Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
İttiham
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Qazaxıstanda intihar
Qazaxıstanda intihar — ölkədə qeyri-təbii ölümün ümumi səbəbi və uzun müddətli bir sosial problemdir. Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatına görə, dünyada hər il intihar səbəbindən ölənlərin sayının 3.23% -i Qazaxıstana aiddir. Yeniyetmə və gənc yaşlıların intiharı ölkədə böyük bir problemdir. Qazaxıstanda bütün ölümlərin 12,2% -ni intihar təşkil edir. Qazaxıstandakı Psixoanalistlər Assosiasiyasının prezidenti Anna Kudiyarova deyir ki, əksər hallarda kişilər özünü asaraq öldürürlər. Qadınlarda, dərman həbləri apteklərdə mövcud olduğu üçün ilk növbədə gəlir. Silahlı intihar hərbçilər və polislər arasında geniş yayılmışdır . Tez-tez orduda intihar səbəbi təhlükəlidir. 15 yaşdan 19 yaşa qədər qızlar arasında ölkədə qeydə alınan intiharların sayı ən yüksəkdir və oğlanlar üçün bu, Rusiyadan sonra ikinci ən yüksəkdir. UNİCEF-in 2009-cu il hesabatında 1999-2008-ci illər arasında ölkə gəncləri arasında intihar hadisələrinin sayının 23% artdığı göstərilir.
İnfitar Surəsi
82-ci surə əl-İnfitar (Parçalanma) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surənin adı ilk ayətdə işlənən infitar sözündən götürülmüşdür.
İntihar hücumu
İntihar hücumu və ya kamikadze hücumu bir aktivistin daşıdığı partlayıcı maddələrdən istifadə edərək özünü öldürməsi və ətrafına ziyan vurmasıdır. Bu hərəkəti edən şəxsə çox vaxt “canlı bomba” və ya “intiharçı” deyilir. Tarixdəki ilk intihar hücumları, yaponların müharibələrdə həyata keçirdikləri kamikadze hücumlarıdır. 1980-ci illərdən bəri intihar hücumları silahlı təşkilatlar tərəfindən sistematik olaraq istifadə olunur. Canlı bombanın əməliyyatda ölmədiyi təqdirdə əməliyyatın uğursuz hesab olunmasına görə intiharçının ölməsi bu əməliyyatların vacib şərtidir. Bu gün silahlı təşkilatlar adətən bu vasitəni son çıxış yolu kimi görürlər və ictimaiyyətdə səs yaratmaq və qorxu mühiti formalaşdırmaq məqsədi ilə belə əməliyyatlar icra edilir.
İntihar meşəsi
Aokiqaxara (yap. 青木ヶ原, "Yaşıl ağaclı düzənlik"); həmçinin Dzyukay (yap. 樹海, "Ağaclar dənizi") — Yaponiyanın Honşu adasında, Fudzi dağı ətəyində yerləşən meşə. 864-cü ildə Fudzinin püskürməsi nəticəsində dağın şimal-qərb yamacında sahəsi 40 km² olan lava yaylası meydana gəldi. Məhz bu ərazidə sonradan, tədricən çox qəribə görünüşə malik meşə meydana gəldi. Ərazidəki ağacların kökləri bərk lava örtüyünü dəlib keçə bilmədiyindən torpaq səthdə qəribə forma almışlar. Meşənin yerləşdiyi bölgənin relyefi çox parçalanmışdır və ərazidə çoxlu mağaralara rast gəlmək olar. Bəzi mağaraların uzunluğu yüzlərcə metr olur. Ümumən, meşənin meydana gəlmə tarixi təxminən 1200 il hesab olnur. Ehtimal olunur ki, meşə altında zəngin dəmir filizi yataqları mövcuddur.
İntiqam Abbasov
İntiqam Abdullayev
İntiqam Atakişiyev
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var. O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır. Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir. İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib. 1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib. 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.
İntiqam Ağayev
İntiqam Bəşirov
İntiqam Camaləddinov
İntiqam Hacılı
İntiqam Hacılı, (d.24 fevral 1978, Biləsuvar) — Azərbaycanlı kino rejissoru, prodüseri və ssenaristi. 2017-ci ildə rejissoru olduğu "Göllərin arasında" ("Между озерами", "Among The Lakes") sənədli film layihəsi Riqada keçirilən "Artdocfest" Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib. Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının (Fransa), 2021-ci ildə isə "Moskovskaya premyera" Kino Festivalının (Rusiya) iştirakçısı olub. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq, QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb. 2022-ci il 2 avqustda - Milli kino günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən "Müstəqil kinonun inkişafındakı xidmətlərinə görə" nominasiyasında mükafatlandırılıb. Uzunömürlü Məcid Ağayevin nəvəsi olan İntiqam Hacılının ata-anası Lerik rayonun Tikəband kəndindən ilk əvvəl Lənkəran şəhərinə, bir müddət sonra isə Salyan rayonuna, oradan isə 1975-ci ildə Biləsuvar rayonuna gəliblər. İntiqam Hacılı 1978-ci il fevral ayının 24-də Biləsuvar rayonun İran sərhədi yaxınlığında yerləşən kolxoz düşərgəsində anadan olub. 1996-cı ildən 2022-ci ilin may ayına qədər Bakıda yaşayaraq kino və teatr sahəsində fəaliyyət göstərib. 2022-ci ilin may ayından 2024-cü ilin fevral ayına qədər Lənkəran Dövlət Dram Tetarında direktor müavini və direktor vəzifəsini icra edib. Onun dövründə teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişiklər olub.
