1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi.
// Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq.
// Çərçivə.
2. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi.
// Həmin ağ yerdə yazılmış yazı, qeyd.
3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı.
□ Haşiyə çıxmaq – mətləbdən kənara çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq.