Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həssən ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. == Bioqrafiya == Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
Məsih (III hissə)
Məsih (HWV 56) — Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan "O, xor görüldü" səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin "Haleluya" xoru ilə başa çatan "Tanrının triumfu" hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: "…Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir…" Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (II hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (I hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın birinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissə Məsih haqında vəhy və Yesayanın onun bakirədən doğulması haqqında təsviri ilə başlayır. Çobanların müjdələnməsindən sonra Məsihin doğulması və onun dünyada vəzifəsi, bu vaxta kimi Yesayanın sözləri əsasında qəbul edilir ki, bu oratoriyada həmin İncilə əsaslanan yeganə hissəsidir. Oratoriyanın ikinci hissəsində Məsihin fəaliyyəti, ölümü, dirilməsi, yüksəlməsi və İncilin yayılması təsvir edilir. Üçüncü hissədə Pavelin Məsihin ölümü və dirilməsinin Cənnətdə necə öyülməsini öyrətməsi təsvir edilir. Məsih oratoriyasının birinci hissəsi daha çox "Milad hissəsi" adı ilə tanınır və tez-tez Milad bayramı mərasimlərində tez-tez ifa olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il təqviminə uyğun qurulmuşdur: Birinci hissə Müjdə, Milad və Məsihin həyatı; İkinci hissə Böyük Pəhriz, Pasxa, Yüksəliş və Pentekros; Üçüncü hissə Kilsə ilinin başa çatması və yeni ilin başlanması ilə üst-üstə düşür.
Dyuna: İkinci hissə
Dune: İkinci hissə (ing. Dune: Part Two) — ssenarini Jon Spaihts ilə birgə yazan Deni Vilnöv tərəfindən rejissorluq və prodüserlik etdiyi 2024-cü il Amerika epik elmi fantastika filmidir. "Dyuna" (2021) filminin davamı, Frenk Herbertin 1965-ci ildə yazdığı Dune romanının iki hissəli uyğunlaşdırılmasının ikincisidir. Paul Atreides, Arrakis səhra planetinin Fremen xalqı ilə Harkonnen evinə qarşı müharibə aparmaq üçün birləşərkən izləyir. Timoti Şalame, Rebecca Ferguson, Josh Brolin, Stellan Skarsqard, Dave Bautista, Zendaya, Charlotte Rampling və Xavier Bardem ilk filmdəki rollarını yenidən canlandırır, Ostin Batler, Florens Pyu, Kristofer Uoken, Léahe Sedoub və Yaensei Soyunqla birlikdə tökmə. İnkişaf, Legendary Entertainment 2016-cı ildə Dune seriyası üçün film və televiziya hüquqlarını əldə etdikdən sonra başladı. Villeneuve 2017-ci ildə mürəkkəbliyinə görə romanın iki hissəli adaptasiyasını hazırlamaq niyyəti ilə rejissor kimi imza atdı. İstehsal müqavilələri yalnız birinci film üçün təmin edilmişdir; Birinci filmin uğuruna əsaslanaraq, ikinci filmə yaşıl işıq yandırılmalı idi. İlk film kinoteatrlarda və HBO Max-da eyni vaxtda yayımlandıqdan sonra Villeneuve davamın əminliyindən narahat olsa da, Warner Bros. Şəkillər onu əmin etdi ki, HBO Max-da yaxşı çıxış etsə, davamı olacaq.
701 saylı hərbi hissə
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
811 saylı hərbi hissə
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Vətən dili, II hissə
İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür. Tərtibçilər "Vətən dili"nin II hissəsinə geniş müqəddimə yazmışlar. II hissəyə verilən müqəddimədə tərtibçilər qeyd edir ki, II hissə əsasən K.D.Uşinskinin "Родное слово" əsasında qurulub. Həmçinin bildirilir ki, dərslikdə işlənilən yazı qaydalarının istifadəsində Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən bəy Vəzirovun əsərləri rəhbər tutulub. Bununla yanaşı dərsliyin yazılışında müəlliflər yeni qaydalar və durğu işarələri tətbiq ediblər ki, bu haqda müqəddimənin V-VII səhifələrində kifayət qədər bəhs olunub. Həmin müqəddimədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) xidmətləri xüsusi olaraq vurğulanır: "Bu kitabçada dərc olunan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılov basnilərindən tərcümədir. Türk dilində mübtədilərin qüvveyi-müdərrikə və hafizələrinə müvafiq təmsilat və əşar çox nadirdir. Bu yolda ibtida rəğbət və xidmət göstərən ancaq, bildiyimizə görə, Qaradağski cənablarıdır. Və lihaza sibyan məktəbləri müşarileyhin bu zəhmətini nəzərdə tutmalıdır. Biz dəxi bu barədə o izzətli və möhtərəm cənablara nəhayət mərtəbə rizaməndlik və təşəkkür izhar edirik".
