İntiqam Atakişiyev

İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.

İntiqam Atakişiyev
İntiqam Vahid oğlu Atakişiyev
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Tüntül, Qəbələ rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 1992 –
Rütbəsi
Polkovnik
Döyüşlər Qarabağ müharibəsi
 • Murovdağ əməliyyatı
 • Ağdam uğrunda döyüş
 • Qubadlının azad edilməsi
 • Tərtər əməliyyatı
Təltifləri
"Qızıl Ulduz" medalı — 1995
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "Vətən uğrunda" medalı — 2014 "İgidliyə görə" medalı — 2011 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var.

O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır.

Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.

O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib. Onu, "N" saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər. Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

  1. "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 04.04.1992. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.04.1995.
  2. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  3. "Prezident DSX-nın qulluqçularını təltif etdi". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.