Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Herald adası
Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir. == İqlim == İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir. Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Albaniyalı Heraldin
Qrafinya Heraldin Marqit Virciniya Olqa Mariya Apponi de Nad-Apponi (mac. Géraldine Margit Virginia Olga Mária Apponyi de Nagy-Appony; 6 avqust 1915, Budapeşt – 22 oktyabr 2002, Tirana) — 27 aprel 1938-ci ildə Kral I Zoğu ilə evliliyindən növbəti ilin aprelin 7-də Kral taxtdan salınana qədər albanların kraliçası. Heraldin Avstriya-Macarıstanda zadəgan Apponi ailəsində anadan olub. Onun ailəsi 1918-ci ildə Avstriya-Macarıstan monarxiyası ləğv edildikdən sonra İsveçrəyə qaçıb. 1921-ci ildə Macarıstana qayıtdılar, lakin 1924-cü ildə atası Dyula vəfat etdikdən sonra onun Amerika əsilli anası Qledis Heraldini və iki bacısını Fransanın cənubunda yaşamağa apardı. Daha sonra Heraldin Avstriyada internat məktəbində təhsil aldı. O, 1938-ci ildə alban kralı I Zoğu ilə tanış oldu və qısa müddət sonra evləndilər. İtaliyanın Albaniyaya hücumu Zoğunun hakimiyyətini kəsdi. İkinci Dünya Müharibəsi zamanı Kral Zoğu və Kraliça Heraldin əvvəlcə Fransada, sonra isə İngiltərədə yaşayıblar. Sonralar yenidən Fransada və Misirə yaşamaq üçün getdilər.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. == Günəş təsviri olan bayraqlar == == Mənbə == James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Heraldika
Heraldika — ən qədim dövrdən mövcud olmuş gerb, möhür, emblem və nişanları öyrənən köməkçi tarix elmi, gerbşünaslıq. == Tarixi == Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemlərdə deyil, qravür və miniatürlərdədə əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr.
Cerald Ford
Cerald Rudolf Ford (ing. Gerald Rudolph Ford, doğum adı Lesli Linç Kinq, ing. Leslie Lynch King; 14 iyul 1913, Omaha, Nebraska, ABŞ — 26 dekabr 2006, Ranço-Mireyc, Kaliforniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 38-ci prezidenti (1974–1977) və 40-cı vitse-prezidenti (6 dekabr 1973–9 avqust 1974). == Həyatı == Cerald Ford 1913-cü il iyulun 14-də ABŞ-nin Nebraska şəhərində anadan olub. 1974–1977-ci illərdə ABŞ-nin 38-ci prezidenti olub. C. Ford təxminən 25 il Miçiqandan Nümayəndələr Palatasında deputat seçilib. 1973-cü ildə Spiro Aqnyunun istefasından sonra prezident Riçard Nikson tərəfindən vitse-prezident təyin edilib. Cəmi bir il sonra isə Uoterqeyt qalmaqalına görə prezident R. Niksonun istefasından sonra ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayır. Bununla da o, xalq tərəfindən seçilməyən ilk prezident və vitse-prezident kimi ABŞ tarixinə düşüb. C. Ford 29 il eks-prezident statusunda qalsa da xələfi Quverin rekordunu qıra bilmədi.
Harald Kristensen
Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu. == Həyatı == 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Harald Tammer
Harald Tammer (9 yanvar 1899, Revel – 6 iyun 1942, Unjlaq[d], Nijeqorod vilayəti) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger‎, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992). == Həyatı == Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.
Hevald reaksiyası
Hevald reaksiyası — sərbəst kükürd iştirakı ilə gedən, aldehid və ya ketonun kondensləşməsi (burada R2=H) ilə nəticələnən əvəzolunmuş 2-aminotiofen alınan üzvi reaksiyadır.(aminotiofenlərin alınma reaksiyası) == Tarixi == Reaksiya 1930 ildən Karl Hevaldın adını daşıyır. Reaksiya mexanizmi kəşf olunduqdan 30 il sonra tədqiq edilmişdir. İlkin mərhələ aralıq məhsul (3) əmələ gətirən keton (1) və α-sianoefir (2) arasındakı Knyoevenagel kondensasiyasıdır. Sərbəst kükürdün əlavə edilməsi mexanizmi məlum deyil. Tsiklləşmə və tautomerləşmə lazım olan məhsulu verir: Mikrodalğalı şüalanma reaksiya gedişinə və vaxtına təsir edir. == Variantlar == Hevald reaksiyasının variantlarından birində 3-asetil-2-aminotiyofen dityandan (kükürd və asetonun əlavə olunması, R = CH 3 və ya asetaldehid, R = H olarsa) və sabit olmayan sianasetonun natrium duzundan başlayaraq sintez olunur. Aminotiyofenlərin çoxkomponentli sintezi (Gewald reaksiyası) Gewald tərəfindən əvəzlənmiş 2-aminotiyofenlərin sintezi üçün çoxkomponentli metod elementar kükürd, α-metil (metilen) karbonilin qarşılıqlı təsirindən ibarətdir. == Mənbə == Коваленко, С. Н. Использование реакции Гевальда для синтеза 5-амино-3-метил-N-2-арилтиофен-2,4-дикарбоксамидов и N2-(арил)-5-амино-4-циано-3-метил-2-тиофенкарбоксамидов / С. Н. Коваленко, С. В. Власов, В. П. Черных // Журнал органічної та фармацевтичної хімії. — 2006. — Т. 4, вип.
