HİFZ

is. [ ər. ] Qoruma, mühafizə etmə, mühafizə, qoruyub saxlama.
[Seyid:] Şəriət ehkamını hifz yolunda heç bir xidmətiniz olubmu? Mir Cəlal.

□ Hifz etmək – qorumaq, mühafizə etmək, qoruyub saxlamaq.
Ya rəbbim, adilsən, hifz elə bizi; Halal ocaqlara üzv elə bizi. M.Araz.

// Yadda saxlamaq, unutmamaq. Deyilən sözü hifz etmək lazımdır.
[Müsyö Jordan:] İndi də mənim ilə durub-oturmaqdan bir para kəlimatı hifz edibdir. M.F.Axundzadə.

Синонимы

  • HİFZ saxlama — qoruma
HİDROTURBİ́N
HİFZÜSSƏHHƏ

Значение слова в других словарях