HƏVALƏ

is. [ ər. ]
1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma.
□ Həvalə edilmək (olunmaq) – üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq.
[Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli.
Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq.

Həvalə etmək – üzərinə, öhdəsinə buraxmaq, qoymaq, tapşırmaq.
[Qüdrət:] Sərdar bu vəzifəni [Cavad ağaya] həvalə edib. M.S.Ordubadi.
Böyük qardaşının [Nəsirə] həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək ancaq onların öhdəsindən gələ bilərdi. S.Hüseyn.

2. mal. Bir ödənişin başqa şəxsin adına keçirilməsi.

Синонимы

  • HƏVALƏ tapşırılma

Этимология

  • HƏVALƏ Ərəbcə təhvil sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏTTA
HƏVALİ

Значение слова в других словарях