Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çirmən döyüşü
Çirmən döyüşü — 26 sentyabr 1371-ci ildə başçılıq etdiyi Osmanlı qüvvələri ilə Vukaşin və Uqleşa (Despot Seres) Mrnyavçeviç qardaşlarının koalisiya ordusu arasında Çirmən (indiki Qərbi Trakyadakı Ormenio) kəndi yaxınlığında Maritsa çayı sahilində baş vermiş döyüş. Filippopolisin Osmanlıların əlinə keçməsindən sonra döyüş qaçılmaz olur. == Nəticə == Serb salnamələrindən biri olan “Rahib Yeşayanın qeydi” serblərlə türklər arasında qarşıdurmanı başlatmaq üçün bəhanə olaraq kral Uqleşanın qardaşı Vukaşinlə birlikdə türkləri Makedoniya və Trakyadan qovmaq niyyətindən bəhs edir. Sürpriz gecə hücumu sayəsində Osmanlılar böyük bir qələbə qazanırlar. Bunun əsas səbəbi birləşmiş xristian ordusunda düzgün nizam-intizamın və hərbi mühafizəçinin olmaması idi. Buna görə də türklər düşərgəni faktiki olaraq darmadağın edirlər. Serblərin qeyri-mütəşəkkil müqaviməti yatırılır. Mrniavçeviçi qardaşları əsgərləri həlledici mübarizəyə sövq etmək cəhdlərinə baxmayaraq, gecə döyüşündə həlak olurlar. Döyüşdən sonra Makedoniyanın Osmanlı fəthi başlayır və bir çox yerli bolqar, serb və yunan hökmdarları Sultanın vassalı olurlar.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. == Süjet xətti == Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
And içirəm, əzizim (film, 2016)
And içirəm əzizim (Rom: Sanam Teri Kasam) 2016-cı ildə Radhika Rao-Vinay Sapru duetinin rejissoru olduğu və Dipak Mukutun prodüseri olduğu Hindistan romantik faciə filmidir. Baş rollarda Harshvardhan Rane və Mawra Hocane oynamışdırlar. Film Erik Seqalın “Məhəbbət hekayəsi” romanının müasir versiyasıdır. Filmdə Sarasvatinin atası onu evdən qovduqdan sonra İnder heç nəyə baxmayaraq onun yanında dayanır və bu, onları bir-birinə yaxınlaşdırır. Ancaq taleyin onları ayırmaq üçün özünəməxsus planları mövcuddur.
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Yuzef Çirek
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928 – 3 iyun 2013, Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri. == Erkən illəri == Yuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. == Karyerası == Yuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. Çirek 1955-ci ildə qoşulduğu Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır.Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur. O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir. O, 1981-ci ildə partiya katibliyinə üzv təyin olunmuşdur.