Vətən dili, I hissə
Birinci sinif şagirdləri üçün nəzərdə tutulan I hissənin tərtibi baxımından əsasını görkəmli rus pedaqoqu, Rusiyada elmi pedaqogikanın banisi Konstantin Dmitriyeviç Uşinskinin (1824-1870/71) müəllifi olduğu "Родное слово" təşkil etmişdir. Sövti (səsli) adlanan metod əsasında yazıldığına görə, dərslik tədris-təhsil prosesini asanlaşdırılmasına yönəlmişdir. Vaxtın darlığına baxmayaraq (bir ildən az) A.O.Çernyayevski ona tapşırılmış vəzifəyə olduqca həssas və məsul yanaşır və bu işə onun tərəfindən Qori seminariyasının ən layiqli və bacarıqlı Azərbaycanlı gəncləri cəlb olunur. Burada əsasən "Родное слово" dərsliyində verilmiş kiçik hekayələri tezliklə tərcümə edib yararlı vəziyyətə gətirmək kimi, yeni üsluba müvafiq nəzmin də verilməsi məsələləri dururdu. Rəşid bəy Əfəndiyevin İ.A.Krılovun təmsilinin "Tülkü və üzüm" tərcüməsi (səh. 61) buna sübutdur. Ehtimal ki, tərcümələrlə Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov da məşğul olurdu. 1958-ci ildə nəşr olunmuş "Azərbaycan dili və ədəbiyyat tədrisi" metodik məqalələr məcmuəsində A.S.Abdullayev özünün "Azərbaycan dilinin tədrisi tarixinə dair" məqaləsində qeyd edir: "1880-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında Ana dilində dərslik yaratmaq məsələsini qoyur; bu sahədə A.O.Çernyayevskinin ən yaxın köməkçiləri müəllim Səfərəli bəy Vəlibəyov və Həsənəliağa xan Qaradağski (Qaradaği) olur". I hissədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) İ.A.Krılovdan etdiyi "Xoruz və mirvarid danəsi" (səh. 36), "Uşaq və ilan" (səh.
Vətən dili (II hissə)
İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür. Tərtibçilər "Vətən dili"nin II hissəsinə geniş müqəddimə yazmışlar. II hissəyə verilən müqəddimədə tərtibçilər qeyd edir ki, II hissə əsasən K.D.Uşinskinin "Родное слово" əsasında qurulub. Həmçinin bildirilir ki, dərslikdə işlənilən yazı qaydalarının istifadəsində Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən bəy Vəzirovun əsərləri rəhbər tutulub. Bununla yanaşı dərsliyin yazılışında müəlliflər yeni qaydalar və durğu işarələri tətbiq ediblər ki, bu haqda müqəddimənin V-VII səhifələrində kifayət qədər bəhs olunub. Həmin müqəddimədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) xidmətləri xüsusi olaraq vurğulanır: "Bu kitabçada dərc olunan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılov basnilərindən tərcümədir. Türk dilində mübtədilərin qüvveyi-müdərrikə və hafizələrinə müvafiq təmsilat və əşar çox nadirdir. Bu yolda ibtida rəğbət və xidmət göstərən ancaq, bildiyimizə görə, Qaradağski cənablarıdır. Və lihaza sibyan məktəbləri müşarileyhin bu zəhmətini nəzərdə tutmalıdır. Biz dəxi bu barədə o izzətli və möhtərəm cənablara nəhayət mərtəbə rizaməndlik və təşəkkür izhar edirik".
