Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hudayfa ibn Mihsan
Hudayfa ibn Mihsan (Bariq[d], Əsir bölgəsi[d] – 632, ərəb. حذيفة بن محصن البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslam tarixində yeri mühümdür və Ömərin xilafətində ordunun komandanı olub. == Ridde müharibəsi == 632-ci ilin sentyabrında Əbu Bəkr Omandakı üsyanları yatırmaq üçün Hudayfa ibn Mihsanın komandanlığı altında qoşun göndərir.. Burada Azd qəbiləsi və onların başçısı Ləkit ibn Malik üsyan qaldırır. Omana girən Hudayfa, düşmənə qarşı kifayət qədər əsgərinin olmadığını qiymətləndirincə dəstək gözləməyə başlayır. İkrimə ilə gələn dəstək qüvvələrinin köməyi ilə üsyan 632-ci ilin noyabrında Dibbadakı Daba döyüşü ilə yatırılır. Lakin o, müharibə zamanı şəhid olur.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır. 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Aleks Buda
Aleks Buda (7 sentyabr 1910, Elbasan[d] – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Erkən illəri == Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı. == Peşəkar karyerası == İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.
Andjey Duda
Andjey Sebastyan Duda (pol. Andrzej Sebastian Duda; 16 may 1972[…], Krakov, Polşa Xalq Respublikası) — Polşanın siyasi xadimi, 6 avqust 2015-ci ildən Polşa prezidenti. == Həyatı == 16 may 1972-ci ildə Krakovda doğulub. 24 may 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdir. 2014—2015-ci illərdə Avropa Parlamentinin deputatı olmuşdur. == Prezidentlik == 2015-ci il seçkilərində qalib gələrək prezident Bronislav Komorovskini əvəz etdi. 6 avqust 2015-ci ildə Andjey Dudanın təntənəli andiçmə mərasimi oldu, bundan sonra rəsmi olaraq prezidentliyini qəbul edildi.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Cuda Perl
Cuda Perl (ing. Judea Pearl — Cudia Perl, ivr. ‏יהודה פרל‏‎; 4 sentyabr 1936, Tel-Əviv, Britaniya Fələstini[d]) — kompüterşünaslıq sahəsində Amerika və İsrail alimi, Bayesian şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal olunan nəticələrin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etimad yayma alqoritminin müəllifi, hesablama və əks-şərti hesablama. 2011-ci ildə Perl Türinq mükafatına "ehtimal və səbəb səbəbləri üçün hesablama hazırlamaqla süni intellektə əsaslı töhfə" qazandırdı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2014). Cudanın "Ağıllı Sistemlərdə Ehtimal Təqdimatı: Şüalanan İnferans Şəbəkələri" (ing. "Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference") (1988) kitabı sitatların sayına görə CiteSeerX verilənlər bazasında 7-ci yeri tutur (May 2012-ci il tarixinə 5.222 fakt). Pakistanda 2002-ci ildə öldürülən amerikalı jurnalist Daniel Perlın atasıdır. == Bioqrafiyası == 4 sentyabr 1936-cı ildə Təl-Əvivdə Mandatalı Fələstində, Polşadan gələn mühacir ailəsində anadan olmuşdur. Uşaqlıq Bnei Brakda keçdi - bu şəhəri quran Gur Hasidim qrupunda onun babası - Chaim Perl idi.
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Hida (şəhər)
Hida (飛騨市, Hida-shi) — Yaponiyanın Gifu prefekturasının şimalında yerləşən şəhər. Şəhər adının qədim Hida vilayətindən almışdır. Hida şəhəri Hida vilayətinin mərkəzi idi. Şəhərin kandzi yazılışı 飛驒 şəklindədir və amma şəhər adının yazılışında qədim 騨 simvolundan istifadə olunur. 驒 simvolu rəsmi siyahıda göstərilmədiyindən, şəhərdən xaricdə 騨 simvolundan istifadə olunur. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 24.774 nəfərdir, hər km² ərazidə 31 nəfər yaşayır. Şəhərin sahəsi 792,31 km²-dir. == Tarix == Müasir Hida şəhəri 1 fevral 2004-cü ildə Furukava və Kamioka şəhərlərinin, Kavai və Miyaqava qəsəbələrinin (hamısı keçmiş Yosiki qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılmışdır. == Coğrafiya == Hida şəhəri Hida yaylasının şimalında yerləşir. Şəhər coğrafi nəzərdən iki bölgəyə ayrılır: şərq və qərb.
