Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnqilab
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" - "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. == Anlayışlar == == Risk faktorları == === Psixi xəstəliklər === === Əvvəlki cəhdlər və özünə zərər === Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. === Maddə istifadəsi === === Qumarbazlıq === Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Azərbaycanda intihar
Azərbaycanda intihar — == Arxa plan == === Ölkə qanunvericiliyi === === Dini fikirlər === VIII əsrdən Azərbaycanda yayılmış İslam dinin müqəddəs kitabında qeyd edilir: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (Ən-Nisa surəsi) Əbu Hüreyrə başqa bir rəvayətlə Məhəmməd peyğəmbərin belə dediyini nəql edib: "Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar". Şərqi pravoslav kilsəsinə görə intihar Tanrının fiziki həyat hədiyyəsinin rəddi hesab edilir. Roma-Katolik kilsəsi teologiyasına görə intihar "Öldürməyin" əmrinə zidd olan günahdır. == Statistika == === Ölkə statistikası === Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur (2013-cü il məlumatı). Mütəxəssislərə görə rəsmi statistikada qeyd edilən rəqəmlər əslində “daha yüksək” olmalıdır, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır. Psixoloq Elnur Rüstəmova görə insanlar daha çox diqqət cəlb etmək üçün “göstərişli intiharlara” əl atır.
Ağ inqilab
Ağ inqilab - İranda Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə keçirilən islahat. "Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962 ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır. 1) Bütün ölkədə torpaq islahatının keçirilməsi. 2)meşələrin milliləşdirilməsi. 3)torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması. 4)məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi. 5)işçilərin müəssisələrin gəlirlərində iştirakı 6) Kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpusunun" yaradılması. Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə — Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədi ilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədi ilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən "Permanent inqilab" əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. == Ədəbiyyat == Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Qazaxıstanda intihar
Qazaxıstanda intihar — ölkədə qeyri-təbii ölümün ümumi səbəbi və uzun müddətli bir sosial problemdir. Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatına görə, dünyada hər il intihar səbəbindən ölənlərin sayının 3.23% -i Qazaxıstana aiddir. Yeniyetmə və gənc yaşlıların intiharı ölkədə böyük bir problemdir. Qazaxıstanda bütün ölümlərin 12,2% -ni intihar təşkil edir. == Ümumi məlumat == Qazaxıstandakı Psixoanalistlər Assosiasiyasının prezidenti Anna Kudiyarova deyir ki, əksər hallarda kişilər özünü asaraq öldürürlər. Qadınlarda, dərman həbləri apteklərdə mövcud olduğu üçün ilk növbədə gəlir. Silahlı intihar hərbçilər və polislər arasında geniş yayılmışdır . Tez-tez orduda intihar səbəbi təhlükəlidir. == Statistika == 15 yaşdan 19 yaşa qədər qızlar arasında ölkədə qeydə alınan intiharların sayı ən yüksəkdir və oğlanlar üçün bu, Rusiyadan sonra ikinci ən yüksəkdir. UNİCEF-in 2009-cu il hesabatında 1999-2008-ci illər arasında ölkə gəncləri arasında intihar hadisələrinin sayının 23% artdığı göstərilir.
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Seksual inqilab
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat. == Tarixi == Termin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir. 20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi. 1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu prosses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Yaşıl İnqilab
Yaşıl inqilab termini ilk dəfə 1968-ci ildə ABŞ BİA-nın keçmiş direktoru Vilyam Qaudom tərəfindən daxil edilmişdi . Yaşıl inqilabın əsası 1943-cü ildə Meksikada hökumətin və Rokfeller Fondunun kənd təsərrüfatı proqramını irəli sürməsiylə qoyulmuşdu. 1951-1956-cı illər arasında Meksika özünü taxılla tamamilə təmin etdi və taxıl ixracına başladı. Bu illər arasında taxılın məhsuldarlığı 3 dəfədən çox artdı.
İnqilab Nadirov
İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu – 16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı və fəaliyyəti == İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur. 1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir. Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.
İnqilab Nəsirov
İnqilab Maşallah oğlu Nəsirov (3 sentyabr 1963, Kolanı, Şahbuz rayonu – 6 yanvar 2021) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi. == Həyatı == İnqilab Nəsirov 3 sentyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1980–1981-ci illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983–1986-cı illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili, 1994–1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil, 1997–2001-ci illərdə Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri, 1998–2001-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2001–2003-cü illərdə Səbail Rayon Məhkəməsinin sədri, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004–2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005–2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007–2010-cu illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Ailəlidir, 2 övladı var. 06.01.21 tarixində covid-19'a yoluxması nəticəsində dünyasını dəyişmişdir.
İnqilab Quliyev
İnqilab Çingiz oğlu Quliyev (d. 1983; Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub. İnqilab Quliyev ailəli idi; iki oğlu yadigar qalıb. == Hərbi xidməti == Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
İnqilab Qədirbəyli
İnqilab Tofiq oğlu Qədirbəyli (10 mart 1995; Salyan, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İnqilab Qədirbəyli 1995-ci il martın 10-da Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İnqilab Qədirbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İnqilab Qədirbəyli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İnqilab Qədirov
İnqilab Tofiq oğlu Qədirbəyli (10 mart 1995; Salyan, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İnqilab Qədirbəyli 1995-ci il martın 10-da Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İnqilab Qədirbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İnqilab Qədirbəyli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
İnqilab İsgəndərov
İnqilab Bəybala oğlu İsgəndərov (5 may 1945, Şamaxı rayonu) — kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Bəybala oğlu İsgəndərov 1945-ci ilin may ayının 5-də Şamaxı rayonunun Böyük Xınıslı kəndində anadan olmuşdur. Şamaxı şəhərində 1 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Torpaqşünaslıq və Aqrokimya şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində və Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. Kənd təsərrüfatı elmləri namizədidir. 1982–1997-ci illərdə partiya və sovet orqanlarında çalışmışdır. Bu müddətdə o Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsində təlimatçı, Göyçay rayon aqrar-sənaye birliyinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, Azərbaycan Kommunist Partiyası Şamaxı rayon komitəsinin birinci katibi, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Məclisində referent və bölmə müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin (Ali Sovetin) deputatı olmuşdur. Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən indiyə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində işləyir.
İnqilab İsmayılov
İnqilab İsmayılov (24 fevral 1962, Xocalı, DQMV – 12 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. O, 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. Xarkov şəhərində xidmətini başa vuran İsmayılov 1984-cü ildə Xocalıya dönmüş və sovxozda traktorçu işləmişdir. == Döyüşlərdə iştirakı == İnqilab İsmayılov 1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək Xocalı soyqırımını törətdilər.
İnqilab Şəmiyev
İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-ci ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə ölmüşdür. İnqilab Şəmiyevin 2 övladı var. == Əmək fəaliyyəti == 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini; 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ; 1985–1990-ci illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi; 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi; 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi, == Siyasi fəaliyyəti == İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur.