. Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb. Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir. Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Kader Kamara
Kader Kamara (18 mart 1982, Konakri) — Qvineya futbolçusu. == Həyatı == Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Vasko de Konakri , Atletiko K. Qvineya, Vitess, Zuyd-Vest, Serkle Brügge, Beringen, Dessel Sport. 2007-ci ildən Qəbələdə çıxış edir. Qvineya milli futbol komandasının daimi üzvlərindən biri olub. == Uğurları == Belçika çempionatının ikinci divizionunun qalibi (2003 — Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Lamara Çkoniya
Lamara Çkoniya (gürc. ლამარა გრიგოლის ასული ჭყონია; 27 dekabr 1930, Batum – 14 mart 2024, Tbilisi) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976). == Boqrafiya == Lamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur. 1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qoqiçadzenin sinfində dərs alır. 1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir. Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.
Lantana camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.