İTTİFAQ
İY
OBASTAN VİKİ
İttiham
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.
İttiham aktı
İttiham aktı istintaqın hazırlıq prosesinin ictimai iddianın başlanması üçün kifayət edəcək səviyyəyə çatdığı başa düşüldükdən sonra prokurorun iddia qaldırdığını bildirən yazılı sənəddir. İttiham aktı, müttəhimin hansısa günahını üzə çıxarmaq üçün onun haqqında hazırlanmış sənəddir. Qanun, qanunla səlahiyyətlər verilmiş orqanlar və şəxslər tərəfindən irəli sürülən və dəstəklənən qanun pozuntularının ittihamında nəzərdə tutur. Adətən, ittihamın irəli sürülməsindən sonra ya cinayət və ya digər məsuliyyətə cəlb edilmiş şəxsin təqsirinin sübuta yetirilməsində ifadə olunan dəstək, ya da ittihamın rədd edilməsi ilə müşayiət olunur.
Güzgüdə ittiham
Güzgüdə ittiham (həmçinin güzgü siyasəti, güzgü təbliğatı, güzgü təsviri təbliğatı və ya güzgü arqumenti adlanır) — adətən nifrət nitqinin qızışdırılması kontekstində istifadə edilən bir texnika. Burada insan özü üçün olan niyyətləri və/yaxud həyata keçirmə prosesində olan hərəkətləri yalandan rəqiblərinə aid edir. Bu, dehumanizasiya ilə yanaşı, məsələn, Holokost və Ruanda soyqırımılarında olduğu kimi soyqırımın həyata keçirilməsinə töhfə verən soyqırımına təhrikin dolayı və ya üstüörtülü formalarından biri kimi göstərilmişdir. Güzgüdə ittiham kollektiv özünümüdafiəyə müraciət etməklə fərdi qətlin müdafiəsinə özünümüdafiə olaraq yanaşmaq kimi, soyqırıma haqq qazandırmaq üçün istifadə olunur.
Uşaqlar ittiham edir (film, 1989)
Film Sumqayıt şəhərində kimya zavodlarının tüstüsündən zəhərlənib tələf olanların acınacaqlı taleyindən bəhs edir. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Rauf Nağıyev Operator: Yuri Varnovski Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348-350.
İttihamnamə
İttihamnamə — prosessual sənəd. İttihamnamədə iş üzrə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin ittihamının formulu və işin məhkəmə aidiyyətinə görə verilməsi üçün prokurora göndərilməsi haqqında müstəntiqin (təhqiqat aparan şəxsin) son qərarı şərh edilir və əsaslandırılır. Azərbaycanda ittihamnamə istintaq qurtardıqdan sonra tərtib edilir. Иттиһамнамә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 21.

Значение слова в других словарях