Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipotez
Hipotez ( q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia. Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur. Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməli və fakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər. Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.
Erməni hipotezi
Erməni hipotezi — proto-hind-avropa xalqının birinci vətəninin "Şərqi Anadolu, Şimali Mesopotamiya və Qafqazın cənub hissələri" olduğunu və proto-Hind-Avropa dilinin (PHA) təxminən eramızdan əvvəl V-IV minillikdə bu regionlarda danışıldığını göstərən bir hipotez. Bu hipotez 1985-ci ildə gürcü Tamaz Qamkrelidze və rus filoloqu Vyaçeslav İvanov tərəfindən irəli sürülmüşdür. Termindəki "erməni" adı bir toponimə, yəni Ermənistan yaylasına aiddir.Kurqan fərziyyəsi proto-hind-avropalıların mənşəyini və vətənlərini izah etmək üçün ümumi qəbul edilmiş fərziyyə olsa da, yeni DNT tədqiqatları bu xalqların mənşəyini Qafqaz regionuna bağlayan fərziyyələrə marağı artırmışdır. Fərziyyəyə görə, proto-Anadolu dilləri eramızdan əvvəl 4000-ci ildə PHA-nı tərk edərək Anadoluya köç etmiş və sonrakı mərhələlərdə yunan-erməni-hind-iranlılar, kelt-italik-toharlar və balt-slav-germanlar adlı üç fərqli Hind-Avropa dillərinin Avrasiyada yayılmasına şərait yaratmışdırlar.
Sıfır hipotezi
Sıfır hipotezi- statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Nebulyar hipotez
Nebulyar hipotez (lat. nebula – dumanlıq) — kosmoqonik hipotez. Bu hipotezə görə Günəş sistemi və ya ümumiyyətlə səma cisimləri seyrək dumanlıqdan əmələ gəlmişdir. Bu termin planetlərin közərmiş qaz dumanlığından əmələ gəlməsini fərz edən Laplas hipotezi, müəyyən qədər planetlərin toz dumanlığından əmələ gəldiyini ehtimal edən Kant hipotezi ilə əlaqədar olaraq yaranmışdır. Bu hipotez 1734-cü ildə Emmanuil Svedenborq tərəfindən irəli sürülmüşdür. 1755-ci ildə Svedenborqun işi ilə yaxından tanış olan İmmanuil Kant bu hipotezi inkişaf etdirdi. O, hesab edirdi ki, dumanlıq yavaş-yavaş fırlanaraq sıxılır və cazibə qüvvəsi sayəsində yastılaşır. Zaman keçdikcə isə ondan planetlər və ulduzlar yaranır. Bənzər model 1796-cı ildə Pyer-Simon Laplas tərəfindən təklif olunmuşdur. Əvvəlcə hipotez yalnız Günəş sisteminə aid edilsə də, nəticədə bütün kainata şamil edilməyə başlandı.
Ad hoc hipotezi
Ad hoc hipotezi (ad hok kimi tələffüz olunur; lat. ad hoc — "məqsədəmüvafiq") — elm və fəlsəfədə nəzəriyyəni yanlışlanmadan xilas etmək üçün ona əlavə edilən hipotez. Çox vaxt ad hoc hipotez nəzəriyyədə gözlənilməyən anomaliyaları dəyişdirilməmiş formada kompensasiya etmək üçün istifadə olunur. == Elmi ictimaiyyətdə == Elm adamları tez-tez onları dəstəkləmək üçün tez-tez, dəstəklənməyən düzəlişlərə arxalanan nəzəriyyələrə şübhə ilə yanaşırlar. Bunun səbəbi, əgər nəzəriyyəçi bunu seçirsə, onların əlavə edə biləcəyi ad hoc fərziyyələrin sayında heç bir məhdudiyyət yoxdur. Beləliklə, nəzəriyyə getdikcə mürəkkəbləşir, lakin heç vaxt saxtalaşdırılmır. Bununla belə, bu, çox vaxt nəzəriyyənin proqnozlaşdırıcı gücünə baha başa gəlir. Ad hoc fərziyyələr çox vaxt psevdoelmi subyektlər üçün xarakterikdir.Ad hoc fərziyyə mütləq yanlış deyildir; bəzi hallarda nəzəriyyəyə cüzi dəyişiklik etmək ehtiyacı yaranır. Məsələn, Albert Eynşteynin statik bir kainata icazə vermək üçün ümumi nisbilik nəzəriyyəsinə kosmoloji sabiti əlavə etməsi ad hoc idi. O, sonradan bunu özünün "ən böyük səhvi" adlandırsa da, bu, qaranlıq enerji nəzəriyyələrinə uyğun ola bilər.
