Harri Potter və Ölüm Hədiyyələri. II hissə

Bu məqalə Harri Potter və Ölüm Hədiyyələri filmi haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter və Ölüm Hədiyyələri (roman) səhifəsinə baxın.

Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər.

Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə
ing. Harry Potter and the Deathly Hallows: Part II
Janr fentezi
Dram
Döyüş
Rejissor Devid Yets
Prodüserlər Devid Heyman
Devid Barron
Coan Roulinq
Əsərin müəllifi Coan Roulinq
Ssenari müəllifi Stiv Klouz
Baş rollarda Deniel Redkliff
Rupert Qrint
Emma Uotson
Bəstəkar Alexandre Desplat
İstehsalçı Warner Bros. Pictures
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 15 iyul 2011, 13 iyul 2011[1]
Müddət 130 dq.
Büdcə $250 Milyon
Gəlir $1.345 Milyard
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dil İngilis
İl 2011
Əvvəlki film Harri Potter və Ölüm Hədiyyələri. I hissə
Rəng rəngli
Çəkiliş yeri London
IMDb ID1201607
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur[2].

Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır.

Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar. Harri öz qarabasmadan Qriphuk və digər qoblinlərin Lord Voldemort tərəfindən öldürülməsini və Voldemortun hortkuluqun oğurluğundan xəbərdar olduğunu öyrənir. Bundan əlavə, Harri dərk edir ki, Rovena Ravenkloya aid olan hortkuluq Hoqvartsda da olmalıdır. Dostlar tranqressiya köməyi ilə Hoqsmidə köçür və orada Aberfort Dambldor öz mərhum bacısının rasmini Nevil Lonqbottomu öz yeməkxanasına gətirməyi başa salır. Nevil onları gizli dəhliz vasitəsi ilə Hoqvartsa yöləndirir.

Severus Sneyp Harrinin qayıtmasından xəbər tutaraq ona yardım göstərmək istəyən məktəbin heyətini və tələbələri cəzalandıracağını deyir. Harri Sneypə qarşı durur, amma Minerva MakQonaqal onu duelə çağırandan sonra Sneyp Hoqvartsı tərk edir. MakQonaqall qarşıdagələn döyüşə hazırlaşmaq üçün Hoqvartsın ictimaiyyətini bir yerə toplayır. Luna Lavqudun təkidi ilə, Harri Helena Ravenklonun kabusu ilə danışır. Kabusun dediyinə görə, Lord Voldemort onun anasına məxsus olan və hal-hazırda Tələb Otağında yerləşən çutqabağının üzərində cadukarlıq edib.

Eyni zamanda Hermiona Sirlər Otağında olarkən hortkuluqu Vasiliskin köpək dişinin köməyi ilə məhv edir. Tələb Otağında isə Drako, Blez ZabiniQreqori Qoyl Harriyə hücum edir, amma Hermiona və Ron onun köməyinə gəlirlər. Qoyl cəhənnəm alovu adında tilsimi yollayır, amma ona nəzarət edə bilmədiyinə görə alov onu diri-diri yandırır. Harri və onun dostları Malfoyu və Zabinini xilas edirlər. Harri Vasiliskin köpək dişi vasitəsi ilə çutqabağını deşir, və sonra Ron onu cəhənnəm alovun içində olan Tələb Otağına atır. Voldemortun ordusu hücüm etdikcə onun düşüncələrini görən Harri başa düşür ki, Voldemortun ilanı, Nagini – axırıncı hortkuluqdur. Anbara daxil olarkən, dostlar ecazkar sehrbazın böyük sehrli çubuğunun Sneypin ölümünə qədər ona qulluq etməyini mümkun olmadığını dediyini şahidi olurlar. Daha sonra Voldemort Naginiyə Sneypi öldürmək əmr edir. Ölməmişdən əvvəl, Sneyp Harriyə öz xatirələrini ötürür, və onları Xatirə girdabına aparılmasını tapşırır. Hoqvartsa döyüş davam etdikçə Fred, LüpinTonks həlak olurlar.

Harri Sneypin xatirələrindən öyrənir ki, Sneyp Harrinin mərhum atası və onu nəvaxtsa təhqir edən Ceymsə nifrət edərkən, eyni zamanda onun mərhum anası, Lilini sevib. Lilinin ölümündən sonra Sneyp ona olan məhəbbət xətrinə Dambldor ilə Harrini Lord Voldemortdan qorumaq üçün gizlin çalışıb. Harri həmçinin açıqlayır ki, Dambldor ölüm astasında olaraq Sneypdən onu öldürməyini xahiş elədi və meşədə gördüyü maral Patronus Sneyp tərəfindən yaradılmışdır. Bundan əlavə, Lord Voldemort baş qəhrəmanı öldürə biməyəndə o, özü də hortkuluqa çevrilib, və onun içində yerləşən Voldemortun ruhunun bir hissəsini məhv etmək üçün Harri özü də ölməlidir. Harri Qadağan olunmuş meşəyə gedib orada özünü təslim edir. Burada Voldemort ona Avada Kedavra lənəti yollayır. Nəticədə Harri limboya düşür və burada Dambldorun ruhuna rast gəlir. O, Harrinin daxilində olan Voldemortun hissəsi Voldemortun öz tilsimi vasitəsi ilə öldürüldüyünü izah edir. Daha sonra Harri birdəfəlik Voldemortu məğlub etməyə qərarını alarkən öz bədəninə qayıdır.