Vətən dili (I hissə)
Birinci sinif şagirdləri üçün nəzərdə tutulan I hissənin tərtibi baxımından əsasını görkəmli rus pedaqoqu, Rusiyada elmi pedaqogikanın banisi Konstantin Dmitriyeviç Uşinskinin (1824-1870/71) müəllifi olduğu "Родное слово" təşkil etmişdir. Sövti (səsli) adlanan metod əsasında yazıldığına görə, dərslik tədris-təhsil prosesini asanlaşdırılmasına yönəlmişdir. Vaxtın darlığına baxmayaraq (bir ildən az) A.O.Çernyayevski ona tapşırılmış vəzifəyə olduqca həssas və məsul yanaşır və bu işə onun tərəfindən Qori seminariyasının ən layiqli və bacarıqlı Azərbaycanlı gəncləri cəlb olunur. Burada əsasən "Родное слово" dərsliyində verilmiş kiçik hekayələri tezliklə tərcümə edib yararlı vəziyyətə gətirmək kimi, yeni üsluba müvafiq nəzmin də verilməsi məsələləri dururdu. Rəşid bəy Əfəndiyevin İ.A.Krılovun təmsilinin "Tülkü və üzüm" tərcüməsi (səh. 61) buna sübutdur. Ehtimal ki, tərcümələrlə Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov da məşğul olurdu. 1958-ci ildə nəşr olunmuş "Azərbaycan dili və ədəbiyyat tədrisi" metodik məqalələr məcmuəsində A.S.Abdullayev özünün "Azərbaycan dilinin tədrisi tarixinə dair" məqaləsində qeyd edir: "1880-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında Ana dilində dərslik yaratmaq məsələsini qoyur; bu sahədə A.O.Çernyayevskinin ən yaxın köməkçiləri müəllim Səfərəli bəy Vəlibəyov və Həsənəliağa xan Qaradağski (Qaradaği) olur". I hissədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) İ.A.Krılovdan etdiyi "Xoruz və mirvarid danəsi" (səh. 36), "Uşaq və ilan" (səh.
Gələcəyə qayıdış III hissə
"Gələcəyə qayıdış III hissə" (ing. Back to the Future Part III) — Robert Zemekisin rejissoru olduğu 1990-cı il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 3-cü filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == 12 noyabr 1955-ci ildə, Doktor Emmet Braunun DeLorean kitabında yoxa çıxdığını gördükdən bir neçə dəqiqə sonra, Marty, 1885-ci ildə nəql edildiyini öyrəndi. [N 1] Marti və 1955 Dok, Dokun 1885 məktubunu aldılar və məlumatlarını tapmaq və təmir etmək üçün istifadə etdilər. DeLorean Marti 1985 -ə qayıda bilər. Dokun məktubu Köhnə Qərbdə qalmaq istəyini ifadə etsə də, Marti məktubdan altı gün sonra Dokun adı olan bir məzar daşı tapır və fotoşəkillər çəkir. Yazıda, Dokun Biff Tannenin böyük babası Byuford "Mad Dog" Tannen tərəfindən səksən dolların üzərində kürəyindən vurulduğu bildirilir. Marti, Yerli Amerikalıların süvari təqibinin arasına gələrək, Doku xilas etmək üçün 2 sentyabr 1885-ci il tarixinə gedir.
Gələcəyə qayıdış II hissə
"Gələcəyə qayıdış" (ing. Back to the Future) — Robert Zemekisin rejissoru olduğu 1989-cu il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 2-ci filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == İlk filmdə 1955-ci ildə səhvini düzəldib ata və anasını tanış edə bilən Martin Makflay öz zamanına (1985) qayıtdığı günün səhərisi zaman maşının ixtiraçısı Doktor Braun Martin və sevgilisi Ceniferi gələcəyə — 2015-ci ilə aparır. Dr. Braun bildirir ki, onlar gələcəkdə evlidirlər və uşaqları təhlükədədir. 2015-ci ilə çatar-çatmaz həyacanlanan Ceniferi Dr. Braun iynə ilə sakitləşdirir. Martinə oğlunun bir azdan kafeyə daxil olacağı, pis uşaqların təklifini qəbul edib oğurluq etməyə gedəcəyini deyir, sonda polis tərəfindən yaxalanacağını deyir.
