Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Nuriyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Quriyə (İcrud)
Quriyə (fars. قوريه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (40 ailə).
Suriyə Ərəb Respublikası
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Furiya
Furiyalar – Qədim Roma mifologiyasında intiqam ilahələri. Yunan mifologiyasındakı Eriniyalara uyğundur. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Mumiyə
Mumiyo — tünd-qəhvəyi rəngli plastik maddə. Tərkibinə mineral maddələr (Ca, Mg, Na, Fe, Cr, Pb və b.- 20-dən çox element), həmçinin bərk parafinli karbohidrogenlər, zülallar, karbohidratlar, amin turşuları, alifatik turşular, spirtlər və b. daxildir. Ekstraktın üzvi hissəsinin kimyəvi tərkibi (~50% C və 10% H) mumiyo neft mənşəli olmasını göstərir. Püskürmə, metamorfik və çöküntü süxurlarda (proterozoydan dördüncü dövrədək) Orta Asiya, Tuva, Baykalətrafı, Qafqaz və b. rayonlarda rast gəlinir. Tibbdə istifadə edilir. Sinonim: Dağyağı, Daşyağı. == Mumiyə və onun xəstəliklərin müalicəsində istifadəsi == Mumiyanın kimyəvi və spektrial tədqiqatları göstərmişdir ki, onun tərkibi mikroelementlərlə (xüsusən silisium, alüminium, dəmir, kalsium, maqnezium, manqan, kobalt, qurğuşun, titan, nikel), həmçinin aminturşular və yağ turşuları ilə zəngindir. Aparılan tədqiqatlar mumiyanın yaranma təbiəti haqqında müəyyən məlumatlar əldə etməyə imkan verdi.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Urmiyə
Urmiya və ya Urmiyə (az.-əbcəd اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az.-əbcəd اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.
Hürriyət (Türkiyə qəzeti)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir.Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Suriya–Türkiyə münasibətləri
Suriya–Türkiyə münasibətləri — Suriya Ərəb Respublikası və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.Suriyanın Ankara şəhərində səfirliyi, İstanbul və Qaziantep şəhərlərində konsulluğu, Türkiyənin isə Dəməşq şəhərində səfirliyi, Hələb şəhərində isə konsulluğu vardır. Lakin, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə Suriyadakı səfirini geri çağırmış, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdır. Hələbdə yerləşən konsulluq isə Suriyadakı Türkiyə vətəndaşlarına kömək etmək məqsədilə hələ də fəaliyyətini davam etdirir. 30 may 2012-ci il tarixində Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdur.911 kilometr uzunluğunda quru sərhədinə malik olan bu iki ölkə arasındakı münasibətlər tarix boyu gərginliyi ilə seçilmişdir. Türkiyə tərəfinin fikrinə əsasən Suriya terrora dəstək verən, su mənbələrinin paylanmasında problem yaradan və coğrafi olaraq Türkiyənin ərazi bütövlüyünə müdaxilə edən ölkədir. 1998-ci ildə Adana müqaviləsinin imzalanmasından sonra müsbət mənada inkişaf edən əlaqələr 2011-ci ildə Suriya vətəndaş müharibəsinin başlanması ilə yenidən gərginləşmişdir. 1930-cu illərdə Türkiyə və Fransa müstəmləkəsi olan Suriya arasındakı sərhəddə yerləşən Hatay üzərində haqq iddia etməsi ilə başlayan gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan "su anlaşılmazlıqları" ilə daha da artmış, Suriya hökumətinin PKK və ASALA kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə pik həddə çatmışdır. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsindən sonra əlaqələr nisbətən yaxşılaşmışdır. Lakin, Suriya vətəndaş müharibəsi ərzində Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdır. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-ya təcili toplanma çağırışı etmişdir.
