Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alazan
Alazan çayı — Kürün ən böyük sol qolu olan çay. Alazan (raket) — Kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün nəzərdə tutulmuş 82 mm çaplı sovet istehsalı raket.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Alazan vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Alazan çayı
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla). Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir.
Blaqun buzlağı
Blaqun buzlağı (bolq. ледник Благун, ‘Lednik Blagun’ \'led-nik bla-'gun\) — 13 km uzunluğu, 2.3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Doliye buzlağından cənub-qərbdə, Peyna buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Blaqun şəhərinin adını daşıyır. == Yerləşməsi == Blaqun buzlağı 66°51′00″ c. e. 66°03′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Eilabun qırğını
İlasın mağarası
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir. Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub. Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir. Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir.
İlokun mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.
Alazan Baycan
Alazan Baycan və ya Hacı Həsənzadə ― azərbaycanlı mühacir şair və həkim. Qazax Müəllimlər Seminariyasında, Azərbaycan Dövlət Universitetində və İstanbul Universitetində təhsil alıb. Mühacir kimi Türkiyə və Almaniyada yaşayıb. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib. == Haqqında == Hacı Həsənzadə 1913-cü il may ayının 12-də Qazaxda anadan olub. Orta məktəbi Qazaxda bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub. 1929-cu ildə seminariyanı bitirib bir il müddətində Balakəndə müəllimlik edib. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. 1933-cü ildə universiteti ataraq əvvəlcə İrana, daha sonra isə Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub.
Alazan (raket)
Alazan — Kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün nəzərdə tutulmuş 82 mm çaplı sovet istehsalı raketdir. == Tarixi == İlk nümunələr 1960-1970-ci illərdə Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutunda akademik E. K. Fedorovun rəhbərliyi altında mütəxəssislər qrupu tərəfindən hazırlanmışdır. İstehsalçı: Çeboksarı adına İstehsalat Birliyi. Çapayevin sözlərinə görə, istehsal həcmi ildə 3 min ilə 120 min dolu əleyhinə raket arasında dəyişirdi. == Raketlərin növləri == "Alazan-1" — 1961-ci il. "Alazan-2 (1-ci)" — 1972-ci il. "Alazan-2М" — 1972-ci il. "Alazan-5" — 1996-cı il. "Alazan-6" — 2000-ci il. "Alazan-9" — 2011-ci il.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Lazur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Mariya Lazuk
Mariya Lazuk (15 oktyabr 1983) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Mariya Lazuk Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Sancağabənzər plaun
Sancağabənzər plaun (lat. Lycopodium clavatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin plaun cinsinə aid bitki növü.
Yastılanmış plaun
Yastılanmış difaziastrum (lat. Diphasiastrum complanatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin difaziastrum cinsinə aid bitki növü.
Alazan-Həftəran vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Alazan-Əyriçay vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Osman ibn Mazun
Osman ibn Mazun (Məkkə – 624 və ya 625, Mədinə, ərəb. عثمان بن مظعون‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. İslamı qəbul edən on üçüncü şəxs, ikinci saleh xəlifə Ömər ibn Xəttabın qaynıdır. Onun tam adı Əbu əl-Saib Osman ibn Məzun ibn Həbib ibn Vəhb ibn Həzafa ibn Cümədir (ərəb. أبو السائب عثمان بن مظعون بن حبيب بن وهب بن حذافة بن جمح‎). O, Qureyş qəbiləsinin Bənu Cümə qəbiləsindən olmuşdur. O, Həvlə binti Həkimlə evlənmişdir. İbn İshaqın dediyinə görə, o, Məkkəli müşriklərin zülmündən yayınmaq üçün Efiopiyaya hicrət edən bir qrup müsəlmana başçılıq etmişdir. Məhəmməd peyğəmbərin Qüreyşlə barışması barədə yalan xəbərdən sonra o, Məkkəyə qayıdır və əmisi Vəlid ibn əl-Muqirənin himayəsində qalır. Osman ibn Məzun 624-cü ildə Mədinədə vəfat etmişdir.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb. Orta və lisey təhsilini İstiklal Makzume Anadolu Liseyində bitirdikdən sonra, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftəiçi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı. İlk kitabı Kamala Eren Qadınlar fevral 2009, ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu. Evli olan İlgün iki uşaq anasıdır.