Müdriklik dərsləri. III hissə (kitab)
Kənddən gələn var. II hissə
Kənddən gələn var. II hissə — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. == Məzmun == Film-tamaşanın ikinci hissəsində əsasən kənd yerlərində torpaq alqı-satqısından bəhs edilir.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Hessen
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Alatoran. Saqa: Sübh (II hissə)
Alatoran. Saqa: Sübh (II hissə) (ing. The Twilight Saga: Breaking Dawn — Part 2) 2012-ci ildə Stefani Mayerin eyni adlı əsəri əsasında çəkilmiş ABŞ istehsalı olan dram, melodram və döyüş filmidir. == Məzmun == Bella artıq vampirdir. İndi onun qarşısında Edvardla birgə əbədiyyət var. Bellanın Rinesme adında qızı var. Ceykob isə Rinesmenin ən yaxın dostu və məsləhətçisidir. Lakin Kallenlərin bu sevinci uzun çəkmir. Beləki, Voulturi Rinesmenin ölümsüz olduğunu fikirləşir. Vampir anlayışında isə ölümsüz uşaq yaratmaq qəti surətdə qadağandır.
Alatoran. Saqa: Sübh (I hissə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. The Twilight Saga: Breaking Dawn Part – 1) 2011-ci il Amerika istehsalı olan Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş 4-cü filmdir. == Məzmun == Bella Svon artıq hamilədir. İndi o yarı-insan, yarı-vampir övladını dünyaya gətirmək arzusundadır. Lakin onun bu istəyinə Edvard və digər Kallenlər mane olurlar. Çünki bu çox təhlükəlidir. Çıxılmaz vəziyyətdə olan Bellaya gözləmədiyi anda Rozali kömək edir. Lakin onlar bilmirlərki bu işin axırı faciə ilə qurtara bilər.
Billi öldürmək: 1-ci hissə
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.
Billi öldürmək: 2-ci hissə
Billi öldürmək: 2-ci hissə (ing. Kill Bill: Volume 2) — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Hessen-Darmştadt
Hessen-Darmştadt landqrafı (alm. Landgrafschaft Hessen-Darmstadt‎) — 1567-1806-cı illərdə mövcud olan Müqəddəs Roma İmperiyası daxilindəki Alman knyazlığı. Paytaxt Darmştadt şəhəri idi. == Tarixi == 1567-ci ildə Hessen landqrafının hökmdarı I Fillpin oğulları arasında vəfatından sonra irsi bölünməsi nəticəsində meydana gəldi. Hesse-Darmstadt onlardan ən kiçiyinə getdi - I. Georgi, 1583-cü ildə qardaşı Hessen-Reinfels II Filippinin ölümündən sonra mülklərinin əhəmiyyətli bir hissəsi də I Qeorqa keçdi. Oğlu V Lüdviq də əmisi Hessen-Marburq Landgrave IV Lüdviqin torpaqlarının bir hissəsini miras aldı. == İstinadlar == == Xarici keçidlər == Qessen. Гессен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Hessen vilayəti
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.
Kənddən gələn var. II hissə (film, 1997)
Harri Potter və Ölüm Hədiyyələri. I hissə
Harri Potter və Ölümün Hədiyyələri: 1-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part I) — Harri Potter və ölüm hədiyyələri (seriyada 7-ci) əsasında çəkilən birinci film. 2010-cu ildə çəkilən, David Yatesin rejissorluq etdiyi film fantastika janrındadır. Həmçinin, J. K. Rovlinqing 2007-ci ildə nəşr olunmuş eyni adlı romana əsasən çəkilmiş iki hissəli filmin ilk hissəsidir.
