Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ferents Hirzer
Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt – 28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub. == Karyera == Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb.1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı.Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir. Hirzer burda oynadığı zamanlarda Şimali Almaniya millisində də bir oyun keçirib. Hirzer yeni mövsümə yenidən başqa ölkəyə keçir.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Hirs
Hirs və ya qəzəb — gərgin emosional cavab.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Sesil Mirz
Sesil Henri Mirz (ing. Cecil Henry Meares,1877, Kilkenni qraflığı[d] – 13 may 1937, Viktoriya) — Robert Skottun rəhbərlik etdiyi İngilis Antarktika Ekspedisiyasında iştirakı ilə məşhur olan İngilis hərbi peşəkar səyyahı idi. İrlandiyada Şotland hərbçi ailəsində anadan olub. O, kiçik yaşlarından canlı xarakter və riskli işlərə məhəbbət göstərmiş, uzun müddət Hindistan və Çində yaşamış, ingilis-bur və rus-yapon müharibələrində iştirak etmişdir. Kamçatka və Sibirdə oldu, xəz ticarəti ilə məşğul oldu. 1907–1908-ci illərdə Sıçuana səyahət etdi. 1910-cu ildə Robert Skottla tanış oldu və ona sərt iqlimə öyrəşmiş Rusiyadan xizək itləri və ponilər almağı tapşırdı. Alınan heyvanlar (34 it və 20 at) Vladivostokdan Yeni Zelandiyaya aparılmalı, oradan da ekspedisiya gəmisinə aparılmalı idi. Mirz heyvanları yaxşı bilmirdi, lakin yaxşı mütəxəssisləri işə götürdü — Dmitri Girev və Anton Omelçenko, onlar da Antarktika ekspedisiyasına qoşuldular. Antarktidada Mirz aralıq anbarların salınmasında iştirak etdi və Beardmore buzlaqının ətəyinə çatdı.
Aleks Hirş
Aleksandr Robert Hirş (ing. Alexander Robert Hirsch; 18 iyun 1985, Pyemont[d], Alamida qraflığı) — amerikalı animasiyaçı, yazıçı, prodüser və səs aktyoru. O, Disney kanalında yayımlanan "Qraviti Fols" cizgi serialının yaradıcısıdır. Bu serialda o, Sten dayı, Zus, Bill Şifer və digər personajları səsləndirib. Bu işinə görə "BAFTA" və "Enni" mükafatına layiq görülüb. == Həyatı == Aleksandr Robert Hirş 18 iyun 1985-ci ildə Kaliforniyanın Pyemont şəhərində dünyaya gəlib. Onun atası yəhudidir, ancaq o aqnostik kimi böyüdülüb, milad və hanukka bayramlarını qeyd edib. Hirş uşaq yaşlarında əkiz bacısı ilə birlikdə yay tətili üçün nənəsi ilə qalmağa gedirdi. O, "Qravity Fols" serialını uşaq ikən yaşadığı macəralardan ilhamlanaraq yaratmışdır. Hirş Kaliforniya İncəsənət İnstitutunu (CalArts) bitirib.
Bilədaraq (Hir)
Bilədaraq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 30 km cənub-şərqdədir.
Hiri-motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hiri Motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Mein Herz brennt
Mein Herz brennt (alman dilindən – «Mənim qəlbim yanır») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun yeddinci studiya albomunu olan «Mutter» (2001) albomunun baş sinqlıdır. Həmçinin, mahnı musiqi qrupunun o dövrdəki konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Əlavə olaraq, mahnı musiqi qrupunun ən böyük hitlər albomu olan «Made in Germany 1995–2011» (2011) musiqi albomunda buraxılmışdır. Bu, albomun sinql olaraq buraxılmamış və musiqi videosu olmayan yeganə mahnısı idi. Mahnı 2012-ci ildə «Videos 1995–2012» video kolleksiyasını reklam etmək üçün yenidən buraxılmışdır. Mahnının pianino versiyası sinql olaraq 7 dekabr 2012-ci ildə buraxılmışdır. Mahnının sözləri üçüncü şəxsin kabusların yaratdıqları vahimələri təsvir etməyində ibarətdir. Mahnının girişinin açılış misrası və nəqarəti ("Nun, liebe Kinder, gebt fein Acht. Ich habe euch etwas mitgebracht"; mənası – "İndi, əziz uşaqlar, diqqət yetirin.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Yuxarı Harz Su reqaliyası
Yuxarı Harz Su reqaliyası (alm. Oberharzer Wasserregal‎)— Almaniyanın Yuxarı Harz Bölgəsində yerləşən, 16-19-cu əsrlərdə mədənlərin su çarxlarına daxil olan suyu yönləndirmək və saxlamaq üçün tikilmiş bəndlər, su anbarları, xəndəklər və digər strukturlardan ibarət bir su idarəetmə sistemidir.Yuxarı Harz Su anbarı dünyanın mədən sənayesində su ehtiyatlarının idarə edilməsi üçün ən böyük və ən əhəmiyyətli tarixi sistemlərdən biridir. Suda elektrik enerjisi istehsalı üçün işlənib hazırlanmış qurğular 1978-ci ildən mədəniyyət abidələri kimi mühafizə altındadır. Onların əksəriyyəti hələ də istifadə olunur, baxmayaraq ki, hazırda onların məqsədi ilk növbədə kənd yerlərinin qorunması (tarixi mədəni landşaftın qorunması), təbiətin mühafizəsi, turizm və üzgüçülüyü dəstəkləməkdir. Su ehtiyatlarının idarə olunması baxımından bir neçə su anbarı hələ də daşqınlardan qorunmaqdadır. 31 iyul 2010-cu il tarixdə Rammelsberq şaxtaları Qoslar şəhəri ilə əlaqədar YUNESKO-nun Ümumdünya İrsi elan edilmişdir. == Yuxarı Harz mədən sənayesi == Yuxarı Harz bir vaxtlar Almaniyanın ən əhəmiyyətli mədən bölgələrindən biri idi. Mədənlərinin əsas məhsulları gümüş, mis, qurğuşun, dəmir və 19 -cu əsrdən etibarən sink idi. Əsas gəlir mənbəyi gümüş idi. 16-cı əsrdən 19-cu əsrin ortalarına qədər bütün Alman gümüş istehsalının təxminən 40-50%-i Yuxarı Harzdan gəlirdi.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. == Tarixi == Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII-XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şеyx Cabir Ənsari övladından оlan Şеyx Kəmaləddin оğlu Şеyx Siracəddin vəqfinə bağlıdır."Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir: XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. == Firn hövzəsi == Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Girn
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Gürz
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. 2006-cı ildə qrup Avroviziya Mahnı Müsabiqəsində iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
Heinz
HJ Heinz Company və ya Heinz Company kimi tanınan Heinz şirkəti, baş ofisi Pittsburgh, Pensilvaniya, Amerika Birləşmiş Ştatlarında yerləşən emal olunmuş qida məhsulları istehsal edən şirkətidir. == tarixi == Şirkət 1869-cu ildə Henry John Heinz tərəfindən təsis edilmişdir. 1876-cı ildə ilk dəfə ketçup istehsalına başladılar. 57 Çeşid Məhsul şüarı ilə şirkət 57 fərqli məhsul növü inkişaf etdirmişdir və hal-hazırda istehsal edir. Bu gün də belə istehsal etdikləri məhsulların qablaşdırmasının üzündə bu şüardan istifadə edirlər.
Diri diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. == Türk mədəniyyətində 40 ədədi == Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.