Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir. Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Küsnətqazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Küşnəq (Sərab)
Küşnəq (fars. كوشنق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (14 ailə).
Bernar Kuşner
Bernar Jan Kuşner (1 noyabr 1939[…], Avinyon) — fransız həkim və humanitar xadimi, Sərhədsiz həkimlər təşkilatı və "Dünya həkimləri" təşkilatlarının həmtəsisçisi, 2007-ci ildən Fransa Respublikasının xarici işlər naziri.
Sünnət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. == Tarixi == 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır.8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayriseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi,etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədi ilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə,qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə,əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək,bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. == Kvota == Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri. Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. == Növləri == === Maddi-hüquqi öhdəliklər === Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. === Prosessual öhdəliklər === Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Nüsrət Bhutto
Nüsrət Bhutto (urdu نصرت بھٹو, kürd. نوسره‌ت بوتو, sindhi نصرت ڀٽو; 23 mart 1929, İsfahan – 23 oktyabr 2011, Dubay) — Pakistan Xalq Partiyasının 2-ci sədri.Zülfiqar Əli Bhuttonun həyat yoldaşı.
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir. Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Nüsrət Fətullayev
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Nüsrət Gökçə
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. == Həyatı == Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Nüsrət Hüseynov
Nüsrət Hüseynov (?-1921)—İran Məşrutə hərəkatının fəal üzvü. == Həyatı == Nüsrət Hüseynov Təbriz şəhərində anadan olmuşdu. Böyüyüb yaşa dolandan sonra Bakı şəhərinə köçmüş, neft mədənlərində çalışmışdı. Hümmət təşkilatına üzv yazılmışdı. 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatına qoşulmuşdu. "Əbülhəsən bəy" kod adı ilə gizli çalışmışdı. == Haqqında == 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatı ilə bağlı hadisələri əks etdirən "Dumanlı Təbriz" romanında Məmməd Səid Ordubadi həmin dövrün tarixi hadisələrini, ictimai-siyasi münasibətlərini göstərməklə yanaşı, dövrün psixologiyasını, insan xarakterlərini də açmışdır. Romanda hadisəçiliyə və macəraçılığa geniş yer verilməsi tənqid edilirdi. Çağdaş ədəbiyyatşünaslıqda isə bu amillərə qüsur kimi baxılmır və düzgün olaraq qeyd edilir ki, "M.S.Ordubadinin üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb etdiyi məqamda süjetə daxil edilir". Əsər Təbrizdə tacir kimi fəaliyyət göstərən Əbülhəsən bəyin (o.
Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982). == Həyatı == Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Nüsrət Mehdiyev
Nüsrət Telman oğlu Mehdiyev (3 yanvar 1999; Sabirabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nüsrət Mehdiyev 1999-cu il yanvarın 3-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nüsrət Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nüsrət Mehdiyev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Nüsrət Muxtarov
Nüsrət Muxtarov (1925-?)—rejissor. == Həyatı == On üç yaşlı Nüsrətin həyat və sənət kitabına bu unudulmaz hadisə 1938-ci ildə yazıldı. Çox keçmədən Nüsrətin xeyirxahı və sənət müəllimi Ağası Zeynalov Zaqatala teatrına dəyişildi. Onu Şuşa teatrında Əzizağa Məmmədov əvəz elədi. Nüsrətin ifasını ilk günlərdən bəyənən təzə rejissor da bu gənc aktyora öz dəyərli məsləhətlərini verdi, onu səhnəyə daha da ruhlandırdı. Nüsrət Əzizağa müəllimin rejissorluğu ilə yeni-yeni obrazlar qalereyası yaratdı. "Aşıq Qərib"də Aşıq Vəli və Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və Sofi, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Vaqif"də Əli bəy və sair rolları oynadı, qəhrəmanlarını tamaşaçılarına sevdirə bildi. Nüsrət Muxtarov 1939-cu ildə Üzeyir bəy Hacıbəyovun nəzər-diqqətini cəlb etmişdi. Böyük Bəstəkar yazırdı: "Olimpiadada əsas yeri Sovet hakimiyyəti dövründə yetişmiş, qədim melodiyaların ifasına yenilik gətirən gənclər tuturdu. Şuşalı məktəbli Nüsrət Muxtarov və 10 yaşlı pioner Ənvər Nəzərov xoşbəxt sovet uşaqlarının həyatına həsr etdikləri və böyük ruh yüksəkliyi ilə oxuduqları şerlərində sovet xalqının ən yaxşı oğullarının yaradıcılığı üçün ilham verən arzunu—Kremldə partiya və hökumət rəhbərləri ilə görüşmək arzusunu ifadə edirdilə".
