Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. == Əhalisi == Əhalisi 3699 nəfərdir.
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. == İqsadiyyat == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. == İnfrastruktur == Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Köhnə Hindkəndi
Köhnə Hindkəndi (az-əbcəd. کؤهنه هیندکندی‎, fars. هندی‌کندی قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 206 nəfər yaşayır (67 ailə).
Köhnə univermaq
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. == Tarix == Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Köhnə Çəçqab
Eski Çäçqab — Tatarıstan Respublikası Kaybiç rayonunda kənd. Əhalisi 463 nəfərdir (2010), tatarlar. Kazandan 100 km cənub-qərbdə yerləşir.
Köhnə Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. == Tarixi == Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Köhnə Şəki
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Köhnə Ənzər
Köhnə Ənzər (az-əbcəd. کؤهنه انذر‎, fars. انذر قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 279 nəfər yaşayır (88 ailə).
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həftə İçi qəzeti
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Köhnə Kotam
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. == Tarixi == Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 110 nəfərdir. == Toponimiyası == Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Köhnə Pinakotek
Köhnə Pinakotek (alm. Alte Pinakothek‎) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi. == Tikilməsi == Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir.
Köhnə Pirçəm
Köhnə Pirçəm (az-əbcəd. کؤهنه پیرچم‎, fars. پرچم قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. == Tarixi == Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. == Təhsil == Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Köhnə dudman
Köhnə dudman — 1927-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yazdığı tarixi dram (dramatik dilogiya) . == Süjet == Qəhrəman Pərviz xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır. == Əsərin təhlili == "Köhnə dudman" tamaşası Haqverdiyevin ikinci tarixi oyunudur. Yazıda yazıçı, ədəbi tənqidçi Kamran Məmmədovun 18-ci əsrin feodal lordu Pərviz xanın, onun insan alveri və kəndlilərin zülmünü göstərmişdir. Əhverdiyev, həmçinin, Badal, Eldar, Rəşid və xüsusilə Allahqulu kimi, üsyançı kəndlilərin, intiqam üçün bir susuzluqla cəlb edilmiş döyüşçü kəndlilərin təsvirini yaratmışdır. "Azərbaycan Sovet ədəbiyyatı tarixinin təsviri" (Moskva, 1963) adlı kitabın müəlliflərinə görə, "Köhnə dudman" dramı "kəndlilərin burjua sahibləri sisteminə qarşı mübarizəsi" ilə bağlıdır. Bu oyunda, "Ağacın kölgəsində" adlı oyunla yanaşı, mərkəzi müsbət görünüş Axverdinin erkən əsərlərindən daha inandırıcıdır .
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. == Təsviri == Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. == Qalereya == == Həmçinin bax == Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi == İstinadlar == == Xarici keçid == mes.mctgov.az.
Köhnə çamadanlar
Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir. == Məzmun == Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür. == Film üzərində işləyənlər == Ssenari müəllifi: Sevda Sultanova Rejissor: Saida Haqverdiyeva Görüntü rejissoru: Şahmar Qəhrəmanov Quruluşçu rəssam: Əfşan Əsədova Montaj rejissoru: Rza Almasi Pərqu Bəstəkar: Vüqar Camalov Art director: Tahir Tahiroviç Baş prodüser: Pərvinə İsmayılova İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov == Rollarda == Məmməd Səfa Pərvanə Qurbanova Gülzar Qurbanova Zemfira Əbdülsəmədova Nəsibə Eldarova Zümrüd Qasımova Ülviyyə Əliyeva Zülfiyyə Qurbanova Oksana Rəsulova Zülfiyyə Nəzər Məmmədova Aygün Fətullayeva Rada Nəsibova Zarina Qurbanova Türkay Cəfərli Könül Qasımova Şəfəq Əliyeva Səmimi Fərhad Aqil M. Quliyev Namiq Ağayev Vüqar Hacıyev Cavanşir Məhərrəmov Rəsmiyyə Nurməmmədova Qızılgül Quliyeva Elmira Hüseynova Səriyyə Mansurova Samirə Nəcəfova Rəhim Rəhimov Məmmədşah Təhməzov Yusif Baxşəliyev Yağmur Firuz Aysel Əliyeva Sovqat Səmədova Şəbnəm Hüseynova Amil İbrahimli Səyyad Əliyev Anar Məmmədov Gülər Kərimli Vəfa Hacızadə Fərid Haqverdiyev Məleykə Cəfərova Kamil Əliyev Fatimə Yunusova Habil Əliyev Rəhman Nəhmətov Rüqəyya Quliyeva Hüseynəli Quliyev Sevda Sultanova Anar Məmmədov Uşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.