Voldemort Hoqvartsa olanlara Harrinin vəfat etdiyini elan edərək, hamıdan təslim olmağını tələb edir. Nevil ona ötkən cavab verdikcə, Harri hamıya sağ qaldığını göstərir. Nevil Seçici şlyapadan Qodrik Qriffindorun qılıncını çıxarır, və eyni zamanda Harri Voldemort ilə üz-üzə gəlir, Molli Uizli Böyük zalda olarkən Belatrissa Lestreynci oldürür, Nevil isə Nagininin başını kəsərkən Voldemortu əbədiliyindən məhrum edir. Harri və Voldemortun arasında baş verən döyüş Voldemortun öz tilsimi Harridən sıçrayaraq onu özünü məhv edilməsi ilə bitir. Döyüşdən sonra Harri Rona və Hermionanı başa salır ki, Böyük sehrli çubuq Drakonu yox, Harrini öz gerçək sahibi kimi tanıyıb, amma mənimsəmək əvəzinə, Harri onu sındırır və atır.

On doqquz il sonra Harri, Cinni, Ron, Drako və Hermiona onların öz övladlarının Kinqs Kross stansiyasından Hoqvatsa yola düşməsini qürurla izləyir.

  • Deniel RedkliffHarri Potter
  • Rupert QrintRon Uizli. Harrinin Hoqvartsdakı ən yaxşı dostudur.
  • Emma UotsonHermiona Qreyncer. Harrinin ən yaxşı dostu və trionun düşünən beynidir.
  • Alan RikmanSeverus Sneyp. Slizerin fakültəsinin keçmiş rəhbəri, və, Albus Dambldordan ölümündən sonra, məktəbin yeni direktoru.
  • Meggi SmitMinerva MakQonaqal. Hoqvartsın Qriffindor fakültəsinin rəhbəri və transfiqurasiya müəllimi.
  • Uorik Devis — Filius Flitvik. Hoqvartsın Raveklav fakültəsinin rəhbəri, və Qrinqots bankın keçmiş əməkdaşı.
  • Robbi KoltreynRubeus Haqrid. Harrinin nəhəng dostu və Hoqvarts işçi heyətinin keçmiş üzvüdür.
  • Ralf FaynsLord Voldemort. Ölüm yeyənlərin təsisçisi və lideri olaraq, o, seriyanın baş antaqonistidir. Ecazkar qüvvəyə malik olan və demək olar ki əbədiliyə çatmış dahi sehrbazdır.
  • Helena Bonem KarterBellatrisa Lestreync. Olüm yeyən, Sirius Blekin bibiqızı, və onun qatilidir.
  • Ceyson Ayzeks — Lütsius Malfoy. Keçmiş Ölüm yeyən, Drako Malfoyun atasıdır.
  • Tom FeltonDrako Malfoy. Harrinin keçmiş məktəb rəqibi, Ölüm yeyən, Lutsius və Narsissa Malfoyların oğludur.
  • Devid Tyulis — Rimus Lüpin.
  • Culi Uolters — Molli Uizli. Ronun qayğıkeş anası, Uizli ailəsinin başçısıdır.
  • Maykl Qembn — Albus Dambldor. Hoqvarts məktəbinin mərhum direktoru.
  • Qari OldmenSirius Blek. Harrinin mərhum xaç atasıdır.
  • Con Hört — Ollivander. Ölüm yeyənlər tərəfindən oğurlanmış və əsir götürülmüş sehrli çubuq dahi ustası.

Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbin orijinal versiyasının tikilməsi üçün 40 nəfər işçi və təxminən 7 ay vaxt lazım oldu. İl ərzində məktəbin maketi süjetin inkişafından asılı olaraq dəyişilirdi. Məktəbin hər bir transformasiyası 3–4 ay ərzində baş tutmuş, işdə isə ən azı 20 nəfər iştirak etmişdir. Hoqvartsın mərmər pilləkənlər üçün 250 rəsm əsəri yaradılmışdır, onların arasında filmin prodüserləri, Devid Heyman və Devid Barronu təsvir edən rəsmlər də var[3].

Əvvəlki filmlərdə Vinsent Krebb rolunu ifa etmiş aktyor Ceymi Ueylett öz evində çətənə becərilməsində şübhəli bilinərək həbs olunub[4], və bu səbəbə görə səkkizinci filmin çəkilişinə qatıla bilmədi.

  1. IMDb (ing.). 1990.
  2. "2011 Worldwide Grosses". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  3. "12 интересных фактов о "Поттере"". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  4. "Harry Potter actor Jamie Waylett arrested over £2,000 bedroom cannabis 'farm'". 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.