Nüsrət Məmmədov
Nüsrət Xudu oğlu Məmmədov (19 dekabr 1927, Privolnoye, Lənkəran qəzası – 25 oktyabr 2016, Privolnoye, Cəlilabad rayonu) — Azərbaycan-sovet taxılçısı, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Nüsrət Xudu oğlu Məmmədov 1927-ci il dekabrın 19-da Lənkəran qəzasının (hazırda Cəlilabad rayonunun) Privolnoye kəndində anadan olmuşdur. 1940–1954-cü illərdə çoban, traktorçu, 1954-cü ildən Astraxanbazar rayonunun "Qırmızı partizan" kolxozunun traktor briqadasının briqadiri olmuşdur. 1970-ci ildən kəmin kolxozun şöbə müdiri, aqronomu, 1978-ci ildən isə yenidən traktor briqadasının briqadiri olmuşdur. Yüksək taxıl məhsulu əldə edilməsində yeddiillik planın tapşırıqlarını yerinə yetirməkdə fərqlənmişdir. 1973–1980-ci illərdə Ümumittifaq Sosialist Yarışının qalibi olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 iyun 1966-cı il tarixli Fərmanı ilə taxıl məhsuldarlığının artırılması və istehsalının artırılması sahəsində qazandığı uğurlara görə Məmmədov Nüsrət Xudi oğlu "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. 3 may 1980-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir. Nüsrət Məmmədov Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. O, 1957-ci ildən Sov.İKP üzvü olmuş, 6-cı çağırış SSRİ Ali Sovetinin (1962–1966) deputatı, Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsi bürosunun üzvü olmuş, rayon sovetinin deputatı seçilmişdir.
Nüsrət Rzayev
Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran -? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanında sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan Azərbaycanlı tələbələrin maddi vəziyyətini, təhsilin gedişini və məişət məsələlərini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Rzayevin təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.
Nüsrət Süleymanov
== Siyahı ==
Nüsrət Xəlilov
Xəlilov Nüsrət Yusif oğlu — alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü. O, Xəzər dənizinin akvatoriyasında neft və qazkondensat yataqlarının kəşfində bilavasitə iştirak etmişdir. == Həyatı == Nüsrət Xəlilov 1925-ci il mayın 9-da Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. 1943-cü ilin iyun ayında o, könüllü şəkildə müharibəyə getmişdir. Nüsrət Xəlilov 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin 23 dekabrında güllə yarası almışdır və 1944-cü il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Nüsrət Xəlilov hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, 1-ci Belarus frontunun tərkibində döyüşlərə qayıtmışdır, qələbənin sevincini və döyüşçü dostlarının itkisini hiss edərək Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir. Müharibə qurtardıqdan sonra Nüsrət Xəlilov doğma şəhəri olan Bakıya qələbə ilə qayıtdı. Əbəs yerə deyil ki "Nüsrət" rus dilinə tərcümə olaraq "Qələbə" mənası daşıyır. Lakin sol çiynindəki ağrı - bu müharibənin nişanıdır, ömür boyu olan yaradır, həlak olan dostlarının xatirəsidir.
Nüsrət Yaqubov
Nüsrət Yaqubov (tam adı: Nüsrət İsmayıl oğlu Yaqubov; 9 yanvar 1958, Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Nüsrət Yaqubov 1958-ci ildə Bakının Zirə kəndində anadan olmuşdur. Orta təhsilini 120 nömrəli məktəbdə almışdır. Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator işləmişdir. Ailəli olmuş, 2 qızı və 2 oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u gecəsi təxminən saat 22 radələrində Qala kəndindən öz şəxsi Jiquli markalı (Ya 56-83 AQ) maşınında evə gedərkən hərbi hissənin yanında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Nüsrət bir müddət burada köməksiz qalmış, xeyli qan itirmişdir. Sonra o, saat 23:30 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya aparılmışdır. Aparılan cərrahiyyə əməliyyatı da kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir. Zirə qəbiristanlığında dəfn edilmişdir.
Nüsrət Şirəliyev
Nüsrət Şirəliyev (1 aprel 1963, Qazıməmməd – 27 avqust 1992, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nüsrət Əlican oğlu Şirəliyev 1963-cü il aprelin 1-də Qazıməmməd şəhərində anadan olub. BDU-nun Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Əli Bayramlıda Cihazqayırma zavodunda laboratoriya müdiri işləyib. Sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib işləyib. 1992-ci ildən Milli Ordu sıralarına könüllü olaraq gedib. Baş leytenant Nüsrət Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüblər. Nüsrət sinəsindən snaper yarası alsa da özünü itirmir əsgərləri xəbərə göndərib özü tək dümənlə vuruşur. 240 patronun hamısını düşmənlərə tərəf atır. O yaralı vəziyyətdə düşmənin əlinə keçib.