Sökmən bəy
Müinəddövlə Sökmən bəy (1098-1104) – Artuqlu sülaləsindən Türk sərkərdəsi və hökmdarı. == Həyatı == Atası Artuq bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı. 1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi. May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi. Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. == Ümumi məlumat == Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Talan
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Yalan
Yalan — bilə-bilə (yaxud bilməyərəkdən) ifadə olunmuş məlum həqiqətə uyğun olmayan iddia. == Quran və hədislərdə yalan barədə == İslamda yalan böyük günahlardan hesab olunur.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. == Həyatı == Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kömək (Ərdəbil)
Kömək (fars. كمق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (34 ailə).
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.
Kömək siqnalı
Kömək üçün siqnal və ya məişət zorakılığı halında yardım siqnalı — bir əllə verilə bilən beynəlxalq universal yardım siqnalıdır. Bu jest video zəng zamanı və ya şəxsən bir əllə göstərilə bilər və başqalarına təhlükə hiss etdiyinizi və köməyə ehtiyacınız olduğunu bildirə bilər. Siqnal COVID-19 pandemiyası zamanı tətbiq edilən özünütəcrid tədbirləri ilə bağlı bütün dünyada məişət zorakılığı hallarının artması ilə mübarizə üçün bir vasitə kimi yaradılmışdır. Bir siqnal vermək üçün əlinizi qaldırmalı, baş barmağınızı ovucunuza basmalı, sonra digər dörd barmağını əyərək simvolik olaraq sıxılmış baş barmağını onlarla tutmalısınız. Siqnal, asanlıqla görülə bilməsi üçün bir mövqedə tutulan işarə kimi deyil, əlin tək, davamlı hərəkəti kimi xüsusi hazırlanmışdır."Kömək üçün siqnal" 14 aprel 2020-ci ildə Kanada Qadınlar Fondu tərəfindən təqdim edilmişdir. Tezliklə Beynəlxalq Qadın Maliyyələşdirmə Şəbəkəsi (WFN) tərəfindən tanındı və bütün dünyaya yayıldı. O , artan məişət zorakılığı hallarının müasir həllini təmin etməkdə kömək etdiyinə görə yerli milli və beynəlxalq xəbər təşkilatları tərəfindən bəyənilib. Bu jestdən istifadə edən şəxsi görsəniz, onunla digər kanallar (mətn mesajları və ya e-poçt kimi) vasitəsilə əlaqə saxlamalı və bir sözdən ibarət “bəli” və ya “yox” cavabını tələb edən suallar verməklə problemin nə olduğunu öyrənməlisiniz. ”, və yalnız siqnalçı aydın şəkildə tələb etdikdə təcili yardım xidmətləri ilə əlaqə saxlayın. Təhlükə ilə üzləşən hər kəs üçün vahid həll yolu yoxdur.
