Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 213 nəfərdir. == Toponimiyası == Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. == Həyatı == Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Qılman İmanlı
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). == Həyatı == Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Əlinasir İmanlı
Əlinasir Fərzulla oğlu İmanlı (19 yanvar 1962, Xıllı, Salyan rayonu) — Azərbaycan publisist və rejissoru. == Həyatı == Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib. Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İnstututda qalaraq elmi işçi kimi çalışıb. == Kitabları == Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh.
Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. == Həyatı == Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İmamlı
İmamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Tarixi == Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. Qəbələ Oğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
Amanlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İlanlı (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Poldəşt)
İlanlı (fars. ايلانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 414 nəfər yaşayır (85 ailə).
İlanlı (Qobustan)
İlanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun İlanlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şıxzahırlı kəndi mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların ehtimalına görə, oykonim türkdilli ilanlı tayfasının adı ilə bağlıdır. Türkmənlərin ersarı tayfasının bir qolu da ilanlar adlanır. Belə güman etmək olar ki, həmin tayfanın totemi ilan olduğu üçün bu adı daşımışdır. Eyniadlı yaşayış məntəqələri Cənubi Sibirdə, Səmərqənd vilayətində və Ermənistanda da qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 47 nəfər əhali yaşayır.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. == İnşa tarixi == Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
İmamlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmamlı məhəlləsi
İmamlı və ya İnamlı məhəlləsi — Gəncədə yerləşən qədim məhəllələrdən biri. == Haqqında == Məhəllənin adı bəzi mənbələrə görə İmamzadəyə gedən yolun buradan keçdiyinə görə belə adlandırılmışdır. Digər mənbələrə görə isə bu əraziyə Şah Abbas tərəfindən Əfşar tayfalarından olan İmanlılar yerləşdirildikləri üçün məhəllə belə adlanıb. Eyni adlı məhəllələrə Azərbaycanın Şamaxı və Bərdə şəhərlərində də rast gəlinir. İmamlı məhəlləsi şimaldan Molla Cəlilli (1905-ci ildən sonra), şərqdən Mürsəl ocağı qəbiristanlığı, cənubdan Əttarlar, qərbdən Şah Abbas meydanı və Dördyol məhəllələri ilə əhatələnmişdi. İmamlı məhəlləsinin sakinləri ticarət, sənətkarlıq (əsasən boyaqçılıq, şərbafçılıq, dulusçuluq) və xırda xidmət sahələrində (pirkeşiklik, odabaşılıq, arabaçılıq və s.) çalışırdılar. 1804-cü ilin mayında burada 39 ev, 226 nəfər (109 kişi+117 qadın) əhali qalmışdı. XX əsrin əvvəllərində isə İmamlıdakı ailələrin sayı 980-ə çatmışdı. İmamlı məscidi məhəllənin sayılan nəsillərindən birinin başçısı Hacı Saatlının vəsaiti hesabına tikildiyindən «Hacısaatlı məscidi» kimi də tanınırdı. Məhəllənin üzüm bağları əsasən Gəncəçayın sol sahili boyunca salınmışdı.
İnanlı oymağı
İnanlı oymağı — Şahsevən elinin qədim və böyük qollarından biri. == Tarixi == Meşkin bölgəsində yaşam sürürdü. Öncə Şamlı elinə bağlı idi. Avşar boyundan çıxmadır. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, keyikli, yurtçu, dursunxocalıdır. == Oymağın tanınmış nümayəndələri == İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı. İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir. İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.
İlanlı (kənd)
İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. == Tarixi == 1728-ci ildən mə'lumdur1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. . == Toponimi == Azərbaycanda və Ermənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı Təpə (Qoşaçay)
İlanlı Təpə (fars. ايلانلوتپه‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (63 ailə).
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlarMücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair.Yaşayış məntəqələriAranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsiAranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Divanlı
Divanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Divanlı Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir. Oykonim türkdilli duvanlı tayfasının adı ilə bağlıdır.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Aranlı (İmişli)
Aranlı (keçmiş adı: Poltavka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Poltavka kənd inzibati-ərazi vahidi tərkibindəki Poltavka kəndi Aranlı kəndi, Poltavka kənd inzibati-ərazi vahidi Aranlı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 7145 nəfərdir ki, onun da 3593 nəfəri kişi, 3552 nəfəri isə qadındır. == Din == Kənddə İmam Əli adına "Cümə" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Milanlı
Milanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Milanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra (1828) Türkiyədən köçüb gəlmiş kürddilli milanlı tirəsinin adındandır. == Əhalisi == Əhalisi kürddilli milanlı tayfasına mənsubdur.
Osmanlı
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Siçanlı
Yaşayış məntəqələri ErmənistanSiçanlı (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Siçanlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur. Təzəkəndin yanında yerləşmişdir.TürkiyəSıçanlı (İğdır) — İğdır ilinin Merkez ilçesine bağlı bir kənd.ToponimSiçanlı (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Siçanlıdağ — Kəlbəcər rayonunda dağ. Siçanlı — Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində yer adı. Siçanlı yalı — Tovuz rayonunun Qaralar kəndində yer adı.
Aranlı bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aminli
Aminli (Nir)
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.