1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan.
– İlanın ağına da lənət, qarasına da lənət. ( ).
…Ağabala dərviş gürzə ilanları bazar dalına töküb oynadırdı.
[Eyvaz kişi] özünü itirmədi, sağ əli ilə sol qoluna dolanan ilanın boğazından tutub gücü gəldikcə çayın içinə atdı.
□ İlan çalmaq – ilan vurmaq.
Bəziləri də deyirdilər ki, Qara Məliki ilan çalıb öldürüb.
2. məc. Məkrli, xain, acıdil, kinli adam haqqında.
[Knyaz:] Sən də dəf ol ki, hövsələm bitdi; İkiniz bir ilansınız, nankor!
[Sona:] Məni o qara ilan Kamran aldatdı.
[Vaqif:] Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz.
3. məc. İlan kimi qıvrılan, uzanan şey haqqında. İlan yolu.
– [Ələmdar] ilan tatarısını göydə tovlayıb, adam olanın boynuna dolayırdı.
◊ İlan ağzından qurtarmaq – çox təhlükəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qurtarmaq.
İlan ağzından qurtulan quş (qurbağa) kimi – çox təhlükəli, ağır, çıxılmaz vəziyyətdən qurtaran adam haqqında.
Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı.
İlan çalmış kimi, elə bil ilan çaldı – bax ilan vurmuş kimi 2-ci mənada.
…Qara çadralı qız ilan çalmış kimi yerindən sıçradı.
İlan dili çıxartmaq, ilan kimi dil çıxartmaq – acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq.
[Güləndam:] Yusif bəy ilan dili çıxardır, elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir.
Həmzə … Veysin qabağında gərək ilan kimi dil çıxarda, arvad kimi göz yaşı tökə idi.
İlan əlindən qurtarmaq – birini zülmdən, əziyyətdən, istismardan azad etmək.
Bir kimsə tapılmaz yetə savaba; Qurtara fəqiri ilan əlindən.
İlan gözü kimi – çox az, çox zəif, hissedilməz.
[Veys] astaca ora yaxınlaşdıqda ilan gözü kimi işıq süzüldüyünü sezib, qulağını qapıya dayayaraq qulaq asdı.
İlan mələyən – çox isti, quraq və susuz. İlan mələyən çöllər.
İlan vuran ala çatıdan qorxar məsəl – başına gəldiyi üçün çox ehtiyatlı, tədbirli hərəkət edən adam haqqında.
[Hacı Əhməd:] O səbəbə ki ilan vuran ala çatıdan qorxar.
İlan vurmuş kimi – 1) əziyyətdən, ağrıdan çapalayan, qovrulan adam haqqında.
Ala pişik bığlarını eşərək yerin ortasında yatmışdı, çünki bu gecə Kosanın yuxusu ilan vurmuş kimi kəsilmişdi. ;
2) birdən sıçrayaraq, dik atılaraq, hövlnak.
Yasavulbaşı ilan vurmuş kimi yerindən sıçradı.
İlana ağı vermək – xəlvəti, əl altından təhrik etmək, gizlindən öyrədib qızışdırmaq.
İlanın quyruğunu basmaq – birini qəzəbləndirmək, hirsləndirmək.
[Hacı Tağı:] İndi adam vurub öldürmək vaxtı deyil, ilanın quyruğunu niyə basaq?
Dili ilanı yuvadan çıxardır – bax dil 1 Elə bil ilan qovub – çox tələsik, təngnəfəs, nəfəsi qaralmış halda.
[Əziz] hər gecə səhər alaqaranlığında elə gəlir ki, elə bil uşağı ilan qovub.