Sevmək Sənəti
Sevmək sənəti — 1956-cı ildə Erix Fromm tərəfindən yazılmış və insan sevgisindən böyük ölçüdə nəzəri bir şəkildə bəhs edən kitab. Fromm, bu əsərdə insan təbiətinə olan baxışını əvvəlki əsərlərindən, Azadlıqdan Qaçış və İnsanın Özü üçün - bir çox digər əsas əsərlərində yenidən nəzərdən keçirdiyi prinsiplərdən inkişaf etdirir. Fromm, sevgini təhlil və izah edilə bilməyən sehrli və sirli bir sensasiya kimi rədd edərək, bir fəaliyyət, öyrədilə və inkişaf etdirilə bilən bir bacarıq olaraq təqdim edir. Qısa müddətli "aşiq olma" və ya sevgi qarşısında aciz qalma təcrübəsindən fərqli olaraq, qalıcı bir varlıq vəziyyəti olan sevgiyə diqqət ayırır. Fromm, şəxslərarası birləşmə arzusunu insanlarda ən güclü səy adlandırır. İnsan varlığının təməl problemi olaraq gördüyü ayrılığı aradan qaldırmaq üçün ehtiyacımızın yeganə rasional cavabı olduğunu müdafiə edir. Fromm, müasir insanların bir-birindən və təbiətdən uzaq olduğunu və romantik sevgi və evlilikdəki tənhalığımızdan sığındığımızı söyləyir. Bununla birlikdə, Fromm əsl sevginin "asanlıqla hər kəs tərəfindən qəbul edilə bilən bir fikir olmadığını" müşahidə edir. Yalnız insanın ümumi şəxsiyyətini "həqiqi təvazökarlıq, cəsarət, inam və nizam-intizamla" sevmək bacarığına qədər inkişaf etdirməklə həqiqi sevgini yaşamaq qabiliyyətinə qovuşur. Bu nadir bir nailiyyət hesab edilməlidir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Hacı Cabbar Kömək
Hacı Cabbar Kömək (1869, Yengicə, Şərur-Dərələyəz qəzası – 1948, Qars, Qars ili) — Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi. Çanaqqala zəfərinə və Türkiyə ordu quruculuğuna verdiyi töhfələrə görə Atatürk tərəfindən "Kömək" ləqəbini 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" alıb. == Həyatı == 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində doğulub. Azərbaycanda və eləcə də Türkiyədə xeyriyyəçilik işləri görüb. Türkiyə İstiqlaliyyət Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində böyük xidmətləri olub. 1919-cu ilin 23 iyul-7 avqust tarixində keçirilən Ərzurum konqresində Hacı Cabbar Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgəsinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi olur. Onun nümayəndə kimi Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi teleqramlardan ikisi Türkiyə arxivlərində hələ də qalır. Ticarətlə məşğul olduğundan bir müddət Türkiyənin Uşak şəhərində yaşayır. Milli Mübarizə dövrünün qanununa görə gəlirin 10 faizini vermək əvəzinə 40 faizə qədər vergi ödədiyinə görə və eləcə də gələcəkdə qaytarılmaq şərti ilə imkanı çatan qədər pulunu orduya verdiyinə görə Təqdirnamə almışdır. Sonradan Atatürkün təklifi ilə ona "Kömək" soyadı verilir.
Qəzvinə Kömək (1944)
Eşqə düşmək
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Kiçik kömək (film, 2010)
Kiçik kömək (ing. A Little Help) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Ssenari müəllifi və rejissoru Maykl C. Ueythorndur. Baş rollarda Cenna Fişer, Kris O`Donnell, Rob Benedikt, Arden Mayrin və Daniel Yelski iştirak edirlər. Bu film Maykl C. Ueythornun ilk rejissorluq debütüdür. Film bir qadının sədaqətsiz ərinin ölümündən sonra 12 yaşlı oğlu ilə başına gələn hadisələrdən bəhs edir. Film ilk dəfə 21 may 2010-cu ildə Sietl Beynəlxalq Film Festivalında göstərilib. == Məzmun == Laura Felke (Cenna Fişer) həyat yoldaşı Bobla (Kris O`Donnell) on iki yaşlı oğulları Dennisi (Daniel Yelski) böyüdürlər. Laura diş təmizləyən texnik və Bob daşınmaz əmlak ofisində işləyir evə gec gəlir.
Qəzvinə kömək (film, 1944)
Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu. 1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir. 11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Köhnə rejim
Köhnə rejim (fr. Ancien Régime) və ya inqilabaqədərki Fransa — Fransada təxminən XVI əsrin sonu - XVII əvvəlindən mövcud olan və Böyük Fransa inqilabına qədər davam edən siyasi və sosial-iqtisadi rejimi xarakterizə edən tarixşünaslıq termini. Fransız tarixçisi P. Huberin yazdığı kimi, “Köhnə rejimin monarxiyası Fransanın XVI əsrin ikinci yarısında dağılmasına səbəb olan vətəndaş müharibələrində yaranmışdır.” Bununla belə, onun bəzi xüsusiyyətləri daha əvvəl yaranmışdır.