Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
İnsanlıq tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünürBəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Anar İsaxlı
Anar Rəsul oğlu İsaxlı (30 may 1997, Cəmilli, Tərtər rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Neandertal insanı
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca “homo sapiens” növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar “homo sapiens neandertalensis” adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: “homo sapiens neandertalises”in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Piltdaun insanı
Piltdaun insanı (ing. Piltdown Man) – XX əsrin ən məşhur mistifikasiyalarından biridir. Sümük fraqmentləri (kəllə və alt çənə sümüyü) 1912-ci ildə İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Piltdaun çınqıllı karyerdə aşkar olunmuş və insan-meymun arasında təkamül etmiş naməlum ibtidai insanın daşlaşmış qalıqları kimi nümayiş olunmuşdur. Tapılmış qalıqlar uzun müddət mübahisə obyektinə çevrilmişdir.Lakin 1953-cü ildə tapılmış qalıqların müasir insanın tam inkişaf etmiş kəllə sümüyünün oranqutanın alt çənə sümüyünə yapışdırılması sübut olunmuşdur. 18 dekabr 2012-ci ildə “piltdaun insanı”nın sirrinin 100 illiyi olmuş və bu hadisə ilə əlaqədar London Geologiya Cəmiyyətində xüsusi konfrans keçirilmişdir.. Bu konfransda tarixçilər, geoloqlar və antropoloqlar həm tapıntı, həm də yeni texnologiyalar vasitəsilə piltdaun insanının analizləri üzrə işlərin bərpası ilə əlaqədar müasir alimlərin mübahisəli baxışlarını müzakirə etsələr də, sonda məhz bu saxtakarlığın məhz kim tərəfindən və hansı motivdə edilməsi dəqiq müəyyənləşməmişdir.. Tədqiqatların hələ də aparılmasına baxmayaraq, alimlər 15 nəfərin bu saxtakarlıqda iştirak etdiklərini tapdıqlarını bildirirlər. Şübhəli bilinənlər arasında məşhur ingilis yazarı Artur Konan Doyldan sümükləri ilk aşkar etmiş adi həvəskar arxeoloq Çarlz Dousona kimi şəxslər vardır.. == Tapıntının tarixi == 15 fevral 1912-ci il tarixində Britaniya muzeyinin geologiya şöbəsinin baxıcısı Artur Smit Vudvord həvəskar arxeoloq Çarlz Dousondan məktub alır. Douson məktubunda Piltaunda yerləşən çınqıllı karyerdə insanabənzər varlığın kəllə sümüyünün bir hissəsini tapması haqda məlumat vermişdir.
Vitruvius insanı
Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır. Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir. Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir.
İnallı (Nir)
İnallı (fars. ايناللو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (47 ailə).
İnanlı oymağı
İnanlı oymağı — Şahsevən elinin qədim və böyük qollarından biri. == Tarixi == Meşkin bölgəsində yaşam sürürdü. Öncə Şamlı elinə bağlı idi. Avşar boyundan çıxmadır. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, keyikli, yurtçu, dursunxocalıdır. == Oymağın tanınmış nümayəndələri == İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı. İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir. İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.
İş insanı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
İnsanlıq əleyhinə cinayətlər
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
İnsanlıq əleyhinə cinayət
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
İnsaf (qəzet)
İnsaf qəzeti — 1913-cü ildən nəşr olunan qəzet. == Tarixi == Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı. «İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi . «İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır.
İnsaf qəzeti
İnsaf qəzeti — 1913-cü ildən nəşr olunan qəzet. == Tarixi == Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı. «İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi . «İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır.
İsalı (Gədəbəy)
İsalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. == Tarixi == == Toponimikası == İsalı oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarında Qazax qəzasının Qıraq Salahlı kəndindən İsa adlı şəxs bir qrup ailə ilə birlikdə Gədəbəyə qaçmış və Qızıltorpaq adlı yerdə məskunlaşmışdı. Bir qədər sonra oraya köçürülən ruslar Saratovka və İvanovka kəndlərini yaratdılar. İsa isə öz övladları ilə oranı tərk edərək indiki kəndin ərazisində məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdı. Kəndin əhalisinin böyük əksəriyyəti İsanın oğullarının nəsilləridir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 337 nəfər əhali yaşayır.
İsalı (Urmiya)
İsalı (fars. عيسي لو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər. yaşayır (21 ailə).
Aşk İnsanı Değiştirir
Aşk İnsanı Değiştirir — Yıldız Tilbənin 2009-cü ildə çıxardığı 13-cü albomu.
Pakistan Təhrik-i İnsaf
Pakistan Təhrik-i İnsaf — Pakistanda siyasi partiya.Sədri keçmiş kriket oyunçusu İmran Xandır.
İsalı-i Heydərli (Urmiya)
İsalı-i Heydərli (fars. عیسی‌لوی حیدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (26 ailə).
İsalı-i Zəmi (Urmiya)
İsalı-i Zəmi (fars. عیسی‌لوی زمی‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (24 ailə).
Şafli əməliyyatı
Şafli əməliyyatı (ing. Operation Shufly) — 1962-ci ildən 1965-ci ilə qədər Vyetnam müharibəsinin ilkin mərhələlərində Vyetnam Respublikası Ordusunun (ARVN) qüvvələrinin hərəkətliliyini yaxşılaşdırmaq üçün ABŞ Dəniz Piyadaları Korpusunun əməliyyatı. 15 aprel 1962-ci il tarixindən başlayaraq, döyüş əməliyyatları zamanı hücum dəstəyi və itki evakuasiyası yardımını təmin etmək məqsədilə Mekonq deltasındakı Şokçanq aerodromuna və daha sonra Dananq aviabazasına yerləşdirilən dəniz helikopter eskadrilyaları, əlaqəli texniki xidmət bölmələri və hava hərəkətinə nəzarət dəstələri dörd aydan bir uçuş edirdi. 1965-ci ilin əvvəlində Dəniz Piyadaları Korpusunun orta vertolyot eskadrilyalarının yarısı "Şafli" əməliyyatının bir hissəsi olmuşdu. Əməliyyat 8 mart 1965-ci ildə sona çatmışdı. Bu tarixdə 9-cu Dəniz Ekspedisiya Briqadası ABŞ-nin Cənubi Vyetnama çoxlu sayda nizami döyüş birləşmələri göndərmək öhdəliyinin avanqardı kimi Vyetnama endirilmişdi.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Mənzil İnşaatı Dövlət Agentliyi
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı — (ing. The Korean Peninsuala Energy Development Organization-KEDO) . KEDO-nun əsas fəaliyyəti Şimali Koreyada yüngül su reaktorlarının qurulmasına yönəlib. 1994-cü il ABŞ ilə Şimali Koreya arasında Çərçivə razılaşmasının yerinə yetirilməsi məqsədilə yaradılmışdır. 1995-ci il martın 15-də fəaliyyətə başlamışdır. Üzvləri ABŞ, Yaponiya və Cənubi Koreya.