Qeyri-mümkün missiya - Ölülərin Hesabı Birinci Hissə
Qeyri-mümkün missiya: Ölümcül hesablaşma. 1-ci hissə (ing. Mission: Impossible – Dead Reckoning Part One) — Erik Jendresen ilə birgə yazdığı ssenaridən rejissor Kristofer MakQuarrinin çəkdiyi 2023-cü il Amerika casus döyüş filmidir. Bu, Qeyri-mümkün missiya – Əks-təsir (2018) filminin davamı və Qeyri-mümkün missiya film seriyasının yeddinci hissəsidir. Ölülərin Hesabı: Birinci Hissə Tom Kruzun BVF komandasının "Müəssisə" kimi tanınan güclü yaramaz süni intellektə sahib olan Ethan Hunt rolunda qayıtdığını görür. Ansamblın heyətində həmçinin Heyli Atvel, Vinq Rayms, Saymon Peqq, Rebekka Ferqyuson, Vanessa Kirbi, Esai Morales, Pom Klementieff, Mariela Qarriqa və Henri Çerni də var. 2019-cu ilin yanvar ayında Kruz, yeddinci və səkkizinci Missiya: Qeyri-mümkün missiya filmlərin McQuarrie ilə birlikdə çəkəcəyini, həmçinin filmin ssenari müəllifi və rejissorluğunu da onunla birgə edəcəyini elan etdi. Tezliklə geri dönən əvvəlki heyət və yeni heyət üzvləri elan edildi və Fallout üçün musiqini bəstələyən Lorne Balfe filmə səs vermək üçün geri döndü. Çəkilişlər 2020-ci ilin fevralında İtaliyada başladı, lakin COVID-19 pandemiyası səbəbindən dayandırıldı. Həmin ilin sonunda yenidən başladı və 2021-ci ilin sentyabrında Norveç, Böyük Britaniya, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla digər çəkiliş yerləri ilə tamamlandı.
Qeyri-mümkün missiya – Ölülərin Hesabı: Birinci Hissə
Qeyri-mümkün missiya: Ölümcül hesablaşma. 1-ci hissə (ing. Mission: Impossible – Dead Reckoning Part One) — Erik Jendresen ilə birgə yazdığı ssenaridən rejissor Kristofer MakQuarrinin çəkdiyi 2023-cü il Amerika casus döyüş filmidir. Bu, Qeyri-mümkün missiya – Əks-təsir (2018) filminin davamı və Qeyri-mümkün missiya film seriyasının yeddinci hissəsidir. Ölülərin Hesabı: Birinci Hissə Tom Kruzun BVF komandasının "Müəssisə" kimi tanınan güclü yaramaz süni intellektə sahib olan Ethan Hunt rolunda qayıtdığını görür. Ansamblın heyətində həmçinin Heyli Atvel, Vinq Rayms, Saymon Peqq, Rebekka Ferqyuson, Vanessa Kirbi, Esai Morales, Pom Klementieff, Mariela Qarriqa və Henri Çerni də var. 2019-cu ilin yanvar ayında Kruz, yeddinci və səkkizinci Missiya: Qeyri-mümkün missiya filmlərin McQuarrie ilə birlikdə çəkəcəyini, həmçinin filmin ssenari müəllifi və rejissorluğunu da onunla birgə edəcəyini elan etdi. Tezliklə geri dönən əvvəlki heyət və yeni heyət üzvləri elan edildi və Fallout üçün musiqini bəstələyən Lorne Balfe filmə səs vermək üçün geri döndü. Çəkilişlər 2020-ci ilin fevralında İtaliyada başladı, lakin COVID-19 pandemiyası səbəbindən dayandırıldı. Həmin ilin sonunda yenidən başladı və 2021-ci ilin sentyabrında Norveç, Böyük Britaniya, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla digər çəkiliş yerləri ilə tamamlandı.
Harri Potter və Ölüm Hədiyyələri. II hissə
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər. Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur. == Məzmunu == Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır. Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar.
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Rasmus Nissen
Rasmus Nissen Kristensen (11 iyul 1997-ci ildə anadan olub) — NK kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Nissen futbolçu ailəsində anadan olmuşdur. O, futbolçu karyerasına 6 yaşı olarkən yerli Brande klubunda başlamışdır. 6 il bu klubda çıxış etdikdən sonra Nissen iki il Herninq Fremad klubunda top qovdurmuşdur. 2012-ci ildə Nissen Midtyulland klubunun gənclər komandası ilə müqavilə imzalamışdır. Nissen əsas komanda heyətinə 2016-cı ilin yayında 18 yaşı olarkən dəvət almışdır. O, klub ilə beş illik peşəkar müqavilə imzalamışdır. O, peşəkar karyerasında debütünü 7 mart 2016-cı ildə 18 yaşı olarkən Nordşelland klubuna qarşı Superliqa görüşündə etmişdir. O, görüşə ehtiyat oyunçular skamyasında başlamış və 39-cu dəqiqədə Vaklav Kadleçi əvəz etmişdir. Həmin görüşdə komandası 1-2 hesabı ilə məğlub olmuşdur.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Pistən
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1007 nəfərdir. Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Hislər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Hisslər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Hassan Niknafs
Hassan Niknafs — Xəzər Universitetinin əvvəlki rektorudur.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Həssan Diyab
Həssan Diyab (ərəb. حسان دياب‎; 1 iyun 1959, Beyrut) — Livan Respublikasının baş naziri. == Erkən Həyatı və Təhsili == Diyab 1959-cu ildə Beyrutda anadan olub. 1981-ci ildə Surrey Universiteti, 1982-ci ildə Lids Bektt Universitetinin, 185-ci ildə Bath Universitetinin məzunu olub. == Şəxsi Həyatı == Nüvvar Məvləvi və 3 uşağı ilə Beyrutda yaşayır. Sünni müsəlmandır.