İntiqam Hacıyev
İntiqam Kərimov
İntiqam Mahmudov
İntiqam Mehdizadə
İntiqam Mehdizadə (14 fevral 1945, İsmayıllı – 8 iyun 2022) — yazıçı-publisist, jurnalist, ssenarist. İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır. Hal-hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyir. Evlidir, iki övladı, dörd nəvəsi var.
İntiqam Mənsimli
İntiqam Rövşən oğlu Mənsimli (5 iyun 1998; Kəngərli, Tərtər rayonu, Azərbaycan — 17 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İntiqam Mənsimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Mənsimli 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İntiqam Qasımov
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
Köməkli intihar
Köməkli intihar — başqasının köməyi ilə intihar aktı. Bir çox yurisdiksiyalarda bir insanın intihar edərək ölməsinə kömək etmək cinayətdir. Köməkli intiharın qanuni olduğu əksər ölkələrdə fərdlər müəyyən meyarlara cavab verməlidirlər. Bunlara ölümcül xəstəliyə sahib olmaq, sağlam düşüncəli olduqlarını sübut etmək, ölmək arzusunu könüllü və dəfələrlə ifadə etmək, müəyyən edilmiş ölümcül dozanı özlərinin əl ilə qəbul etməsi daxildir. Qanunların əhatə dairəsi yerdən yerə dəyişir. Birləşmiş Ştatlarda köməkli intihar sadəcə yaşamaq üçün altı ay və ya daha az müddətə malik olanlar üçündür. Almaniya, Kanada, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Belçika və Niderland kimi digər ölkələrdə ölümcül diaqnoz tələb olunmur və könüllü evtanaziyaya əlavə olaraq icazə verilir.
Güzgüdə ittiham
Güzgüdə ittiham (həmçinin güzgü siyasəti, güzgü təbliğatı, güzgü təsviri təbliğatı və ya güzgü arqumenti adlanır) — adətən nifrət nitqinin qızışdırılması kontekstində istifadə edilən bir texnika. Burada insan özü üçün olan niyyətləri və/yaxud həyata keçirmə prosesində olan hərəkətləri yalandan rəqiblərinə aid edir. Bu, dehumanizasiya ilə yanaşı, məsələn, Holokost və Ruanda soyqırımılarında olduğu kimi soyqırımın həyata keçirilməsinə töhfə verən soyqırımına təhrikin dolayı və ya üstüörtülü formalarından biri kimi göstərilmişdir. Güzgüdə ittiham kollektiv özünümüdafiəyə müraciət etməklə fərdi qətlin müdafiəsinə özünümüdafiə olaraq yanaşmaq kimi, soyqırıma haqq qazandırmaq üçün istifadə olunur.
İntiqam əlbisəsi
İntiqam əlbisəsi Uels şahzadəsi Diananın 1994-cü ildə Serpentin qalereyasında(en) şam yeməyinə geydiyi ziyafət paltarı idi. Paltar, o vaxt Uels şahzadəsi olan əri Çarlzın televiziyada xəyanət etdiyini etiraf etdiyi üçün Diana tərəfindən "intiqam almaq üçün" geyindiyi kimi şərh edilmişdir.
Altruist intihar
Özünüfəda, həmçinin altruist intihar — şəxsin başqalarını xilas etmək və ya onlara fayda vermək, qrupun rifahı və ya cəmiyyətin adət-ənənələrini və şərəfini qoruyub saxlamaq üçün öz həyatını qurban verməsi. Həmişə qəsdən həyata keçirilir. Xeyirxah intihar insanın daha böyük xeyir üçün öz həyatını fəda etməsini ifadə edir. Belə bir fədakarlıq müəyyən bir hərəkəti yerinə yetirmək üçün və ya cəmiyyətdə təbii tarazlığı saxlamaq üçün edilə bilər. Emil Durkhaym özünün "İntihar: Sosiologiyada tədqiqat" kitabında altruist intiharı cəmiyyətlə ifrat inteqrasiyanın məhsulu kimi görmüşdür. Kitabında real həyat nümunələri arasında "ailəsi/ictimaiyyəti/ölkəsi uğrunda döyüşə getməyi seçən əsgər" daxildir. Bununla belə, bu cür kateqoriyalaşdırma mübahisəli olaraq qalmışdır, çünki bu cür hərəkətlərin cəsarətini aşağı salırdı. Durkhayma görə, altruist intihar eqoist intihar, fatalist intihar və anomik intiharla ziddiyyət təşkil edir. Bunun əksinə olaraq, bir dövlətin gücü ilə törədilən "qurban" yevgenika və ya kütləvi qətl adlandırılır, lakin başqa bir şəkildə "məcburi əhali məhdudiyyətləri" və ya "əhali nəzarəti" kimi adlandırıla bilər. == Etiraz forması kimi == === Tibetdə === 2022-ci ilin may ayına olan məlumata görə, 160 rahib, rahibə və adi insan Tibetdə özünü yandırmışdır.
İntihar (dəqiqləşdirmə)
İntihar