His (duda)
His(duda) — Qeyri-nəzarətolmayan şəraitdə karbohidrogenlərin natamam yanmasından və ya termiki parçalanmasından əmələ qələn amorf karbona his deyilir. Əsasən, şin və rezin-texniki sənayedə (hisin istehsalının dörddə üçü) tətbiq olunur. Poliqrafik və lakboya sənayesində, qara metallurgiyada, elektrotexniki sənayedə onu iri miqdarda qara boyanın hazırlanmasında istifadə edirlər. Fransada, II Karlın hakimiyyətində hisdən istifadə etməklə çəkmə boyası-vaksinin hazırlayırdılar. Rezinin və digər plastik kütlələrin doldurulmasında sənaye miqyasında alınan texniki karbona hərdən çox dəqiq olmayan “his” termiki kimi də adlandırırlar.“His” piqmenti olan qara boya (ən çox bədii) qazlı his adlanır. == Alınması == Alınma üsuluna görə his 3 qrupa bölünür: kanallı, sobalı və termiki. Kanallı (diffuzlu) hislər deşikli qaz lampalları ilə təchiz olunmuş yanacaq kameralarda təbii qazın və ya onun yağ ilə qarışığının (məsələn, antrasenlə) natamam yanmasından alınır. Kameranın daxilində sərinləşdirici səthlər yerləşdirilmişdir ki, diffuziya alovundan çıxan his onların üzərinə cökür. Sobalı hislər reaktorlarda (sobada) xüsusi qurğu ilə yaradılmış alovdan yağın, təbii qazın və ya onların qarışığının natamam yanmasından əmələ qəlir. His aerozol şəklində reaktorlardan yanma məhsulları ilə çıxarılır və xüsusi filtrlərə yığılır.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Nothofagus nuda
Nothofagus nuda (lat. Nothofagus nuda) — nothofagaceae fəsiləsinin notofaqus cinsinə aid bitki növü.
Oxera nuda
Oxera nuda (lat. Oxera nuda) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Quda (şəhər)
Quda Qudiyev
Quda ƏliyeviçQudiyev (12 fevral 1880, Vladiqafqaz – 6 sentyabr 1920, Bakı) — Bakı polismeystri (1919–1920), general. == Həyatı == Qudiyev Quda Əliyeviç milliyyətcə inquş idi. O, 1880-ci il fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz şəhərində Ter daimi milisində işləyən yunkerin ailəsində anadan olub. Vladiqafqaz Real məktəbini bitirib. 1916-cı ilin martında Quda Qudiyev rotmistr (kapitan) rütbəsi almışdı. O, Vəhşi diviziya tərkibində də döyüşüb. === Öldürülməsi === Ali İnqilabi Tribunalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuş və beləliklə, Quda Qudiyev 40 yaşında güllələnmişdi. == Fəaliyyəti == Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr Quda Qudiyev 1 fevral 1919-cu il tarixində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir. Daha sonra o, daxili işlər naziri Nəsib bəy Yusifbəylinin 29 aprel 1919-cu il tarixli əmri ilə Bakı şəhərinin polismeysteri təyin edilmişdi. Lakin 1919-cu ilin iyununda o, Bakı şəhər rəisi vəzifəsinə təyin olunmuşdu.[mənbə göstərin] Quda Qudiyev 15 iyun 1919-cu ildə Bakı qradonaçalniki vəzifəsinə başlaması haqqında 1 nömrəli əmr vermişdi.[mənbə göstərin] == Mükafatları == 4 iyun 1904-cü ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni.