Səmərəli bazar hipotezi
Səmərəli bazar hipotezi (ing. efficient market hypothesis, EMH) — bütün əhəmiyyətli məlumatların qiymətli kağızların bazar qiymətində dərhal və tam əks olunduğu fərziyyə. Effektiv bazar fərziyyəsinin zəif, orta və güclü formaları var. Bu fərziyyə amerikalı iqtisadçı Yucin Fama tərəfindən tərtib edilmişdir. Səmərəli bazar fərziyyəsi aşağıdakı kimi formalaşdırıla bilər: bazar hər hansı bir məlumatla bağlı o zaman səmərəli olur ki, o, aktivin qiymətində dərhal və tam əks olunsun. == Bazar səmərəliliyinin üç forması == Bazar səmərəliliyinin üç formasını ayırmaq adətdir: səmərəliliyin zəif forması, əgər bazar aktivinin dəyəri bu aktivlə bağlı keçmiş məlumatları tam əks etdirirsə (hazırda bazarın keçmiş vəziyyəti, ilk növbədə valyuta məzənnəsinin dinamikası və ticarətin həcmi haqqında ictimai məlumat, maliyyə aktivi); səmərəliliyin orta forması, əgər bazar aktivinin dəyəri təkcə keçmişdə deyil, həm də ictimai məlumatları (hazırda ictimailəşən, cari mətbuatda verilən cari məlumatlar, şirkətlərin hesabatları, dövlət rəsmilərinin çıxışları, analitik proqnozlar) tam əks etdirirsə. və s.); səmərəliliyin güclü forması, əgər bazar aktivinin dəyəri bütün məlumatları - keçmiş, ictimai və daxili məlumatları (rəsmi mövqeyə və ya digər hallara görə dar bir dairəyə məlum olan insayder məlumatları) tam əks etdirirsə. === Bazar köpüyü === Maliyyə bazarlarının real davranışı ilə səmərəli bazar fərziyyəsi arasında empirik uyğunsuzluq. Effektiv bazar nəzəriyyəsi bazar baloncuklarının mövcudluğunu inkar edir. Yəni, fərziyyəyə görə, bazarda bütün qiymətlər mövcud məlumat və ondan əldə edilə bilən fərziyyələrlə bağlıdır.
Berç və Svinnerton-dayer hipotezi
Berç və Svinnerton-dayer hipotezi — elliptik əyrilərin xüsusiyyətlərinə dair riyazi hipotez, minilliyin həll olunmamış məsələlərindən biri (onun həlli üçün Kleya İnstitutu tərəfindən 1 milyon dollar mükafat təklif edilmişdir). Bu hipotez elliptik əyrilərin ranqını hesablamaq üçün nisbətən sadə bir ümumi üsuldur.
İpoteka
İpoteka krediti — öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır.Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.
İpoteka krediti
İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək “ipoteka” termini daşınmaz əmlakın girovu, “ipoteka krediti” isə bu növ girovun təminatı ilə verilən borcdur. İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür == Iştirakçılar == İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir: 1. borcalan; 2.-kreditor-bank; 3. Investor 4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur. İpoteka kreditləri sərfəli kredit formasıdır.
İpoteka bankı
İpoteka bankı — ipoteka kreditinin verilməsi, ipoteka ilə təmin edilmiş qiymətli kağızların yenidən satışı və bu fəaliyyətlə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan ixtisaslaşmış bank. İpoteka bankı ilk dəfə XIII əsrdə Qərbi Avropada yaranmışdır. Bu bank növü xüsusilə Almaniyada inkişaf etdirilmişdir, burada ilk ipoteka bankı 1770-ci ildə Sileziyada yaradılmışdır. Əsasən iri kommersiya təsərrüfatlarına maliyyə dəstəyi verən dövlət ipoteka bankı idi. Almaniyada banklar sənaye şirkətlərinə, daşınmaz əmlaka, eləcə də kənd istehsalçılarının ehtiyaclarına ipoteka kreditləri verirdi. Dünya müharibələri və sonrakı inflyasiya ipoteka banklarının inkişafına mənfi təsir göstərdi. Bu şərtlər daxilində ipoteka banklarının sayı azalıb. Əlverişli iqtisadi şərait dövründə onların sayı, əksinə, artdı. Fransada ipoteka bankları spesifik xarakter daşıyır. Bu bank növü yalnız 1960-1970-ci illərdə Fransada inkişaf etdirilmişdir.
Azərbaycan İpoteka Fondu
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. == İKZF-in tarixində mühüm hadisələr == 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.
İpoteka və Kredit Zəmanət Fondu (Azərbaycan)
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. == İKZF-in tarixində mühüm hadisələr == 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.