Nüsrət Əliyev
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H.Z.Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-ci ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun «Yanacaqlara aşqarlar«»» laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N.A. 1978-ci ildə «Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və «Neft kimyası» ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Əliyev N.A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Kennet
Kennet — ad. Kennet Errou — ABŞ iqtisadçısı. Kennet Brana — Şimali İrlandiya aktyoru, rejissoru. Kennet Tompson — İrlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri . Kennet Yucin Ayverson — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış Kanada alim. Kennet Taylor — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi. I Kennet (Şotlandiya kralı) — Şotlandiyanın ilk kralı.
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Rüşvət
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. == Ölkələrə görə rüşvət == Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq. Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
Kuneo
Kuneo (it. Cuneo) — İtaliyanın Pyemont regionunda şəhər.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədi ilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Albert Kuznets
Albert Kuznets (est. Albert Eduard Kusnets; 12 avqust 1902, Tallin – 1942) — estoniyalı Yunan-Roma güləşçisi. 1928 Amsterdam Olimpiya Oyunlarının gümüş mükafatçısı.
Kasset bombası
Kasset bombası və ya çoxluqlu bomba, “bomba içindəki bomba” olaraq bilinən bir silah növüdür. Bomba havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Dünyada 19 Aprel günü, Beynəlxalq Kasset Bombalarına Qarşı Fəaliyyət Günü olaraq müəyyən fəaliyyətlərlə qeyd edilir.
Kennet Brana
Kennet Çarlz Brana (10 Dekabr 1960, Belfast), Şimali İrlandiyalı aktyor, rejissor. 23 yaşında, Royal Shakespeare Company-yə qatılmışdır. Burada Vilyam Şekspirin V Henri və Romeo və Cülyetta tamaşalarında baş rolları almışdır. 29 yaşında V Henri filminin rejissorluğunu edib baş rolunda o zamankı həyat yoldaşı Emma Tompson ilə birlikdə oynadı. Film Branaya Ən Yaxşı Aktyor və Rejissor nominasiyasında Oskar namizədlikləri gətirdi. 1993-cü ildə yenə Şekspirin "Much Ado About Nothing" adlı əsərini səhnələşdirmişdi. Denzel Vaşinqton, Keanu Reeves kimi bir çox Hollivud ulduzu filmdə yer alıb. 30 yaşında tərcümeyi-halını yayıb və 34 yaşında Mari Shelley-dən Frankenstein adlı filmi çəkdi və oynadı. Bu filmdə Frankensteini Kennet Brana canlandırdı. 1995-ci ildə Brana və Thompson boşandılar.
Kennet Errou
Kennet Cozef Errou (23 avqust 1921 ; Nyu York, ABŞ - 22 fevral 2017 ; Kaliforniya, ABŞ) — amerikalı iqtisadçı. 1972-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Neoklassik iqtisadiyyatın əsasını təşkil edən qaydaların əksəriyyətində Errounun işlərinə rast gəlmək mümkündür. Hal-hazırda ümumi tarazlıq nəzəriyyəsinin bünövrəsini təşkil edən şablon Errou-Debreu tarazlığı olaraq tanınır. Errou paradoksu, Errou-Pratt amili kimi önəmli iqtisadi anlayışlar da o və kolleqaları tərəfindən yaradılmışdır. == Seçilmiş tədqiqat əsərləri == 1949, Bayes and Minimax Solutions of Sequential Decision Problems, with D. Blackwell and M.A. Girshick, Econometrica (İngiliscə) 1951, Optimal Inventory Policy, with T. Harris and J. Marschak, Econometrica (İngiliscə) 1951, Mathematical Models in the Social Sciences, in Lerner and Lasswell, editors, Policy Sciences (İngiliscə) 1951, Social Choice and Individual Values (İngiliscə) 1951, Alternative approaches to the theory of choice in risk-taking situations, Econometrica, 19: 404-437 (İngiliscə) 1952, The Determination of Many-Commodity Preference Scales by Two- Commodity Comparisons, Metroeconomica (İngiliscə) 1953, The Role of Securities in the Optimal Allocation of Risk-Bearing, 1953, Econometrie - (in 1963, RES). (Fransızca) 1953, Hurwicz’s optimality criterion for decision making under ignorance,” Technical Report 6, Stanford University (İngiliscə) 1954, Import Substitution in Leontief Models, Econometrica (İngiliscə) 1954, Existence of an Equilibrium for a Competitive Economy, with Gerard Debreu, Econometrica. (İngiliscə) 1959, Functions of a theory of behaviour under uncertainty,” Metroeconomica, 11: 12-20 (İngiliscə) 1959, Rational Choice Functions and Ordering, Economica (İngiliscə) 1959, Toward a Theory of Price Adjustment, In Moses Abramovitz et al., eds. The Allocation of Economic Resources: Essays in Honor of Bernard Francis Haley.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 27 oktyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.