Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bancar
Bancar Qərbi Yava və Mərkəzi Yavanın arasında yerləşən kiçik bir müstəqil (hər hansı inzibati əraziyə tabe olmayan) Qərbi Yavaya aid şəhərdir. Bu şəhər həmçinin Bancar Patromanor və ya Pataruman də kimi tanınır. == Coğrafiyası == Bancar şəhəri müxtəlif landşaftlara malikdir. Şəhərin şimal, cənub və qərb hissələrində dağlıq ərazilər var. Şəhər mərkəzi Citanduy tərəfdən bölünür. Kənd təsərrüfatının bir hissəsi, xüsusilə də ətraf ərazilərdə də var. Bancar ərazisindəki əkinçilik zonası düyü sahələrindən, Perhutaninin (iş sahəsindəki planlaşdırma, idarəetmə, biznes və meşə mühafizəsini yerinə yetirmək vəzifəsi və səlahiyyətinə malik olan İndoneziyaya məxsus olan Neqaradi Biznes İnstitutu) idarə etdiyi gəmiqayırma və mebel istehsalı üçün istifadə edilən ağaclar və adi tropik yağışlı meşələrdən ibarətdir. 2006-cı ildə Purvaharca qəsəbəsində yeni bir bələdiyyə binası və Polis qərargahının inşası üçün bir sıra təpələrin ləğv olunması və meşə ağaclarının kəsilməsi lazım oldu. == Tarix == 612-ci ildə Yuqaninq Raca Kavasa kitabına görə "Kendan Krallığı"ndan Prabu Kandiavan oğlu Prabu Vreti-kandayun "Qaluh dövləti"ni qurdu. Şəhər mərkəzi Cimuntur çayı və Citanduy çayı tərəfindən möhkəmləndirilmiş Karanqkamulyan ərazisində yerləşir.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Hakaru Haşimoto
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası; † 1934) – yapon patoloqanatomu və cərrahı, ilk dəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal-hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. O, 53 yaşında qarın yatalağından vəfat etmişdir. == Təhsili və elmi fəaliyyəti == Haşimoto 1903–1907-ci illərdə Fukuokada Kyuşu Universitetində təhsil almış və oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1908–1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912-ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası. Haşimoto dissertasiyasını Berlində "Archiv für klinische Chirurgie" ("Klinik Cərrahiyyə Arxivi") jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı.
Semih Sancar
Səmih Sancar (7 mart 1911 – 8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi. 1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir. 1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi.
Səmih Sancar
Səmih Sancar (7 mart 1911 – 8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi. 1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir. 1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi.
Əziz Sancar
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Bancar dili
Bancar dili (بهاس بنجر, Bahasa Banjar) - İndoneziya, Malayziya və Kalimantanda Bancar xalqının danışmış olduğu avstroneziya dillərindən biridir. İndoneziya dilinə oxşayır. Bu dil dünyada təxminən 3,5 - 4 milyon insanın ana dilidir və İndoneziyanın Kalimantan regionunda linqva franka kimi işləyir. Bancar dilində yazmaq üçün ərəb əlifbası əsasında hazırlanmış olan cavi əlifbasından və yaxud da latın əlifbasından istifadə edilir.
Haçasu
Haçasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Toponim «haçalanmağın başlandığı yer> mənasında işlənən haça sözü ilə türk dilində çay mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.
Sançaro (Suxumi)
Sançaro (gürc. სანჩარო) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1020 m hündürlüktə, Suxumidən 98 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 9, თბ., 1985. — გვ. 91.
Haçasu (Sayınqala)
Haçasu (fars. هاچاسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.522 nəfər yaşayır (399 ailə).
Nejdət Sançar
Nejdət Sançar (d. 1910, 1 may, İstanbul - ö. 1975, 22 fevral, İstanbul) — məşhur Türkçü və Turançı, Hüseyn Nihal Atsızın kiçik qardaşı, maarifçi və yazardır. Hüseyn Nihal Atsızla soyadının fərqli olmasının səbəbi isə soyad qanununun qüvvəyə mindiyi zaman bir-birləri ilə əlaqələrinin olmamasıdır. Nejdət Sançar İstanbul Universiteti Ədəbiyyat fakultəsi məzunudur. Əsgərlikdən sonra Sivas Müəllim okuluna ədəbiyyat müəllimi olaraq təyin edilmiş, yalnız o dövrün Milli Eğitim Bakanı Hasan Ali Yüceli qarşılama törəninə qatılmadığı əsas götürülərək bu vəzifədən alınmış və Balikesir Lisesinə göndərilmişdir. Balikesir Lisəsində işinə davam edərkən Türkçülük-Turançılıq adı altında 1944-cü ilin may ayında başlayan və Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Ankara Konservatoriyasının direktoru Orhan Şaik Gökyay, Hikmet Tanyu, Türk tarixi Professoru Zeki Validi Toqan, Reha Oğuz Türkkan gibi Türkçülərin də olduğu dava da tutulmuş və Sıkıyönətim Məhkəməsində olan məhkəmələr sonrası 14 ay həbsə məhkum edilmişdir.Əsgəri Məhkəmə Türkçülər haqqındakı qərarı ləğv etmiş, yəni Nejdət Sançar o zamanlar ‘Tabutluq’ deyilən hücrədə 14 ay boşuna yatmışdı. Nejdət Sançar 1960-ci ildə oğlu Afşını 16 yaşında itirdikdən sonra ifliç oldu. Afşın üçün 1962-ci ildə Yeni İstanbul qəzetində "Türk Gənçliyi Necə Olmalıdır?" başlıqlı mükafatlı yarışma təşkil olunur. Bu daha sonrakı iki ili də davam edir.
İvan Honçar Muzeyi
"İvan Honçar" Muzeyi (ukr. Музей Івана Гончара) və ya Milli Xalq Mədəniyyəti Mərkəzi (ukr. Національний центр народної культури) — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və Ukrayna mədəniyyətinə həsr olunmuş muzey. Mərkəz etnologik tədqiqatlar, sahə ekspedisiyaları, elmi konfranslar, mədəni və bədii tədbirlər təşkil edir. Muzey Ukraynanın bütövlüyünün və identikliyinin qorunub saxlanılması, ölkədə milli şüurun canlanması, Ukrayna xalq incəsənətinin ən yaxşı nümunələrinin qorunub saxlanılması və İvan Makaroviç Honçarın xatirəsini əbədiləşdirilməsi niyyəti ilə 1993-cü ilin sentyabr ayında açılıb. Muzey 1993-cü ildə Ukrayna heykəltəraşı və rəssamı İvan Honçarın şəxsi kolleksiyasının əsasında qurulub. İvan Honçar kolleksiyasını yığmağa 1950-ci illərin axırlarında başlamışdır. Ukraynada etdiyi səyahətlərdən Ukraynanın xalq incəsənət nümunələrini yığmışdır. O dövrün dövlət muzeyləri SSRİ dövrünün nailiyyətlərini qeyd etməsinə baxmayaraq, İvan Honçar yaradıcılığın ideoloji nüanslarına diqqət yetirmirdi. Onun maraqları Ukraynanın ənənəvi xalq incəsənitinin ictimaiyyətə nümayiş etdirilməsi idi.