ZƏHƏRLƏMƏK

f.
1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. Qazla zəhərləmək. – Qapıda bağlanmış itin səsi çıxmayırdı.
Deyəsən, onu casus zəhərləmişdi. M.Hüseyn.

□ Özünü zəhərləmək – zəhər qəbul edib özünü öldürmək, özünü öldürmək üçün zəhər içmək.
Xanım knyaginyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi. M.S.Ordubadi.

// məc. Acı, zəhərli söz deyərək, qəlbini incitmək, son dərəcə kədərləndirmək, acılamaq.
2. Zəhər və ya zəhərli maddə qatmaq. Havanı zəhərləmək. Düşmən quyuların suyunu zəhərlədi.
3. Zəhər və yaxud zəhərli maddənin təsiri ilə xəstələndirmək, xəstələnməsinə, pozulmasına, xarab olmasına səbəb olmaq. İçki ilə bədənini zəhərləmək.
4. məc. Korlamaq, xarab etmək, pozmaq, çox pis təsir etmək. Kefini yaman zəhərlədilər.
[Ceyran:] Bu qadın mənim həyatımı zəhərləmişdi. S.Hüseyn.

Синонимы

  • ZƏHƏRLƏMƏK acılamaq — kədərləndirmək
  • ZƏHƏRLƏMƏK korlamaq — pozmaq
  • ZƏHƏRLƏMƏK acılamaq — öldürmək — qırmaq
  • ZƏHƏRLƏMƏK ZƏHƏRLƏMƏK [Tağı əmi:] İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanma qanşır, onu zəhərləyib öldürür (S
ZƏHƏRLƏMƏ
ZƏHƏRLƏNMƏ

Значение слова в других словарях