İNSAFSIZ

sif.
1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz.
İnsafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov.
İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfəndiyev.

// Zərf mənasında.
[Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, İsmət! H.Cavid.

2. Vicdansız, şərəfsiz.
Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı.

// İs. mənasında.
Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi.
Sərt oldu rəftarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim.

Синонимы

  • İNSAFSIZ 1. İNSAFSIZ [Dövlət bəy:] Siz insafsız, Aydın xoşbəxt olduğu qədər mən bədbəxtəm (C.Cabbarlı); BİİNSAF Ömrümün bağçası döndü xəzələ; Biinsaf, bivəfa y
  • İNSAFSIZ vicdansız — şərəfsiz
  • İNSAFSIZ mürüvvətsiz — zalım — qəddar — rəhmsiz
İNSAFLI
İNSAFSIZCA

Значение слова в других словарях

доверя́ться остервене́лый пата́н просветле́ние сродни́ться тень фельетони́стка я́ловеть выи́скивание курбе́т наследи́ть непоме́рность подключи́ться сво́дник спу́тывание трубово́з электроме́тр цесарцы amazonite ethician hooverize percale powder monkey алеть злачный