Türkiyə-Suriya sərhədi
Türkiyə-Suriya sərhədi — Suriya Ərəb Respublikası ilə Türk Respublikası arasında müasir dövlət sərhədi. Sərhəd 1939-cu ildə Hatay dövlətinin Türkiyə tərəfindən birləşdirilməsindən sonra müasir formasını alır. Hazırda sərhədin uzunluğu 822 kilometrdir. Sərhəd Mesopotamiyanın şimal hissəsi boyunca uzanır, Fəratı keçib şərqdə Dəclədə dayanır. Təxminən 37-ci paralel boyunca, 37 və 42-ci şərq meridianları arasından keçir. Qərbdə Türkiyənin Hatay ilinin Orontes çayı boyunca bükülür və Suriyanın Əl-Laziqiyyə mühafəzəsindəki Cebel əl-Akra dağı yaxınlığında Aralıq dənizi sahillərinə gedir. == Tarix == Sərhədin meydana gəlməsi Birinci Dünya müharibəsindən sonra 1916-cı ildə Fransa, İngiltərə və Rusiya arasında imzalanmış Says-Piko sazişinə əsasən Osmanlı İmperiyasının bölünməsi nəticəsində meydana gəlir. Sərhəd xətti ilk olaraq Hələb dövlətinin sərhəddi, daha sonra 1930-cu ilə qədər Fransa mandatı altında Suriya Respublikasının sərhəddi, 1946-cı ilə qədər Fransanın təsiri altında olan yeni Suriya Respublikasının sərhəddi, 1958-ci ildən Birləşmiş Ərəb Respublikasının sərhəddi və 1961-ci ildən bəri müasir Suriyanın sərhədi olur. 1916-cı ildə meydana gələn sərhəd xəttindəki yeganə dəyişiklik 1939-cu ildə Hatay vilayətinin Türkiyə tərəfindən ilhaq edilməsi olur. Fransa-Türkiyə müqaviləsinə uyğun olaraq, 20 oktyabr 1921-ci ildə Alexandretta Sanjak, Fransız mandatı daxilində xüsusi bir muxtar inzibati vahid olaraq ayrıldı, çünki ərəblər və ermənilərlə yanaşı, orada da xeyli sayda türk yaşayırdı.
Türkiyə–Suriya sərhədi
Türkiyə-Suriya sərhədi — Suriya Ərəb Respublikası ilə Türk Respublikası arasında müasir dövlət sərhədi. Sərhəd 1939-cu ildə Hatay dövlətinin Türkiyə tərəfindən birləşdirilməsindən sonra müasir formasını alır. Hazırda sərhədin uzunluğu 822 kilometrdir. Sərhəd Mesopotamiyanın şimal hissəsi boyunca uzanır, Fəratı keçib şərqdə Dəclədə dayanır. Təxminən 37-ci paralel boyunca, 37 və 42-ci şərq meridianları arasından keçir. Qərbdə Türkiyənin Hatay ilinin Orontes çayı boyunca bükülür və Suriyanın Əl-Laziqiyyə mühafəzəsindəki Cebel əl-Akra dağı yaxınlığında Aralıq dənizi sahillərinə gedir. == Tarix == Sərhədin meydana gəlməsi Birinci Dünya müharibəsindən sonra 1916-cı ildə Fransa, İngiltərə və Rusiya arasında imzalanmış Says-Piko sazişinə əsasən Osmanlı İmperiyasının bölünməsi nəticəsində meydana gəlir. Sərhəd xətti ilk olaraq Hələb dövlətinin sərhəddi, daha sonra 1930-cu ilə qədər Fransa mandatı altında Suriya Respublikasının sərhəddi, 1946-cı ilə qədər Fransanın təsiri altında olan yeni Suriya Respublikasının sərhəddi, 1958-ci ildən Birləşmiş Ərəb Respublikasının sərhəddi və 1961-ci ildən bəri müasir Suriyanın sərhədi olur. 1916-cı ildə meydana gələn sərhəd xəttindəki yeganə dəyişiklik 1939-cu ildə Hatay vilayətinin Türkiyə tərəfindən ilhaq edilməsi olur. Fransa-Türkiyə müqaviləsinə uyğun olaraq, 20 oktyabr 1921-ci ildə Alexandretta Sanjak, Fransız mandatı daxilində xüsusi bir muxtar inzibati vahid olaraq ayrıldı, çünki ərəblər və ermənilərlə yanaşı, orada da xeyli sayda türk yaşayırdı.
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Suriya-Türkiyə sərhəd divarı
Suriya-Türkiyə sərhəd divarı — Türkiyənin qanunsuz keçidlərin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədində qurduğu 837 kilometrlik divardır. Layihənin məqsədi sərhədləri qanuni olaraq keçməmiş və qeydiyyatdan keçməyən, müvəqqəti şəxsiyyət sənədləri olmayan suriyalı sığınacaq axtaranlara, qaçaqçılara və "terror təşkilatı" üzvlərinə qarşı qorumaqdır. Divar dünyanın ən böyük 3-cü divarı olma xüsusiyyətinə malikdir. == Türkiyə-Suriya sərhədi == Suriya-Türkiyə sərhədi Ankara anlaşması ilə formalaşmış 911 kilometrə bərabər olan Türkiyənin ən uzun hissəsidir və Hatay dövlətinin Türkiyə Respublikasına qoşulması ilə günümüzə qədər gəlib çatıb. == Tikintisi == Ankara sərhəd təhlükəsizliyini artırmaq üçün 2015-ci ildə inşaat layihəsinə başlamışdır. 2016-cı ilin yanvar ayında Hatayın Yayladağ ilçəsindəki Suriya sərhədində beton divarın inşasına başlanıldı. Layihənin maliyyələşdirilməsi müvafiq valiliklər və TOKİ tərəfindən təmin edilmişdir. Divarların hər biri 7 ton ağırlığında, 2 metr enində və 4 metr hündürlüyündədir. 3 metr beton və 1 metr tel hörgüsündən ibarətdir. Divar gözətçi qülləsi, patrul yolu, gücləndirilmiş qəfəs teli, işıqlandırma sistemləri, aktiv sərhəd qoşunları, hava, PUA və hava zirehli nəqliyyat vasitələri, akustik sensorlar, uzaqdan idarə olunan silah sistemləri, lazer silahları, avtomatik aşkarlama proqramları və s.