Quda şəhəri
Suda adası
Suda adası (yun. Σούδα)- Krit adasının şimal-qərbində Suda buxtasının sahilində yerləşən Yunanıstana məxsusdur. == Tarixi == Mühüm strateji mövqeyə məxsus olan bu ada Suda buxtası sahillərində yerləşir. XVI əsrdə venesiyalılar burada adada qala inşa etmişdilər. 1669-cu ildə Krit adası Osmanlı İmperiyası tərəfindən işğal edildikdən sonra, 1715-ci ilə kimi 46 il ərzində ada venesiyalılar adada hökmranlıq etmişdirlər. Bu üç qala Venesiyanın mühüm ticarət yollarını qoruyurdu.Həmçinin türklərlə yeni bir müharibə üçün strateji əsaslar kimi xidmət edirdi. == Müasir vəziyyəti == Hal-hazırda Suda körfəzinin suları mövcud NATO bazasıdır. Bu adaya turistlərin daxil olması belə qadağan edilmişdir. XVI əsrin Venesiya qalasının qalıqları adada saxlanılır.
Tuda-Mənqu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Tuda Məngu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
İuda Makkavey
İuda Makkavey (ivr. ‏יהודה המכבי‏‎; Yehuda ben Matityaqu ha-Haşmonay; bilinmir, bilinmir – e.ə. 160) — Yəhudi (İudeya) vilayətində Selevkilərin ağır siyasi, dini və vergi siyasətinə qarşı xalq üsyanının rəhbəri. == Həyatı == 167-ci ildə Selevki padşahı IV Antioxun yəhudilərin təqibini genişləndirməsinə cavab olaraq başlanmış üsyana rəhbərlik etmişdi (bu üsyan "Makkavey müharibəsi" adını almışdı). E.ə.167-162-ci illərdə İuda Makkaveyin ordusu Selevkilərin üstün qüvvələrini darmadağın etmiş, e.ə.164-cü ildə Yerusəlimi tutmuş, Yəhvanın məbədini yenidən müqəddəsləşdirmişdi. Döyüşdə həlak olmuşdur. == İstinadlar == == Mənbə == Иуда Маккавеј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
İuda ordeni
İuda ordeni — 1709-cu ildə Rusiya çarı I Pyotrun əmri ilə getman İvan Mazepanın təltif edilməsi üçün tək nümunədə hazırlanmış orden. == Ordenin təsviri == Orden 5kq çəkiyə malik gümüşdən hazırlanmış dairə formasında idi. Dairənin içərisində ağcaqovaq ağacında edam edilən İuda İskariot, 30 gümüş pul və yazı təsvir olunmuşdur. İuda İskariotun bu ordendə təsvir edilməsi simvolik xarakter daşıyır. Çünki İsa Məsihin 12 həvarisindən biri olan İuda Sonuncu şam yeməyi zamanı onu 30 gümüş pula romalılara satmışdır. Təsvirin aşağısında bu yazı vardır: "Lənətə gəlmiş pulpərəst İuda boğulur". I Pyotr vaxtilə təltif etdiyi Andrey Pervozvannı ordeninin əvəzinə ona xainlik edərək İsveç kralı XII Karlın tərəfinə keçmiş Mazepanı bu ordenlə təltif etməyi tapşırmışdır. Lakin I Pyotrun planı baş tutmamışdır. Nəticədə I Pyotr tərəfindən Bütün Təlxəklər, Sərxoşlar və Dəlisovlar kilsəsi (I Pyotr İçki məclislərində, karnavallarda əylənmək məqsədilə katolik kilsəsinə parodiya olaraq yaratmışdır.) yaradılmış və ordenlə knyaz Yuri Fyodoroviç Şaxovski təltif olunmuşdur. .
Cüda (Germi)
Cüda (fars. جدا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Germi qəsəbəsindən 25 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 356 nəfər yaşayır (72 ailə).
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.