Mayk Hikson
Mayk Hikson (d. 16 iyul 1994) — ABŞ-lı suya tullanan. Mayk Hikson ABŞ-ni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mayk Hikson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 330.00 xal toplayaraq 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nissan Navara
Nissan Navara — yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadakı Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Nissan Pathfinder
Nissan Pathfinder — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1985-ci ildən bu günə kimi istehsal olunan krossover avtomobil. Bu günə kimi dörd nəsil avtomobillər istehsal olunub. Mövqesi Murano və Armada ya Patrol modelləri arasında olsa da, qiyməti Xterra və Murano arasındadır.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Viktoriya (Hessen və Reyn şahzadəsi)
Hessen və Reyn şahzadəsi Viktoriya (5 aprel 1863, Vindzor sarayı – 24 sentyabr 1950, London) — IV Lüdovik və I Viktoriya və Konsort şahzadə Albertin qızı Böyük Britaniya şahzadəsi Alisin qızı;
Yelizaveta (Hessen və Reyn şahzadəsi)
Hessenli Yelizaveta (alm. Elisabeth Alexandra Luise Alice von Hessen-Darmstadt und bei Rhein‎) və ya Yelizaveta Fyodorovna (rus. Елизаве́та Фёдоровна; 1 noyabr 1864[…], Darmştat – 18 iyul 1918, Alapayevsk, Perm quberniyası[d]) — Böyük Hesse hersoqu IV Lüdovikin qızı. 1884-cü ildə Rusiya imperatoru II Aleksandrın oğlu Sergey Romanovla (atasının bibisi oğlu) evləndirildi. Kraliça Viktoriyanın nəvəsi və son Rus imperatriçası Aleksandranın böyük bacısı olan Yelizaveta Rusiyada olduqca məşhur biri idi. Ərinin 1905-ci ildə bolşeviklərin tərtiblədiyi sui-qəsdlə öldürülməsinin ardından, sarayı tərk etdi və rahibə həyatı yaşamağa başladı. Ancaq Fevral inqilabının ardından həbs olundu. Alapayevsk yaxınlığındakı bir mədən quyusuna atıldı və quyuda ikən dini moizə oxuduğu əsnada üzərinə əl qumbaraları atılaraq öldürüldü. Hadisə şahidlərinin dediklərinə görə, qumbaralar partladıqdan sonra belə quyudan moizə səsi gəlirdi. 1981-ci ildə Rusiya Pravoslav Kilsəsi və 1992-ci ildə Moskva Patriarxlığı tərəfindən şəhid elan olundu.
İrina (Hessen və Reyn şahzadəsi)
Hessenli İrina (alm. Irène Luise Maria Anna von Hessen und bei Rhein‎; 11 iyul 1866 – 11 noyabr 1953) — Böyük Hesse hersoqu IV Lüdovikin qızı. 24 may 1888-ci ildə Berlindəki Şarlottenburq Sarayında Almaniya imperatoru III Fridrixin oğlu Henriylə (xalası oğlu) evləndi və cütlüyün bu nigahdan 3 oğlu doğuldu. Valdemar Viktor (20 mart 1889 - 2 may 1945) Vilhelm Sigismund (2 noyabr 1896 - 14 noyabr 1978) Henri Fridrix (9 yanvar 1900 - 26 fevral 1904) == Mənbə == Kurth, Peter (1983). Anastasia: The Riddle of Anna Anderson. Little, Brown, and Company. ISBN 0-316-50717-2. Grand Duchess Marie (1930). Education of a Princess: A Memoir. Viking Press.