V Harald
V Harald (norv. Harold V; 21 fevral 1937[…]) — Qlüksburqlar sülaləsindən Norveç kralı(17 yanvar 1991-ci ildən). V Harald 1937-ci ildə şahzadə Olaf və Marta Daqmarın üçüncü övladı kimi dünyaya gəlmişdir. O cütlüyün ilk oğlan övladı idi. 3 yaşında almanların Norveçi işğal etməsi ilə bağlı olaraq ailəsi ilə birgə Vaşinqtona köçməli olurlar. Müharibə bitdikdən sonra kral ailəsi yenidən Norveçə qayıdır. Harald əvvəlcə Oslo Universitetindən, daha sonra hərbi akademiyada təhsil alır. 1960-cı ildə Oksford Universitetinə daxil olur. 1968-ci ildə Sonya Haraldsenlə evlənir. Bu izdivacdan şahzadə Hokon və şahzadə Marta Luiza doğulur.
Cerald Latberi
Ser Cerald Vilyam Latberi (ing. Sir Gerald William Lathbury; 14 iyul 1906 – 16 may 1978) — Britaniya dövlət xadimi və hərbi lider, Cəbəllüttariq qubernatoru (1965–1969). O, İkinci Dünya müharibəsi illərində döyüşmüş, Britaniya Ordusunun hava-desant qüvvələrində fərqlənərək Siciliya, İtaliya və Hollandiyada 1-ci Paraşüt Briqadasına komandirlik etmişdir. == Həyatı == Ser Cerald Vilyam Latberi 14 iyul 1906-cı ildə Britaniya Hindistanının Murri şəhərində hərbçi, polkovnik Oskar Latberinin ailəsində anadan olmuşdur. O, Vellinqton Kollecini və Sandherst Kral Hərbi Kollecini bitirmişdir. Latberi 1926-cı ildə Oksfordşir və Bukingemşir Yüngül Piyada Ordusuna daxil olmuşdur. O, 1928–1932-ci illərdə Kral Qərbi Afrika Sərhəd Qüvvələrində (Kot-d'İvuar), 1937–1938-ci illərdə Kemberlidə Britaniya Ordusu Qərargah Kollecində yenidən hazırlıq keçmişdir. Latberi 4 fevral 1929-cu ildə leytenant rütbəsinə yüksəlmişdir, O, 21 mart 1938-ci ildə kapitan olmuşdur. Latberi 8 yanvar 1939-cu ilin yanvarında 8-ci piyada briqadası ilə briqada mayoru olmuşdur.
Harald tsur Hauzen
Harald tsur Hauzen (11 mart 1936[…], Helzenkirxen, Üçüncü Reyx – 29 may 2023, Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır.
Harald von Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
I Harald Gözəlsaç
I Harald Gözəlsaç və ya I Harald Horfaqer (q.skan. Haraldr hárfagri, norv. Harald I Hårfagre; 850- təx. 933) - Norveçin birinci kralı. Gözəlsaçlılar və ya Horfaqerlər sülaləsinin banisi. == Bioqrafiyası == I Harald Vefstfoldun İnlinqlər sülaləsindən olan konunqu Qara Halvdanın və Hrinqarik konunqu Siqurdun qızı Raqinhildin yeganə övladı idi. Təxminən 860-cı ildə Qara Halvdan vəfat edir. Bu zaman Haraldın 10 yaşı var idi. 866-cı ildə Harald bütün Norveçi öz hakimiyyəti altında birləşdirməyə başladı. Altı il davam edən yürüşlərdən sonra 872-ci ildə baş verən Hafsfyord döyüşündə əldə edilən qələbədən sonra Harald buna nail oldu.
Şahzadə Harald sahili
Şahzadə Harald sahili (ing. Prince Harald Coast, norv. Prins Harald Kyst) — Şərqi Antarktidanın Kraliça Mod Torpağında, 34° və 40° şərq uzunluğunda yerləşir. Sahilində Lyursov-Holm körfəzi yerləşir. Sahillərini Kosmonavtlar dənizi yuyur. Sahildə buzlaqlar dənizə daxil olsa da, irəliyə getmir və buzlaq sıldırımları əmələ gətirir. Təbii suxurkarın səthə çıxması nadir hallarda müşahidə edilir. Buzlaq şəbəkəzi materikin daxilinə doğro 50–60 km məsafədə, 1000 metr qalınlıqda uzanır. Sahil ilk dəfə 1937-ci ilin fevralında Norveç ekspedisiyasının rəhbəri Lars Jristensen tərəfindən kəşf edilmişdir. O zamanlar Norveçin şahzadəsi, hazırda isə kralı olan V Haraldın şərəfinə adlandırılmışdır.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Herakl
Herakl (yun. 'Ἡρακλῆς, lat. Herculēs), Alkaius və ya Alkid qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məhşuru "Heraklın on iki qoçaqlığı" hekayəsidir. == Heraklın 12 qəhrəmanlığı == Heraklın Nemey şirini öldürməsi. Əfsanəyə görə, şirin pəncəsi yalnız öz pəncəsi ilə kəsilə bilərdi; Heraklın Hidranı öldürməsi; Heraklın Eriman qabanına qalib gəlməsi; Heraklın Kireney maralını tutması. Bu maralın mis ayağları var. Herakl bu maralı tutmaq üçün tam 1 il durmadan qaçmışdır; Heraklın Stimfal quşlarını ovlaması; Heraklın Avginin tövləsini təmizləməsi; Heraklın Krit öküzünü gətirməsi; Heraklın Frakiyaya səfəri; Herakl Amazonkalar ölkəsində; Herionun öküzləri və nəhəng Kakos; Heraklın Atlantla görüşü; Aidin ölülər dünyasını qoruyan itini yer üzünə çıxartmaq.
Horand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Hurand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Hecale
Wahlenbergia (lat. Wahlenbergia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Gürumdərə (Hurand)
Gürumdərə (fars. گورم درق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.