Türkiyə–Suriya zəlzələsi (2023)
Türkiyə–Suriya zəlzələsi — 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində Türkiyə vaxtı ilə saat 04:17-də (01:17 UTC) baş verən güclü zəlzələ. Zəlzələ Türkiyə və Suriyada ciddi dağıntılara səbəb oldu. == Tektonik quruluşlar == === Geologiya === Zəlzələnin yeri onu Anadolu, Ərəbistan və Afrika lövhələrinin üçlü qovşağının yaxınlığında yerləşdirir. Zəlzələnin mexanizmi və yeri ya Şərqi Anadolu Fay zonasında, ya da Ölü Dəniz Transformasiya Fay Zonasında baş verməsi ilə uyğundur. Şərqi Anadolu Fayı Türkiyənin Egey dənizinə qərbə doğru çıxmasını, Ölü dəniz Transformasiyası isə Ərəbistan yarımadasının Afrika və Avrasiya plitələrinə nisbətən şimala doğru hərəkətini tənzimləyir. Şərqi Anadolu Fayı Anadolu və Ərəb plitələri arasında sərhədi təşkil edən 700 kilometr uzunluğunda (430 mil) sinistral transformasiya fayıdır. Çatışmazlıq şərqdən qərbə doğru ildə 10 mm (0,39 düym) azalan sürüşmə sürətlərini göstərir, burada ildə 1–4 mm (0,039–0,157 düym) kənarlaşma olur. Qırılma 1789 (M 7.2), 1795 (M 7.0), 1872 (M 7.2), 1874 (M 7.1), 1875 (M 6.7), 1893 (M 7.1) və 2020-ci illərdə (Mw 6.8) böyük zəlzələlərə səbəb oldu. Bu zəlzələlər qırılmanın ayrı-ayrı seqmentlərini parçaladı. Şərqdəki seysmik cəhətdən aktiv Palu və Pütürge seqmentləri M 6.8-7.0 zəlzələlər üçün təxminən 150 il təkrarlanma intervalı göstərir.
Apameya (Suriya)
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi. == Tarixi == Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312-281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir.
Böyük Suriya
Böyük Suriya, Tarixi Suriya (ərəb. سوريا التاريخية‎‎), Təbii Suriya (ərəb. سوريا الطبيعية‎ Sūriyā aṭ-Ṭabīʿiyya) və ya Bilad əş-Şam (ərəb. بلاد الشام‎) — adətən bu ərazi indiki Levantı, yəni Suriyanı, Livanı, Türkiyənin Hatay ilini, İsraili, İordaniyanı və Fələstini əhatə edir. Daha geniş tərif ilə "Təbii Suriya" termin Suriya Sosial Milliyyətçi Partiyası (SSMP) tərəfindən də istifadə edilməkdədir.
Geriyə split
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hurilər (Məlikan)
Hurilər (fars. حوري لر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (69 ailə).
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Katana (Suriya)
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Mari (Suriya)
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Quriya Respublikası
Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir. == Arxa plan == Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur.1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı.Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər. == Respublika == Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur. Problemlərin və təkliflərin müzakirə edildiyi kəndli məclislərindən ibarət öz hökumət sistemləri var idi. Məhkəmə sahəsində isə məhkəməyə qatılanlar veriləcək cəzaya səs verə bilirdilər.
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Dürriyə
Dürriyə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Etimologiyası == Toponim talışca "Dıriyə" kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, bu oykonim Talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, "iki yol ayrıcında salınmış kənd" mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Həzi Sovqatov (1972-1994). Kənan Dadaşov (2000-2018).
Hüriyyət
Hürriyyət (ərəb.
Hürriyet
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir.Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Türkiye
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.