Heksen
Heksen – alkenlərə aid olan C6H12 tərkibli üzvi birləşmələrin ümumi adıdır. == Quruluşu == Heksenlərə karbohidrogenlərin 17 izomeri, o cümlədən, sis- və trans izomerlər aiddir. heksen-1 CH2=CH-CH2-CH2-CH2-CH3 sis-heksen-2 CH3-CH=CH-CH2-CH2-CH3 trans-heksen-2 CH3-CH=CH-CH2-CH2-CH3 sis-heksen-3 CH3-CH2-CH=CH-CH2-CH3 trans-heksen-3 CH3-CH2-CH=CH-CH2-CH3 2-metilpenten-1 CH2=C(CH3)-CH2-CH2-CH3 3-metilpenten-1 CH2=CH-CH(CH3)-CH2-CH3 4-metilpenten-1 CH2=CH-CH2-CH(CH3)-CH3 2-metilpenten-2 CH3-C(CH3)=CH-CH2-CH3 sis-3-metilpenten-2 CH3-CH=C(CH3)-CH2-CH3 trans-3-metilpenten-2 CH3-CH=C(CH3)-CH2-CH3 sis-4-metilpenten-2 CH3-CH=CH-CH(CH3)-CH3 trans-4-metilpenten-2 CH3-CH=CH-CH(CH3)-CH3 2-etilbuten-1 CH2=C(C2H5)-CH2-CH3 2,3-dimetilbuten-1 CH2=C(CH3)-CH(CH3)-CH3 3,3-dimetilbuten-1 CH2=CH-C(CH3)2-CH3 2,3-dimetilbuten-2 CH3-C(CH3)=C(CH3)-CH3 == Fiziki-kimyəvi xassələri == Normal şəraitdə heksenlər rəngsiz mayedirlər, suda həll olmurlar, üzvi həlledicilərdə isə yaxşı həll olurlar. Heksenlər alkenlərin bütün kimyəvi xassələrini daşıyırlar. == Alınması və tətbiqi == Heksen-1-i α-olefinlərlə qarışıq halda etilenin oliqomerləşməsindən, parafinlərin termiki krekinqindən, izoheksenləri isə propilenin dimerləşməsindən alırlar. Heksenlər motor yanacaqlarının yüksək oktanlı komponentlərinin tərkibinə daxildirlər. Izoprenin, yuxarı yağ spirtlərinin və s. alınması üçün istifadə olunurlar. == Mənbə == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др. — М.: Советская энциклопедия, 1988.
Pisten
Hipsey
Hipsey ( q.yun. Ὑψεύς ) — qədim yunan mifologiyasında əfsanəvi lapif padşahı, çay tanrısı Peney və nayad Kreusanın oğlu, Kirinanın atası, Apollonun sevgilisi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Helmer Hanssen
Helmer Culyus Hanssen (24 sentyabr 1870 – 2 avqust 1956, Tromsø) - Norveçli dənizçi və qütb tədqiqatçısı. O, Roald Amundsenin rəhbərlik etdiyi 3 qütb ekspedisiyasında iştirak etmiş və Cənub qütbünü fəth edən ilk 5 insandan biri olmuşdur.
Hussem Aouar
Hussem Aouar (30 iyun 1998, Lion) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Olimpik Lion === Aouar Lion akademiyası vasitəsilə inkişaf etmişdir. Aouar əsas komanda ilə debütünü 16 fevral 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə AZ Alkmaar klubu ilə qarşılaşmada Serji Darderi əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion UEFA Avropa Liqasının 1/8 final mərhələsində AZ Alkmaara 4–1 hesabı ilə qalib gəlmişdir. Aouar ilk qolunu isə bir həftə sonra cavab qarşılaşmasında vurmuşdur. Həmin görüşdə isə klubu evdə 7–1 hesabı ilə qələbə qazanmışdır. O, Liqa 1-də debütünü 16 aprel 2017-ci ildə etmiş, lakin oyun yarımçıq dayandırılmış və 3 həftə sonra qələbə Liona verilmişdir. O, Monako klubuna 2–1 hesabı ilə məğlub olduqları görüşdə son yarım saatı meydanda olmuşdur. == Şəxsi həyatı == Aouarın valideynləri Əlcəzair vətəndaşlarıdır.